THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Üç təhlükəsizlik şefinin Qüds görüşü: ziddiyyətli məqamların gizli və aşkar tərəfləri

Üç təhlükəsizlik şefinin Qüds görüşü: ziddiyyətli məqamların gizli və aşkar tərəfləri
29 iyun 2019

Qüdsdə Rusiya, ABŞ və İsrail nümayəndə heyətlərinin görüşü az qala ən böyük sensasiya kimi təqdim edilir. Lakin hadisəni şişirdənlərin özləri də yekdil mövqedə deyillər. Bir qrup bəzi prinsipial məsələlərdə razılığın əldə edildiyini, digərləri isə əksini iddia edirlər. Hər iki yanaşmada informasiya savaşının əlamətləri özünü göstərir. Bu da başadüşüləndir, çünki müzakirə obyekti geosiyasi baxımdan çox həssasdır və çox sayda dövlətin maraqları ilə kəsişir. Buna baxmayaraq, əlbəttə, Qüdsdə iştirakçılar müəyyən məsələləri müzakirə ediblər və ya ən azından fikir mübadiləsi aparıblar. Problemin bu aspektinin analizi üzərində geniş dayanmağa ehtiyac görürük.

Narahat Gürcüstan: riskli ssenarilər ehtimalı artır

Narahat Gürcüstan: riskli ssenarilər ehtimalı artır
28 iyun 2019

Gürcüstan parlamentində Rusiya Dövlət Dumasının deputatı ilə bağlı meydana gələn qalmaqal getdikcə genişlənir. Artıq gürcü müxalifəti küçələrə çıxaraq hökumətin istefasını tələb edir. İnsanlar parlament binasının qarşısına toplaşaraq radikal çağırışlar edirlər. Qərb dövlətlərinin bu ölkədəki səfirləri də narahatdırlar. Bir sıra müxalif siyasi qüvvələr daha kütləvi aksiyalara başlamağa səsləyirlər. Etiraz edənlər polisə qarşı sərt davranırlar. Gürcüstan Prezidenti Salome Zurabişvili bu cür vəziyyətin yaranmasında Moskvanı ittiham edib. Bütün bu hadisələrin fonunda bütövlükdə Cənubi Qafqazda geosiyasi mənzərənin necə dəyişə biləcəyi məsələsi daha da aktuallaşır. Həmin kontekstdə Gürcüstanda müşahidə edilən proseslərin geosiyasi təsiri üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

London və Tokio: Trampın səfərində bu iki paytaxtı birləşdirən nədir?

London və Tokio: Trampın səfərində bu iki paytaxtı birləşdirən nədir?
27 iyun 2019

Amerikanın Prezidenti Böyük Britaniya səfəri ilə Yaponiyaya səfərini bir-birinin ardınca salıb. Ekspertlər bunu təsadüfi hesab etməyib, ABŞ-ın xarici siyasətinin bir sıra aktual özəllikləri ilə bağlayırlar. Vəziyyəti daha maraqlı edən Böyük Britaniya ilə Yaponiyanın coğrafi olaraq bir-birindən çox uzaq məsafədə olmasıdır. Belə çıxır ki, bu iki ölkə ABŞ üçün çox əhəmiyyətlidir və geosiyasi aspektdə onlar arasında bağlantı danılmazdır. Aparılan müzakirələrin məzmunu bu qənaəti təsdiqləyir. Donald Tramp hər iki ölkənin rəhbərləri ilə demək olar ki, eyni mövzuları müzakirə edib. Eyni zamanda, hər iki ölkədən tələb etdiyi də oxşardır. Bu isə o deməkdir ki, Vaşinqton üçün əsas olanı öz marağıdır və kimliyindən asılı olmayaraq, ən yaxın müttəfiqlər belə ABŞ-ın çəkdiyi xətdən kənara çıxmamalıdır. Vurğulanan bu məqamlar kontekstində D.Trampın Böyük Britaniya və Yaponiyaya səfərini hansı geosiyasi məqamlar birləşdirir?

