THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Muzdlu diplomatın sayıqlamaları

Siz buradasınız: Əsas səhifə »» GÜNÜN NƏBZİ »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
15481
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 may 2013 – Newtimes.az

Uzun müddət idi ki, Vladimir Kazimirov haqqında məlumat gözümə dəymirdi. Düzü elə bilirdim ki, ölüb. Lakin ötən həftə birdən-birə Yerevandakı sponsorları ilə sövdələşərək onun adından nə istəsələr yazmağa razılıq verməsi xəbərini aldıqdan sonra düşündüm ki, belə xislətli adamlar adətən çox yaşayırlar.

1992-1996-cı illərdə Minsk Qrupunun həmsədri olmuş Kazimirovun sağlam düşüncə və məntiq cəhətdən böyük problemlərinin olması müxtəlif mətbuat səhifələrində dəfələrlə səslənmişdir. Kazimirov özü də bunu yaxşı bilir. Çünki bu cəhətləri onu gəncliyindən müşayiət edir. Amma son vaxtlar yaşı ilə əlaqədar qocalıq marazmı bu təqaüddə olan diplomata siyasi şizofreniya xəstəliyini də əlavə edib. Kazimirov çox çalışır ki, özünü ağlı başında olan sağlam adam kimi göstərsin, lakin atdığı addımlar bunun əksini nümayiş etdirir.

"Vladimirin üç yaşı olanda atası ailəsini tərk etmiş, anası mətbəədə fəhlə işləmişdir. Özü etiraf edir ki, baxımsız bir yeniyetmə olmuş, məktəbdə bir təhər oxumuşdur. Pis davranışına görə anasını tez-tez məktəb direktoru yanına çağırır, bir məktəbdən digərinə keçirirdilər” (viperson.ru). İnsan öz təbiətinə qarşı hərəkət etməyə və özünü ziyalı kimi göstərməyə nə qədər çalışsa da ailədə yarımçıq tərbiyə öz təsirini göstərir.

SSRİ – Hitlerin başladığı müharibə nəticəsində Almaniyanı uzun illər işğal altında saxlayan ölkə olub, amma bu o deməkdirmi ki, ikinci dünya müharibəsinin günahkarı bizik – deyə axmaq bəyanat verən qoca təqaüdçü artıq anlaya bilmir ki, onun beyni hipertrofiya nəticəsində öz funksiyasını itirib. Kazimirov təxminən 10 il əvvəl Bakıya bir konfransa gəlmişdi, orada da iki saat müddətində özünü fiziki cəhətdən idarə edə bilmədi.

Bu xəstə qocanın sayıqlamalarına əsaslanaraq, qədim Azərbaycan torpağı olan Naxçıvanın hələ eramızdan əvvəl 6-cı əsrdə erməni çarlarına aid olduğunu iddia edən havadarları elə şəxsiyyətini, mənliyini itirmiş Kazimirova tay olduqlarını nümayiş etdirirlər. Qəribə məntiqdir, bu xəstə təxəyyülün uydurmasını nəzərə alsaq görəsən eramızdan əvvəl 6-cı əsrdə dünyada daha nələr baş verirdi.

Kazimirov – bir gündə birdən-birə müxtəlif formalarda "ürəyini boşaldıb”. Etibarlı mənbədən məlum olub ki, əslində bütün borclarının əvəzində razılaşıb ki, erməni dostları özləri materialları onun adından hazırlasınlar. Belə də olub. Qoca "diplomat” deyəsən artıq tamam funksiyalarını itirib. İndi onun bacardığı yeganə iş hərdənbir ermənilərin sponsorluğu ilə onların mövqeyini nümayiş etdirən və Azərbaycanı nüfuzdan salmağa iddialı olan intervyu, ya məqalələridir ki, onu da özü reallaşdıra bilmir.

Pula görə hər addımı atmağa razı olan Kazimirovla sövdələşməni yaxşı fürsət hesab edən erməni havadarları elə sevincək olublar ki, bir fikri dəfələrlə çeynəyə-çeynəyə bir neçə yazıda təkrarlayırlar. Bu göstərir ki, təkcə Kazimirov yox, elə sövdələşib yazanlar da xəstə təxəyyüllüdürlər. Artıq düz 20 ildir ki, Kazimirov Ermənistan XİN-in Rusiyadan olan muzdlu agenti kimi fəaliyyət göstərir. Belə diplomatlar heç nəticə çıxara bilmirlər ki, (çünki iflic təfəkkürlə yaşayırlar) Rusiya üçün bütün problemləri əslində onlar yaradırlar. 20-ci əsrin ən böyük katastrofunun səbəbkarlarından biri elə Kazimirovdur. O, indiki ahıl yaşında şizofrenikliyi ilə fəxr edə bilər.

Kazimirov özünü diplomatiya ağsaqqalı kimi təqdim etmək iddiasında olsa da yalan, böhtan dolu qərəzli, məkrli fikirləri ilə qazanmaq hərisliyi onu şərəf, ləyaqət, ədalət, haqq kimi dəyərlərdən də məhrum edib.

