THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqazı dəyişən "əks-həmlə"nin bir aylıq uğurları… Davamı da gələcək

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1771
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 oktyabr 2020 – Newtimes.az

Sentyabrın 27-dən başlanmış əks-həmlə əməliyyatlarının bir ayı tamam oldu. Bu müddət ərzində Ermənistanın işğalçılıq siyasəti həm diplomatik, həm də hərbi əməliyyatlar meydanında ciddi zərbə alıb. Həmin zərbələrin ümumiləşdirilmiş (statistik) mənzərəsi aşağıdakı faktlarda öz əksini tapıb:

1) Status-kvo və təmas xətti aradan qaldırılıb. 100 dən artıq yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən tapdağından azad edilib. Yeni yaşayış məntəqələrinin – Kəlbəcərin və Laçın dəhlizinin azad olunması istiqamətində qanlı döyüşlər davam edir. Deokkupasiyanın arealı genişlənməkdədir.

2) Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib. Sentyabrın 26-da Prezident İlham Əliyevin xalqa müraciətində son bir ayda Ermənistanın məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının bir hissəsi diqqətə çatdırılmışdır: tank – 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tank. Piyadaların döyüş maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106. Tank əleyhinə vasitə – 53-ü məhv edilib. 82 "Qrad” qurğusu məhv edilib. 2 "Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 "TOS” məhv edilib. Zenit-raket kompleksləri – 4 "TOR”, 40-a yaxın "OSA”, 4 "KUB”, 1 ”KRUQ”, 2 "S-125” qurğusu məhv edilib. 6 "S-300” atıcı qurğusu məhv edilib. Bir aşkaretmə stansiyası, bir lokator. Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, "Toçka-U” biri məhv edilib. Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb. Düşmən 404 yük avtomobilindən məhrum edilib. Son bir ayda Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 mlrd. ABŞ dolları həcmində qiymətləndidirlir.

3) Düşmənin mənəvi-psixoloji durumu olduqca aşağı səviyyədədir. Ermənistan ordusunda fərarilik halları xeyli artıb. Koronovirus diaqnozu ilə ordudan yayınma halları artmaqdadır; Erməni separatizmi və onun ideoloji kökü olan "Miatsum” və "Böyük Ermənistan” ideyasına sağalmaz zərbə vurulmaqdadır. Müzəffər Azərbaycan Ordusu işğalçı ölkənin "yeni müharibə – yeni torpaqlar” ideyasını "əks-həmlə və Azərbaycan ərazilərinin deokkupasiyası” əməliyyatları ilə əvəzləyərək onun "ərazi əvəzində status” formulundan əl çəkməyə vadar etdi. ƏN ƏSASI İSƏ ARTIQ STATUS ADLI BİR ANLAYIŞ YOXDUR və REFERENDUM OLMAYACAQ.

4) Azərbaycan son 27 il ərzində itirmiş olduğu 132 km-lik Azərbaycan-İran sərhədlərini erməni işğalından azad etməklə ölkəmizin həmin istiqamətdə ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş oldu. Bu sərhəd xəttinin nəzarətə götürülməsi və yaxın gələcəkdə Dağlıq Qarabağın işğaldan azad edilməsi istər ölkəmiz, istərsə də region və beynəlxalq aləm üçün ciddi təhlükə və təhdid mənbəyi olan transmilli cinayətkarlığın bütün təzahürlərinin (terrorizm, insan alveri, silah alveri, narkotiklərin becərilməsi və daşınması və s.) qarşısı alınacaq, həm də regionu erməni və kürd terror şəbəkəsinin işbirliyindən xilas edəcək.

5) Münaqişənin beynəlmiləlləşməsinə yol verilməyib. Düşmənin hərbi əməliyyatlar zonasını genişləndirmək və Ermənistan ərazisinin içərisinə gətirməklə KTMT-ni münaqişəyə cəlb etmək niyyəti puç olub. Minsk qrupunun vasitəçilik missiyası isə de-fakto dayandırılıb. Onlar işğalçının xeyrinə həm fərdi (Makronun Dağlıq Qarabağla bağlı qərəzli bəyanatı), həm də kollektiv şəkildə (Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər etməklə yeni sənəd qəbul etməyə səy göstərmişlər. Həmin sənəd 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələrin kölgədə qalmasına və onların qüvvədən düşməsinə, işğalçıya dəstək göstərilməsinə edilmiş cəhddir) addımlar atmaqla fəaliyyətinin neytrallığını sual altına qoyub. Cəbhədə qazanılmış uğurlar danışıqlar prosesində Ermənistanın mövqeyini ciddi şəkildə zəiflədib, hətta onlar üçün dialoqun əhəmiyyətini tamamilə itirib. Hazırda işğalçı ölkə həm diplomatik, həm də döyüş səhnəsində yenidən uğur qazanmaq, bu yolla danışıqlar masasına qayıtmağa və yenidən tələblər irəli sürməyə ümid edir. Lakin onun hazırda mat vəziyyətinə düşdüyündən tezliklə təslim olacağı daha çox ehtimal edilir.

