THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Baydenin saxtakarlığı – ABŞ tarixinin qara ləkəsi

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8995
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 aprel 2021 – Newtimes.az

ABŞ dünyanın supergücü hesab edilir. Ancaq güc, haqlı olmaq anlamına gəlmir. Alıcılıq qabiliyyəti və dollar ilə neftin qiymətini, milli valyutaların məzənnəsini müəyyənləşdirən, münaqişələri həll etmək üçün söz sahibi olan bir dövlətin gücü həm də ədalətindən keçir. Lakin zaman ötdükcə məlum olur ki, ABŞ ədaləti barədə aparılan təbliğat daha çox mif, illüziya imiş.

Azərbaycan cəmiyyəti ştatların ədaləti barədə deyilənlərin mif olduğunu 1992-ci ildə, müstəqilliyini yeni bərpa edən dövlətə, demokratik inkişaf yolunu tutan hakimiyyətə "Azadlığı müdafiə aktı'' əsasında tətbiq etdiyi sanksiyadan bilir. Onda Azərbaycan ABŞ-ın sanksiyasına öz torpaqlarını Xocalı soyqırımını törədən Ermənistanın təcavüzündən və işğalından qorumaq, azad etmək üçün məruz qalmışdı.

Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden də təmsil etdiyi dövlətin "ədalətini'' bir daha nümayiş etdirdi. Ağ evin 78 yaşlı sahibi sübut etdi ki, 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu dövləti idarə edənlər regionda baş verənləri hələ də qiymətləndirməkdə çətinlik çəkirlər.

Belə çıxır ki, ABŞ kimi bir dövlətin mənafeyi erməni lobbisinə güzəşt edilir.

Bu gün Cozef Bayden saxtakarlığı müdafiə edib: "Hər il bu gün biz Osmanlı dövründə "erməni soyqırımı'' zamanı ölənləri xatırlayır, belə zülmün bir daha təkrarlanmaması üçün öhdəliklərimizi yeniləyirik''.

Bunun ardınca Bayden saxta erməni tarixinə "hörmət'' etdiklərini, "tarixi təsdiq''lədiklərini deyib. ABŞ lideri çıxışında daha sonra bildirib: "Bunu kimisə günahlandırmaq üçün deyil, bunun əsla bir daha yaşanmaması üçün edirik''.

Cozef Bayden erməni "tarixi''ni təsdiqləməklə həmin illərdə və ondan sonra ötən 106 il ərzində ermənilərin Azərbaycanda, Anadoluda, Özbəkistanda yüz minlərlə dinc sakini soyqırımına məruz qoymalarına, onlarla türk diplomatlarının qətlinə bəraət qazandırıb. O, bu çıxışı ilə həmin cinayətləri dəstəklədiyini bəyan edib.

Ağ evin qoca lideri açıqlamasında "belə zülmün bir daha təkrarlanmaması üçün öhdəliklərimizi yeniləyirik'' və "bunun bir daha yaşanmaması üçün edirik'' deməklə iki dəfə yalan danışıb. Çünki ABŞ ordusu və siyasəti nəticəsində son 18 ildə Suriyanın 6 milyon vətəndaşı məcburi köçkün, 4,8 milyon vətəndaşı isə qaçqın vəziyyətinə düşüb, bu ölkənin bir milyona yaxın dinc sakini qətlə yetirilib.

İraqdan da qaçqın düşən vətəndaşların sayı 4,3 milyon, itkilərinin sayı isə milyondan çoxdur. Afrikada dinc sakinlərin qətlə yetirilməsi, milyonlarla insanın didərgin düşməsi də ABŞ siyasətinin ədalətinin insanlığa verdiyi "töhfə''dir.

ABŞ-da qaradərililərin irqi ayrı-seçkiliyə, yerli hinduların soyqırımına məruz qalması heç kimə sirr deyil. Elə son zamanlar "öhdəliklərimizi yeniləyirk'' deyən prezidentin ölkəsində afroamerikalı ABŞ vətəndaşlarının rənglərinə görə qətlə yetirilməsini xatırlamaq bunu təsdiqləyər.

