THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ xüsusi xidmət orqanları milyonlarla amerikalının danışıqlarına qulaq asır

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
727
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 iyun 2013 – Newtimes.az

Amerikada ən iri rabitə operatorlarından biri – "Verizon" hər gün milyonlarla müştərisinin telefon danışıqları barədə məlumat toplayır. Britaniyada çıxan "Guardian" qəzetinin verdiyi xəbərə görə, telefon danışıqları barədə məlumatlar ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə (NSA) ötürülür.

Qəzet məhkəmənin məxfi qərarına istinad edir. Qərar Federal Təhqiqatlar Bürosunun tələbi ilə aprelin 25-də çıxarılıb.

Məlumata görə, hakim Rocer Vinsonun qərarında telekommunikasiya şirkətinə tapşırılıb ki, bu il aprelin 25-dən iyulun 19-dək müştərilərin bütün zəngləri barədə NSA-ya informasiya versin.

Qərarda həmçinin "Verizon"a xüsusi xidmət orqanları ilə əməkdaşlıq barədə kiməsə məlumat verməyə qadağa qoyulub.

Bununla bağlı nə Amerika hökumətinin nümayəndələri, nə də "Verizon" şirkəti bir şərh verir.

Qəzetin yazdığına görə, məhkəmənin qərarı Obamanın prezidentliyi dövründə milyonlarla amerikalının danışıqlarına xüsusi xidmət orqanları tərəfindən qulaq asılmasının ilk sübutudur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...