6) Ermənistan cəmiyyəti ictimai-siyasi sabitliyin pozulması ərəfəsindədir. Cəbhədə hərbi uğursuzluq nəticəsində istefalar bir-birini əvəz etməkdədir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib. Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduqları vəzifədən azad olunublar.

Müxalif qüvvələrlə hakimiyyət arasında uçurum dərinləşməkdədir. Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan Nikol Paşinyan hökumətini hakimiyyəti hərbçilərə verməyə çağırıb. Manukyan öz müraciətində ölkədəki vəziyyəti erməni tarixinin ən rüsvayçı və dağıdıcı səhifələrindən biri kimi qiymətləndirib. Bu, Paşinyanın hakimiyyətdən dinc yolla kənarlaşdırılması ilə bağlı ikinci cəhddir. Birincisi oktyabrın 17-də (müharibənin 20-ci günündə) olmuşdu. Öncə 13 partiya, sonra isə 16 partiya birgə bəyanatla çıxış etmişdilər. Bəyanatda Ermənistanın və Qarabağ separatçılarının keçmiş və indiki prezidentləri, baş nazirlər və xarici işlər nazirlərinin iştirakı ilə operativ qərargahın formalaşdırılması təklif olunurdu. Təklif edib ki, qərar qəbul etmək hüququ olan qərargah dövlət orqanı statusuna malik olsun. O zaman Paşinyan 16 partiyanın hücumuna reaksiya verməyib, "Qarabağı xilas etməyə” hazırlaşan eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın fəal hərəkətlərinə qarşı çıxmışdı. Paşinyan Köçəryana Putinlə görüşmək üçün Moskvaya getməyə səlahiyyət vermədi.

Göründüyü kimi, N.Paşinyanın hətta milli məsələdə belə müxalifətlə, xüsusən də rusiyameyilli qüvvələrə kompromisə getməsi inandırıcı görünmür. Belə bir kompromis hərbi uğursuzluqlar fonunda onun hakimiyyətinin zəifləməsi və getdikcə legitimliyinin itirilməsi anlamına gəlir. Cəbhədəki uğursuzluq davam edəcəyi təqdirdə Ermənistanda hakimiyyətə qarşı təzyiqlərin artacağı, hətta "Postaprel ssenarisinin” (2016-cı ilin Aprel döyüşlərindən sonra S.Sarqsyan istefa verməli oldu) təkrarlanacağı istisna edilmir.

7) Son bir ay ərzində Azərbaycan Ordusunun cəbhədə göstərdiyi performans dünyanın aparıcı ölkələrinin (xüsusən də ABŞ-ın) qərargahlarında tədqiq edilməkdədir. Azərbaycan Ordusu 6-cı nəsil müharibə aparır. Bu müharibə yüksək dəqiqlikli silahların tətbiqi və manevr müharibəsi hesabına aparılan silahlı qarşıdurma hesab edilir. Belə demək mümkündürsə, müzəffər Azərbaycan Ordusu müasir dövrün hərb tarixində 6-cı NƏSİL MÜARİBƏLƏRİN APARILMASININ PİONERİDİR.

8) Azərbaycanın apardığı müharibə regionda yeni geosiyasi nizamın rüşeymlərini səpməkdədir. Azərbaycan üçün Türkiyə ilə "bir millət, iki dövlət” şüarına söykənən qardaşlıq əlaqələrinin, habelə Pakistan ilə də bu səviyyədə əməkdaşlığın daha da dərinləşəcəyi, lakin bununla belə coğrafi yaxınlıq prinsipinə görə Türkiyənin alternativsiz vektora çevriləcəyi istisna edilmir. Rusiya, İran və Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığa söykənən mehriban qonşuluq və işgüzar münasibətlərin inkişaf etdiriləcəyi ehtimalı da yüksək dəyərləndirilir. Müharibənin Azərbaycanın xeyrinə nəticələnməsi regionda ayrıcı xətləri aradan qaldıracaq, etimad mühitini möhkəmləndirəcək, hətta regional təhlükəsizlik sisteminin yaranmasına zəmin yaradacaq, ən əsası isə Cənubi Qafqazı sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevirəcək.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...