THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Nikol Paşinyana üç qısa sual

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4309
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 sentyabr 2020 – Newtimes.az

Azərbaycan xalqının səbir kasası daşıb. Biz illər boyu xəbərdarlıq edirdik ki, səbrimiz tükənməz deyil. Bizim bu xəbərdarlığımız bəzi yerlərdə bəziləri tərəfindən ciddi qəbul edilmirdi. Gülürdülər. Ermənistanın devrilmiş prezidentinin təbirincə desək, bizimlə "zarafat edirdilər".

Bu gün onların başına sanki soyuq su tökülüb. Ermənistanda ümumi səfərbərlik edildi və yenə KTMT yada düşdü.

Bununla əlaqədar, hər biri "əgər" sözü ilə başlayan üç qısa sualı düşmənin nəzərinə çatdıracağıq (onların savadsızlığını aradan qaldırmağa və onlarla mənasız debatlar aparmağa vaxtımız yoxdur).

Əgər Ermənistan rəsmi səviyyədə (!), yəni "vətəndaş cəmiyyəti" səviyyəsində deyil, dövlət səviyyəsində ümumi səfərbərlik elan edirsə, yəni çağırışçıları və ehtiyatda olanları Qarabağa (yəni Azərbaycan ərazisinə) göndərmək üçün öz dövlət hərbi komissarlıqları vasitəsilə orduya çağırışı həyata keçirirsə, onda Azərbaycanın bilavasitə Ermənistan ərazisinə cavab zərbəsi endirməsi və öz hərbi qulluqçularını bilavasitə Ermənistan ərazisində yerləşdirməsi üçün heç bir hüquqi maneə qalmır.

Əgər KTMT bu təşkilatın üzvü olan dövlətdə səfərbərlik edilməsini və Ermənistan silahlı qüvvələrinin (hər hansı özəl hərbi şirkətin və ya "könüllülərin" yox) hərbi qulluqçularının həmhüdud ölkəyə göndərilməsini sakitcə müşahidə edirsə, onda həmhüdud ölkənin artıq KTMT üzvü olan Ermənistanın ərazisinə cavab zərbəsi endirəcəyi və hətta Azərbaycan ordusu bu ipə-sapa yatmayan təcavüzkar ölkənin ərazilərini bilavasitə tutacağı halda həmin blok bunları eyni sakitliklə müşahidə etməli və bu məsələyə müdaxilə etməməlidir. Ya öz müttəfiqinizi dayandırın, ya da axıra qədər kənarda durun və qarışmayın.

Əgər Ermənistan silahlı qüvvələri Azərbaycanın dövlət sərhədinə riayət etmirsə, onda Azərbaycan nəyə görə həmin sərhədə riayət etməlidir?

Fikrimizi yuxarıda göstəriləndən daha aydın şəkildə ifadə etmək mümkün deyil.

Vüqar Seyidov

AZƏRTAC

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...