
Bakı, 22 may 2013 – Newtimes.az
Kitab aləmi – Qlobal onluq: çağırışlar və fürsətlər. Jessica T. Mathews
Nəşr ili: 2012
Nəşriyyat: Carnegie
Endowment for International Peace
Karnegi fondunun mütəxəssisləri
Prezident Obamanın ikinci prezidentlik dönəmində qarşıda duran ən aktual
çağırışlar və ən böyük fürsətləri təhlil edirlər.
2013-cü ildə cərəyan
edən hadisələr ilə bağlı xəbər başlıqları arxasında üç mühüm amil mövcud
olacaqdır: Qərbin demokratik modelinin böhranı, Yaxın Şərqdə artmaqda olan məzhəblərarası
mübarizə və ABŞ-ın dünyada cərəyan edən proseslərdən kənarlaşması ilə bağlı
narahatlıqlar. Obama administrasiyası qarşıdakı ildə heç bir "xarici siyasət” məsələsinin
ABŞ-ın iqtisadi böhranın öhdəsindən gəlmək qabiliyyəti qədər qlobal iqtisadiyyat,
siyasət və ən əhəmiyyətlisi, təhlükəsizlik mühitinə təsir etməyəcəyini dərk etməlidir.
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''
Davamı...