"Washington Post'' qəzetinin jurnalisti Kimberli Kindinin bir neçə il əvvəl apardığı araşdırmanın nəticəsinə əsasən, afroamerikalılar ölkə əhalisinin 13 faizini təşkil edir. Elə ABŞ polisi tərəfindən öldürülənlərin 26 faizi də onların payına düşüb.

Bu günlərdə ABŞ-ın Minneapolis şəhərində (Minnesota ştatı) bir neçə afroamerikalı qətlə yetirilib. Hadisə 2020-ci il mayın 25-də polis tərəfindən Corc Floydun qətlə yetirildiyi ərazidə baş verib. Ştatlarda afroamerikalı vətəndaşların öldürülməsinin adi cinayət hadisəsi kimi qələmə verilməsinə inanmaq sadəlövhlük olardı. Bu ölkədə "ku-kluks-klan''çılar hələ də var.

"Ermənilərə hörmət edirik'' deyən Bayden ermənilərin soyqırımına məruz qoyduğu dinc Azərbaycan vətəndaşlarının, Osmanlı təbəəsi olmuş minlərlə müsəlmanın xatirəsinə niyə hörmətsizik edir?

Bu, Baydenin ayrı-seçkiliyə xidmət edən siyasi-mənəvi düşüncəsindən irəli gəlir. Çünki o, "KKK” ruhu ilə böyüyüb. Bu təşkilatın fəaliyyəti Baydenin gəncliyinə təsadüf edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində Baydenin çıxışına belə münasibət bildirib: "Sözcüklər tarixi dəyişdirməz, yenidən yaza bilməz. Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi kəmfürsətlilik sülh və ədalətə qarşı ən böyük xəyanətdir. Əsası populizm olan bu açıqlamanı bütövlükdə rədd edirik''.

Bu məsələdə Azərbaycanın da mövqeyi məlumdur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib: "Qondarma və saxta erməni soyqırımı ilə bağlı Azərbaycanın qəti və birmənalı mövqeyi hər kəsə bəllidir. Əgər ABŞ-ın yeni administrasiyası tərəfindən belə bir addım atılacaqsa, bu, tarixi səhv olacaqdır. Azərbaycan həmişə qondarma erməni soyqırımının tanıdılması cəhdlərinin əleyhinə olub. Qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Tarix tarixçilər tərəfindən araşdırılmalıdır. Bu halın baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaqdır''.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türkiyəyə qarşı olan addım Azərbaycana qarşıdır və Azərbaycana qarşı olan hər hansı addım da Türkiyəyə qarşıdır. Məhz Baydenin bəyanatından sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı da bunu sübut edir.

Dövlət başçımız C.Baydenin qondarma "erməni soyqırımı'' ilə əlaqədar verdiyi bəyanatı qınayıb. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Prezident Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Cozef Baydenin "humanizm'' nümayiş etdirmək adı altında ermənisevərliyi ABŞ tarixinə ədalətsizlik ləkəsidir. Baydenin bu səhvindən daha çox insanlıq ziyan görəcək. Bunun bumeranq kimi ABŞ-a da qayıdacağı istisna deyil.

Bir zamanlar afrikalıları ovlayaraq ABŞ-a gətirib, onları qul kimi işlədiblər. 2007-ci ildə ABŞ rəsmiləri əcdadlarının 150 il əvvəl insanlığa zidd əməlinə görə afrikalılardan üzr istədi. Onda erməni avantürasına uyan Cozef Baydenə görə ştatlar adından üzr istəyəcəklər? ABŞ prezidenti, təəssüf ki, ermənilər kimi beynəlxalq hüququ tapdaladı, tarixin saxtalaşdırılmasına xidmət etdi.

Sədrəddin İsmayılov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...