Kazimirovun şəxsi saytında belə bir məlumat verilir ki, diplomatik fəaliyyət müddətində Cənub-Qərbi Afrikada münaqişələrin tənzimlənməsində iştirak edib. Eyni zamanda Kosta-Rika, Venesuela, Anqolada səfir işləmiş XİN-in veteranlar şurasının sədrini nədənsə yalnız Dağlıq Qarabağ düşündürür. Yəni 20 ildən çox işlədiyi, özünün dediyi kimi, regiondakı münaqişələrin həll olunması üçün səy göstərən bir keçmiş səfiri niyə cəmi 4 il yarıtmaz fəaliyyətlə yadda qaldığı Dağlıq Qarabağ münaqişəsi maraqlandırır. Həmin Afrika və Latın Amerikası ölkələrində indi də müəyyən problemlər qalır. Bəs niyə bu yarıtmaz qoca həmin proseslərə heç bir qiymət vermir? Olmaya Azərbaycan torpağı Kazimirova Afrikadan daha əzizdir? Bütün ictimaiyyət üçün həqiqi mətləb aydındır. Bunu sərsəm-sərsəm danışdıran erməni pullarıdır. Əks halda Kazimirovun şəxsi saytı Daşnaksutyun partiyasının nizamnaməsini xatırlatmazdı. Bu saytla tanış olduqda aydın olur ki, Kazimirovun bütün həyat və fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Bu erməni havalarına çalıb-oxuyan qoca sanki nə 20 ildən çox Latın Amerikası və Afrikada işləyib, nə də başqa bir işlə məşğul olub. İnanmayanlar bircə dəfə onun şəxsi saytına (www.kazimirov.ru) daxil olsalar dediklərimizin şahidi olacaqlar.

Kazimirov artıq son günlərini yaşadığını hiss etdiyindən daxilində illərlə yığılıb qalmış üfunəti, çirki, məkrli niyyətləri nümayiş etdirməyi yəqin ki, özünün muzdlu fəaliyyətinin borcu hesab edib. Özü heç nə deməyib. Axı normal danışa bilmir, ona görə də erməni dostlarına ona istinad edərək nə istəyirlər onu da yazmağa razılıq verib. 1992-ci ildən ermənilərə qulluq edən (diplomat şərəfini, ləyaqətini ayaqlar altına alaraq) qoca çaqqal üçün artıq heç bir sərhəd qalmayıb.

Sonda isə Kazimirova ünvanlanacaq bəzi məqamlar ortaya çıxır. Kazimirov, siz hər-halda özünüzü yaxşı tanıyırsınız. Nə qədər məkrli olsanız da, çox kiçik olduğunuzu bilirsiniz. Amma daha nə qədər çalışsanız da xeyri yoxdur. Müdrik insanlar həyatlarının sonunda daha ədalətli olmağa, haqqın tərəfini saxlamağa çalışırlar. Siz isə muzdlu agent olduğunuza görə hər cildə girirsiniz və bunu az qala qəhrəmanlıq hesab edirsiniz. Əslində, sizin bütün həyatınız bir tüpürcəyə layiqdir. Çünki, siz ləyaqətli həyat yolu seçib yaşamamısınız, amma iki böyük səhvinizi sizə tarix bağışlamayacaq.

Birinci səhviniz odur ki, siz Rusiya diplomatı hesab edildiyiniz üçün gərək elə edəsiniz ki, atdığınız addımlar Rusiya ilə Azərbaycan arasında münasibətlərə təsir göstərməsin. Amma çox kiçik olduğunuz üçün bundan narahat deyiləm. Sadəcə olaraq 1992-96-cı illərdə Minsk Qrupuna həmsədr olduğunuz üçün unutmamalı idiniz ki, həmsədr vasitəçidir, vasitəçi isə neytral olmalıdır. Bu iradı ləyaqətini saxlaya bilən insana demək lazım olduğunu yaxşı bilsəm də, yenə xatırladıram.

İkinci səhviniz isə odur ki, beynəlxalq və dövlətlərarası münasibətlər sahəsində çox piyadasınız. Təəssüf ki, sizin kimilər var. Nə bu günü görürsünüz, nə də sabahı, dünəni isə tamam unutmusunuz. Yaddaşınız da qalmayıb. Buna görə də bilməlisiniz ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və həmişə belə də olacaq. Bu torpaqları sizin kimilərin açıq və gizli dəstəyi ilə ermənilər hələlik işğal altında saxlaya bilirlərsə, bu o demək deyil ki, həmişə saxlayacaqlar. Bu prosesdə siz də avantürist erməni rəhbərləri ilə bir sırada durursunuz. Ermənistanda qalıb yaşayanlara yazığınız gəlmir. Çünki sizin bütün elmi-nəzəri, diplomatik-siyasi biliyiniz bir neçə məkrli postulatdan ibarətdir. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, əslində siz buna əminsiniz. Yeganə arzum budur ki, siz bu torpaqlarda Azərbaycanın suverenliyinin təsdiqini özünüz müşahidə edəsiniz. Bu zaman hansı hissləri keçirəcəksiniz özünüz bilirsiniz.

Novruz Məmmədov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...