Azərbaycan Ordusu: ərazi bütövlüyünün bərpası və regional sabitlik uğrunda

Azərbaycan Ordusu: ərazi bütövlüyünün bərpası və regional sabitlik uğrunda
26 iyun 2019

Azərbaycan Ordusunun yaradılmasından 101 il ötür. Bu müddət ərzində dünyada çox şeylər dəyişib. 70 il Azərbaycan müstəqilliyindən uzaq düşüb. Ancaq XX əsrdə ikinci dəfə azadlığına qovuşan Vətən Ordusunun da qayğısına qalmaqdadır. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı yaratdığı strateji kurs öz bəhrəsini verir. 100 illik yubileyini möhtəşəm şəkildə dünyaya nümayiş etdirən Silahlı Qüvvələrimiz daim inkişaf edir. Prezident İlham Əliyev bu istiqamətdə səmərəli və real addımlar atmaqdadır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bizə dost olmaq istəməyən dairələr ölkə rəhbərliyinə və Ordumuza qarşı təxribatçı informasiya fəaliyyətlərini genişləndirməyə çalışırlar. Bunun fonunda hər gün daha da güclənən Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etməyə olan böyük əzmkarlığı ilə daha da parlayır. Ümumiyyətlə, Azərbaycan Ordusunun tarixi missiyasının geosiyasi aspektlərinin təhlili aktuallıq kəsb edir.

Barışdan qaçanlar: ermənilər Vaşinqton müzakirələrini təhrif edirlər

Barışdan qaçanlar: ermənilər Vaşinqton müzakirələrini təhrif edirlər
25 iyun 2019

Məlum olduğu kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə yenidən görüşü olub. KİV danışıqların məzmunu barədə informasiyalar yayıb. Lakin erməni tərəfinin qərəzli olaraq bir sıra məqamları təhrif etdiyi də müşahidə olunur. Hiss olunur ki, İrəvan mövqeyini məntiqi müdafiə etmək imkanını itirir. O, ya Azərbaycan tərəfinin fikirlərini yanlış təqdim edir, ya da özündən müxtəlif yalanlar uydurur. Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək əvəzinə, mövcud vəziyyəti əbədiləşdirməyə çalışır. Təbii ki, bunun heç bir perspektivi yoxdur. Gec-tez işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılacaq. Vaşinqton müzakirələrinə bu kontekstdə yanaşdıqda, onun bir sıra məqamları üzərində dayanmağa ehtiyac duyulur.

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər
24 iyun 2019

Cənubi Qafqazda geosiyasi mənzərənin həssas olduğu haqqında ekspertlər daim fikir bildirirlər. Bunun fonunda regionda atılan hər bir addım maraq doğurur. Tbilisidə Rusiyaya qarşı etiraz dalğasının baş qaldırması müəyyən fikirlər yaradıb. Ekspertlərə görə, bu proses sadəcə Gürcüstanın daxili problemləri ilə bağlı deyil. Konkret olaraq, ölkə daxilində mövcud siyasi ziddiyyətlərdən kənar qüvvələr istifadə edib, gərginlik yaradır. Məqsəd də öz maraqlarına uyğun işlər görməkdən ibarətdir. Həmin sırada ilk olaraq İranla bağlı yaranmış vəziyyət qeyd edilir. Bununla yanaşı, Ermənistanda müşahidə edilən proseslərin məntiqini məhz həmin məsələ çərçivəsində izah etmək mümkündür. Belə görünür ki, Rusiya və ABŞ üçün Ermənistan İran məsələsində ən həssas məkan ola bilər. Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı atdığı addımlar da onun mövqeyinin qeyri-müəyyən olmasını ifadə edir. Bu, Ermənistanı asan təzyiq obyektinə çevirir. Nəticədə, Ermənistanın ziddiyyətli addımlar atdığı məlum olur. Bir tərəfdən, Ermənistanın xarici işlər naziri ABŞ-a sülh danışıqlarına gedir. Digər tərəfdən isə erməni silahlı qüvvələri Dağlıq Qarabağda hərbi təlim keçirlər.

Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti

Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti
21 iyun 2019

Tacikistanın paytaxtı Düşənbə şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci zirvə toplantısı keçirilib. Toplantıda regionun daha təhlükəsiz və daha yüksək inkişaf etmiş hala gəlməsinin yolları müzakirə edilib. Bunun fonunda hazırda mövcud olan müxtəlif xarakterli təhlükələrə, risklərə, təhdidlərə nəzər salınıb. Zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları fikirlərini bəyan ediblər. Azərbaycanı Baş Nazir Novruz Məmmədov təmsil edib. Novruz Məmmədov çıxışında Asiya üçün aktual olan bir sıra məqamlara toxunub, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli zərurətini bir daha diqqətə çatdırıb. Bütövlükdə toplantıda maraqlı analizlər aparılıb, proqnostik fikirlər irəli sürülüb.

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti
20 iyun 2019

Ekspertlər Yaxın Şərqdə daha ciddi geosiyasi mübarizənin başladığı qənaətindədirlər. Xüsusilə Türkiyə ətrafında təhlükəli ssenarilər qurulur. Onu bir neçə istiqamətdən mühasirəyə alıb, sonra xaosa sürükləmək məqsədlərindən bəhs edilir. Hətta müxtəlif qondarma xəritələr belə tərtib edənlər vardır. Onların başlıca məqsədləri müsəlman ölkələrini kiçik hissələrə parçalamaqla bütövlükdə regiona ağalıq etməkdir. Ancaq, deyəsən, həmin dairələrin bir qismi bunun yanlış olduğunu anlamağa başlayıb. Müxtəlif səviyyələrdən eşidilir ki, "Yaxın Şərqə müdaxilə kökündən yanlış idi". Lakin o da maraqlıdır ki, hələlik geri çəkilən yoxdur. Mübarizə yeni üsullarla davam etdirilir. Daha çox siyasi-diplomatik fəaliyyət üzərində dayanılır. Onun fonunda geosiyasi xarakterli addımlar atılır. Böyük bir ərazidə terror dəhlizi yaratmaq planından da vaz keçilmir. Bütün bunların kontekstində Türkiyənin apardığı geosiyasi mübarizənin bir sıra aspektləri üzərində geniş dayanmağa ehtiyac vardır.

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik

Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
18 iyun 2019

Yaxın Şərqdə geosiyasi proseslər növbəti gərginlik mərhələsinə qədəm qoyur. Əvvəllər də analoji keçidlər baş verib. Lakin bu dəfə mənzərəni daha riskli və gərgin edən düşündürücü faktorlar xeyli qabarıq şəkildə özünü göstərir. Və bunun özəl cəhətlərindən biri böyük dövlətlərin mübarizəsinin artıq daha açıq və kəskin şəkildə həmin regiona təsir etməyə başlaması ilə əlaqəlidir. Burada ilk olaraq ABŞ-İran qarşıdurmasını vurğulamaq doğru olardı. Digər gərginlik xəttini ABŞ-Türkiyə münasibətləri təşkil edir. Bunların fövqündə isə ABŞ-Rusiya və ABŞ-Çin rəqabəti dayanır.

Amerikaya kunq-fu cavabı: Çin Asiyanın NATO-sunu yaratmağa çalışır

Amerikaya kunq-fu cavabı: Çin Asiyanın NATO-sunu yaratmağa çalışır
17 iyun 2019

Çin Vaşinqtonun balanssız qarşılıqlı ticarət ittihamlarına uzun müddət kifayət qədər təmkinlə reaksiya verirdi. O, ittihamlara cavab olaraq nəinki sərt tədbirlər görmür, hətta bəyanatlarında belə, çox təmkinli davranırdı. ABŞ-ın gömrük tariflərinin artırılması ilə bağlı hər qərarına Pekin güzgü effektilə cavab verir, eyni zamanda vəziyyəti masa arxasında müzakirə etməyə hazır olduğunu bildirirdi.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...