THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Moskva-Budapeşt: iki ölkənin yaxınlaşmasının arxasında nə durur?

Moskva-Budapeşt: iki ölkənin yaxınlaşmasının arxasında nə durur?
25 fevral 2015

Rusiya prezidenti Vladimir Putinin fevral ayının 17-də Macarıstana səfəri zamanı ikitərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib. Əlbəttə, söhbət qarşılıqlı faydalı xarakter daşıyan və hər iki ölkənin maraqlarına cavab verən siyasi və iqtisadi məsələlərdən gedir. Rusiya prezidentinin səfərinin tərəflər üçün əhəmiyyəti nədədir? Xatırladaq ki, Avropa dövlətlərindən biri olan Macarıstanın qaz tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi bu il başa çatır. Beləliklə, Budapeşt ya yeni müqavilə bağlamalı, ya da Avropa İttifaqının qəbul etdiyi enerji strategiyasının çərçivəsində hərəkət etməli idi ki, bu da, məlum olduğu kimi, gələcəkdə Rusiya qazından asılılığın azaldılmasını nəzərdə tutur.

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri
24 fevral 2015

Müasir dövr elə bir mərhələyə çatmışdır ki, dövlətlər rəqəmsal şəbəkələrdən daha da asılı vəziyyətə düşüb, yer, dəniz, hava və kosmosda olduğu kimi kiber məkanda da rəqabət etməyə başlamışlar. Kiber məkandakı texnoloji nailiyyətlər isə dünya güclərini bu məkanda öz bacarıqlarını daha da inkişaf etdirməyə məcbur etmişdir. XXI əsrdə kiber məkan modern müharibə formasının həlledici arenasına dönmüş, "kiber təsir" isə beynəlxalq təhlükəsizlik aləmində gücün davamlı mənbəyinə çevrilmişdir. Eyni zamanda, internet istifadəçilərinin artması, iqtisadi və sosial sistemlərin şəbəkələrdən asılılığı ölkələr üçün birbaşa təhlükələr yaratmışdır. Bu məqalədə qeyd olunan sahədə hazırkı əsas problemlər vurğulanmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) kiber məkanda sülhün və təhlükəsizliyin qorunub saxlanılması istiqamətində potensial rolu ilə bağlı təkliflər veriləcəkdir.

XX-ХХI əsrlərin astanasında Asiya-Sakit okean regionu beynəlxalq geosiyasi münasibətlərdə

XX-ХХI əsrlərin astanasında Asiya-Sakit okean regionu beynəlxalq geosiyasi münasibətlərdə
24 fevral 2015

Bütövlükdə Asiya-Sakit okean regionundakı vəziyyətin təhlili göstərir ki, Yaxın və Orta Şərqdə təhlükəsizlik problemlərinin aktuallığına baxmayaraq, uzunmüddətli perspektivdə məhz Asiya-Sakit okean regionu potensial olaraq beynəlxalq təhlükəsizliyi daha geniş miqyasda təhdid edir. Burada "yeni" təhdidlərlə dünyanın aparıcı fövqəldövlətləri sırasına çıxan dövlətlər arasında "köhnə" rəqabət bir araya gəlir. Regionda elə indidən qüvvələrin yenidən qruplaşması gözə çarpır ki, bunun da perspektivləri tam aydın deyil. Nəhəng Asiya-Sakit okean regionu özünün geosiyasi və geoiqtisadi əhəmiyyətinin artması nəticəsində XXI əsrin əvvəllərinə yaxın dünyanın ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilə bilmişdir.

Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər

Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər
20 fevral 2015

Gələn həftə Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin Azərbaycana səfəri nəzərdə tutlmuşdur. Səfər zamanı, böyük ehtimalla, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı bir sıra qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilə bilər. Şübhəsiz ki, narahatlıq doğuracaq məsələlər arasında Avropada demokratiya, getdikcə artan ksenofobiya, anti-semitizm və islamofobiya, miqrantlarla qeyri-insani davranış, artan korrupsiya, milli azlıqların hüquqlarının qorunması və sair məsələlər də yer ala bilər. Belə ki, aparıcı beynəlxalq təşkilatların və ixtisaslaşmış QHT-lərin monitorinq mexanizmlərindən və onların hesabatlarından aydın görünür ki, son illər ərzində Avropa İttifaqı üzv ölkələrində insan hüquqları və əsas azadlıqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin təmin edilməsi sahəsində bir sıra ciddi problemlər qeydə alınmışdır.

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – II hissə

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – II hissə
20 fevral 2015

Bəzi təhlilçilər Qərbdə islamofobiyanın kök salmasının başlıca səbəbi kimi ictimai düşüncəyə təsir edən tarixi yaddaş və stereotiplərə diqqət yetirməyi vacib sayırlar. İntibah dövründən sonra Qərb dünyasında şəxsi mədəniyyətin üstünlüyü duyğusu formalaşdıqdan sonra digər mədəniyyətlərə laqeyd münasibət göstərilməyə başlandı. Bir çox təhlilçilərin fikrincə, məhz tarixən formalaşmış bu ictimai düşüncə avropalıların islama xor münasibətinin təməlində durur.

