THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Azərbaycan münaqişəsi: növbəti müharibə?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12359
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 23 sentyabr 2020 – Newtimes.az

"Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir... Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik''. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına sentyabrın 19-da verdiyi müsahibəsində səsləndirib.

Bu bəyanatdan bir gün sonra Ermənistan-Azərbaycan sərhədində gərginlik artıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 21-i səhər saatlarında iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu həyatını itirib. Bundan bir gün əvvəl isə Ermənistana məxsus pilotsuz uçuş aparatı vurulub.

Doğrudur, Müdafiə Nazirliyinin bəyanatında taktiki uçuş aparatının harada vurulduğu haqda məlumat verilmir. Amma Azərbaycan mətbuatı hadisənin Tovuz rayonu ilə qonşu olan Şəmkirdə baş verdiyini yazır.

Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında iyul toqquşmaları məhz Tovuz rayonu istiqamətində baş vermişdi. O zaman hər iki tərəfdən ümumilikdə 20 hərbi qulluqçu həyatını itirmişdi. Azərbaycan tərəfdən 1 mülki şəxs də həlak olmuşdu.

''Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutulması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub'', – deyə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Bütün bunların fonunda Misirin "Cairo24.com'' saytı Suriya, İraq və İran vasitəsilə Ermənistan ərazisinə PKK və PYD-nin terrorçu qruplarının gəldiyini yazır.

Bundan başqa, iyul qarşıdurmasından sonra Bakı Rusiyadan Ermənistana yüz tonlarla hərbi yükün tədarük edildiyi haqda məlumat yayıb. Bu yüklərin daşınması üçün Xəzər dənizi hövzəsində yerləşən ölkələrin hava məkanından istifadə olunduğu deyilir. Halbuki, bunun üçün daha qısa marşrut olan Gürcüstan yolundan istifadə edilə bilərdi. Məsələ ondadır ki, Tbilisi öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasına icazə verməyib.

Azərbaycanın dövlət başçısı son açıqlamalarında Ermənistanla yanaşı, onun xarici havadarlarını da qınayıb. O, Rusiyadan Ermənistana hərbi yüklərin daşınmasının sentyabrın əvvəllərində də davam etdirildiyini bildirib: "Bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər''.

Vəziyyətin gərginləşməsinə Yerevan-Bakı danışıqlarının iflasa uğraması səbəb olub. ATƏT-in Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyilə artıq on illərdir davam edən sülh danışıqlarında irəliləyiş yoxdur. Ermənistanın həmsədrlərin təklif etdiyi "Madrid prinsipləri''ndən imtinası isə danışıqlar prosesinə nöqtə qoyub. Halbuki, bu prinsiplər uzun müddətdir regional və beynəlxalq oyunçular tərəfindən belə, dəstəklənirdi.

Bakıda hesab edirlər ki, Yerevan əslində, sülh danışıqlarından sui-istifadə edərək, Azərbaycanın işğal altındakı ərazilərinə nəzarəti gücləndirməyə çalışır. Başqa sözlə, Ermənistan danışıqlar prosesini uzun müddətdir davam edən münaqişənin həlli, regionda qan tökülməsinin qarşısının alınması vasitəsi saymır.

Azərbaycan isə danışıqlar prosesinin canlandırılması, iyul toqquşmasından sonra yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması üçün Minsk qrupunun geniş formatda görüşünü təklif edir. Bakıda hesab edirlər ki, bu görüşdə təkcə qurumun həmsədrləri deyil, həm də Minsk qrupuna daxil olan 11 ölkə iştirak etməlidir. Lakin Yerevan danışıqların davam etdirilməsi üçün 7 şərt irəli sürüb. Bu isə prosesi daha da çətinləşdirib.

Görünən odur ki, Ermənistan bu şərtləri irəli sürməklə əslində, danışıqlar prosesinin tam dayanmasını istəyir. Onun şərtlərindən biri işğal altındakı Dağlıq Qarabağ regionunda yaradılmış işğalçı rejiminin danışıqlar prosesində tamhüquqlu tərəf kimi iştirak etməsidir. Yerevan bu təklifi daha əvvəl də irəli sürsə də, o, istər Azərbaycan, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Ermənistana silah tədarükü, bu ölkəyə terrorçu qrupların gətirilməsi fonunda danışıqlar prosesinin "dalana dirənməsi'' yeni müharibənin başlaya biləcəyinə dair təhlükəli siqnaldır.

Bakı Avropa İttifaqı da daxil olmaqla, beynəlxalq ictimaiyyətin bu müharibənin qarşısının alınması üçün dərhal hərəkətə keçəcəyinə, münaqişə tərəfləri arasında substantiv danışıqların başlanmasına təkan verəcəyinə ümid edir.

Vasif Hüseynov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...