THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan Rusiyadan yox, NATO-dan kömək istəyir

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1954
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 oktyabr 2020 – Newtimes.az

Oktyabrın 21-də Ermənistan prezidenti Armen Sarkisyan Brüsseldə NATO qərargahında həmin təşkilatın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirib. Bu mətbuat konfransında Ermənistan prezidentinin çıxışının əsas leytmotivi anti-Türkiyə təbliğatından ibarət idi. Ümumilikdə həmin çıxışın əsas müddəaları aşağıdakılar hesab edilir:

1) Ermənistan Kosovo və Əfqanıstanda NATO ilə birlikdə islamçı terrorçulara qarşı mübarizə aparıb.

2) 27 sentyabrdan başlanmış hərbi əməliyyat Azərbaycanla qondarma "DQR"in əhalisi arasında davam edir.

3) Münaqişə sülh yolu ilə həll edilməlidir. Onun müharibə yolu ilə həlli qeyri-mümkündür.

4) Bu münaqişənin dinc yolla həllində ATƏT-in Minsk qrupu mühüm rol oynayır. Elə bir neçə gün qabaq həmsədrlərdən biri Rusiyanın vasitəçiliyi ilə Moskva bəyanatı qəbul edilib.

5) Münaqişədə mülki əhalinin hərbi hədəfə çevrilməsi yolverilməzdir.

6) Münaqişəyə üçüncü tərəfin müdaxiləsi onun dinc yolla tənzimlənməsinə imkan vermir. Həmin üçüncü tərəf münaqişə bölgəsində islam terrorçularını himayə edən, nahaq qanların axıdılmasına imkan verir. Həmin tərəf Türkiyədir.

3-4 dəqiqəlik çıxışında Ermənistan prezidenti münaqişənin dövlətlərarası xarakterə malik olmadığını, onu daxili münaqişə kimi qələmə verməklə separatçı rejimin öz müqəddəratını təyin etmə hüququnu qabartmağa və danışıqlar prosesində yer almasına vurğu etməyə çalışıb.

Son 24 gündə Azərbaycan Ordusunu durdurmaq iqtidarında olmayan və döyüş meydanında təklənmiş zəif, ruhu qırılmış Ermənistan indi də NATO-dan yardım umur. Lakin NATO-nun Cənubi Qafqazda nəsə etmək iqtidarında olması mümkünsüzdür. Alyansın bu regionda yeganə üzvü Türkiyədir. Məhz bunu nəzərə alan Ermənistan prezidenti Türkiyənin islam terrorizminə dəstək verdiyini dilə gətirməklə həmin təşkilatdakı bəzi ölkələri rəsmi Ankaraya qarşı qoymağa çalışır. Lakin NATO-da hərbi gücünə görə aparıcı yerlərdən birini tutan, Yaxın Şərq, Şərqi Aralıq və Qara dəniz regionlarında geostrateji təsir imkanlarını artıran, son zamanlar isə Rusiya ilə sıx yaxınlaşma kursu həyata keçirən Türkiyəyə qarşı Alyans daxilində hansısa bir neqativ addımın atılacağı inandırıcı deyil. Bunu dərk edən Ermənistan Türkiyəni ABŞ və Qərb üçün ideoloji düşmən kimi assosiasiya edilən islam terrorizminin sponsoru kimi qələmə verməklə, rəsmi Ankaraya qarşı xristian birliyini işə salmağa cəhd göstərir. Ermənistan prezidentinin NATO ilə birlikdə Kosovoda və Əfqanıstanda postkonflikt prosesində deyil, islam terrorizminə qarşı birgə fəaliyyət göstərdiklərini xatırlatmaqla Türkiyəyə qarşı dini cəbhənin yaradılması istəyini dilə gətirib.

Şübhəsiz ki, Ermənistan mülki əhalinin hərbi hədəfə çevrilməsinin yolverilməz olduğunu bəyan etməklə ölkəsinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu və Gəncədə törətdikləri vəhşiliyi ört-basdır etməyə çalışıb.

Maraq doğuran məqam ondan ibarətdir ki, Ermənistan prezidenti münaqişəni dayandırmağı ənənəvi müttəfiqi Rusiyadan deyil, NATO-dan xahiş edib. Bu addım Ermənistanın ənənəvi rəqibinə qarşı növbəti xəyanəti, bizim üçünsə əlverişli hal hesab edilməlidir. Nə qədər ki, Ermənistan anti-Rusiya addımları atacaq, bu rəsmi Moskvanın və Tehranın münaqişədə neytrallığına, Azərbaycan Ordusunun inamla irəliləməsinə, Türkiyənin isə bizə hərtərəfli dəstəyini davam etdirməsinə imkan verəcək.

Ermənistanın NATO-dan kömək istəməsi ATƏT-in Minsk qrupunun vasitəçilik iqtidarında olmaması və KTMT-nin də işə yarımadığı anlamına gəlir. Bu, həm də iplomatik meydanda tam fiaskoya uğrayan Ermənistanın alçaldıcı sülhə getməkdənsə, artıq uduzulmuş müharibəni davam etdirmək zorunda qaldığına dəlalət edir.

Zəfər Nəcəfov,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Milli Təhlükəsizlik və Humanitar Elmlər kafedrasının baş müəllimi, beynəlxalq münasibətlər üzrə ekspert

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...