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – I hissə

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – I hissə
19 fevral 2015

Təəssüf ki, dözümsüzlük və ksenofobiya müasir dövrdə artıq ən inkişaf etmiş və təminatlı cəmiyyətlərdə belə gündəlik həyatın acı reallığına çevrilib. Bu qorxulu tendensiya ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxır və gündəlik həyatımıza transformasiya olunur. Belə təhlükəli tendensiyalardan biri islamofobiyadır. Nə qədər təəccüblü olsa da, bu özünü daha çox liberal Qərbdə göstərir.

Devid Merkel: ''Obama Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür''

Devid Merkel: ''Obama Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür''
18 fevral 2015

ABŞ Prezidenti Barak Obama ölkənin tərəfdaşları və müttəfiqlərinə, o cümlədən Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür.

Moskva Əsədi dəstəkləməkdən imtina edəcəkmi?

Moskva Əsədi dəstəkləməkdən imtina edəcəkmi?
18 fevral 2015

Belə görünür ki, Ər-Riyadın Yaxın Şərq siyasətində bir sıra dəyişikliklər baş verir. ABŞ-ın bir sıra KİV-lərinin verdiyi məlumatlardan aydın oldu ki, Səudiyyə Ərəbistanının rəhbərliyi guya Rusiyaya neft hasilatının həcmini azaltmağı təklif etmişdir ki, bu da beynəlxalq bazarda neftin qiymətinin artması ilə nəticələnməli idi. Bunun əvəzində Ər-Riyad Moskvaya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etmək və ona qarşı ən azı bitərəf mövqe tutmaq təklifini irəli sürüb.

Pоstsənаyе cəmiyyətində mədəniyyətin inkişaf problemləri

Pоstsənаyе cəmiyyətində mədəniyyətin inkişaf problemləri
17 fevral 2015

Pоstsənаyе cəmiyyətində fərdin təhsil, mədəni inkişаf səviyyəsi, sоsiаl stаtusu, mаddi vəziyyəti ilə infоrmаsiyа rеsurslаrı аrаsındа birbаşа аsılılığının оlduğunu sübut еtməyə еhtiyаc yохdur. Təhsilə, mədəniyyətin inkişafına kifayət qədər investisiyalar qoymayan ölkələrdə ÜDM-in dinamik inkişafından söhbət gedə bilməz. Məsələn, Braziliya bir neçə il bundan öncə təhsil sferasına investisiya qoyuluşunu azaltdı ki, bunun da nəticəsində onun ÜDM-i aşağı düşdü və vəziyyəti düzəltmək üçün dərhal bu sferaya investisiya qoyuluşları artırıldı. Başqa bir misal: Koreya Respublikasında təhsilə investisiyalar qoyuluşunun artırılması onun ÜDM-nin sürətli və dinamik olaraq artmasına səbəb oldu. Bu, dövlət siyasətinin getdikcə daha əhəmiyyətli amilinə çevrilir.

Qloballaşma və qlobal ekoloji təhdidlər

Qloballaşma və qlobal ekoloji təhdidlər
16 fevral 2015

XX əsrin sonu – XXI əsrin əvvəllərindən etibarən qloballaşma fonunda dünyanın tamamilə yeni düzəni, yeni qaydalar toplusunu özündə ehtiva edən fərqli münasibətlər sistemi təşəkkül tapmışdır. Təbii sərvətlərin tükənməsi ilə əlaqədar yaxınlaşmaqda olan qlobal böhran isə bu münasibətlərə əlavə mürəkkəbliklər gətirir. Çiçəklənən ölkələrin özlərini еkоlоji хоşаgəlməzliklərdən sığоrtа еdərək еkоlоji riski bаşqаlаrının çiyninə аtmаsı dünyа birliyində tarazlığın pozulmasına səbəb оlur. Qlоbаllаşmа prоsеsləri səy və rеsurslаrın plаnеtаr miqyаsdа cəmləşdirilməsi üçün imkаnlаr аça, məhsuldаr qüvvələrin sürətlə аrtmаsını təmin еdə, bəzi ölkələrin yохsulluğunun аrаdаn qаldırılmаsınа şərаit yаrаdа bilər. Lаkin indiki şərаitdə qlоbаllаşmаnın dеmək оlаr ki, bütün üstünlükləri nəinki TMK-lar tərəfindən mənimsənilir, hətta zəif ölkələrə təzyiq vаsitəsinə də çеvrilir.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?
20 dekabr 2017 Росбалт

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?

В Армении разразился новый скандал из-за «самоуправства» пограничников РФ

Davamı...
Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...