THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru

Soçi sammitinin nəticələri: Suriyada sülhdən Rusiya-Türkiyə strateji tərəfdaşlığına doğru
25 fevral 2019

Suriyada sülh və barışın təmin edilməsi məsələsi hazırda qlobal geosiyasətin aktual problemlərindəndir. Bir neçə ildir ki, bu ölkədə qan tökülür. Onu durdurmaq üçün müxtəlif koalisiyalar da yaradılıb. Ancaq Rusiya-Türkiyə-İran "üçlüyü"nün yaradılması və Astana prosesinin başlaması Suriyada vəziyyəti real surətdə dəyişməyə imkan yaratdı. Hazırda Suriya ərazisinin 80 faizinə Əsəd rejimi nəzarət edir. Az bir ərazidə silahlı toqquşmalar baş verir. Ankara, Moskva və Tehran da həmin bölgələrdə sülhə nail olmaq üçün görüşürlər. Rusiyanın Soçi şəhərində fevral ayının ortalarında təşkil olunan sammit bu baxımdan əhəmiyyət daşıyırdı. Burada tərəflər bir çox məsələlərdə ortaq mövqeyə gəliblər. Lakin proses heç də asan getmir. Bu baxımdan Soçi sammitinin nəticələrinin geosiyasi analizinə ehtiyac görürük.

Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün "real töhfələri"

Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün "real töhfələri"
22 fevral 2019

Dünya miqyasında geosiyasi proseslərin intensivliyi və mürəkkəbliyi haqqında politoloqların fikirləri dərc edilir. Ümumi mövqeyə görə, qlobal gərginlik daha da artır. Bu məqam özlüyündə riskləri də artırır. Son Münxen konfransında da bu barədə fikir mübadiləsi olub. Belə bir vəziyyətdə Cənubi Qafqaz ölkələrinin yeridəcəyi xarici siyasət kursu maraq doğurur. Ermənistan siyasi və ekspert dairələrində yayılan informasiyalar bu ölkənin mövqeyi haqqında müəyyən fikir yürütməyə imkan yaradır. Təhlillər göstərir ki, Ermənistan rəhbərliyi hələ də qlobal və regional miqyasda baş verən prosesləri qeyri-adekvat dərk edir. Onlar reallığa əsaslanmayan mövqe tutmaqda davam edirlər. Bu, bir tərəfdən, regionda riskləri artırırsa, digər tərəfdən, Ermənistanın özünü daha pis vəziyyətə salır. Həmin kontekstdə oyuncaq dövlət və onun marionet idarəçilərinin atdığı addımlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri

Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 fevral 2019

Ermənistanda yeni hökumətin təşkili fikir ayrılığına səbəb olub. Baş nazir Nikol Paşinyan nazirliklərin sayını azaltmağı planlaşdırır. Ləğv ediləcək nazirliklər arasında diasporla bağlı nazirliyin olması erməni ekspert dairələrində müəyyən ajiotaj yaradıb. Bir sıra ekspertlər hesab edirlər ki, diasporla əlaqələrin pisləşməsi erməni dövlətçiliyi üçün öldürücü ola bilər. Hazırda diasporun Ermənistana yardımları az deyil. Ənənəvi olaraq, xaricdə yaşayan ermənilər Ermənistana müxtəlif məsələlərdə dəstək veriblər. İndi isə onların təsiri xeyli azalıb. Bu o deməkdir ki, erməni diasporuna havadarlıq edən dövlətlərin siyasi və geosiyasi mövqeyi transformasiyaya uğrayır. Bununla erməni diasporu ilə bağlı yaradılan mif də sabun köpüyü kimi dağılır. Ermənilərin ağaları artıq onlardan köləliyin başqa formasını tələb edirlər. Bunun fonunda N.Paşinyanın yeritməyə çalışacağı xəttin təhlilinə ehtiyac vardır.

Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı

Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
20 fevral 2019

Müasir mərhələdə müstəqil xarici siyasət yeritmək, heç şübhəsiz, asan iş deyil. Hazırda qlobal miqyasda çox ziddiyyətli geosiyasi proseslər gedir. Dünyanın böyük dövlətləri öz maraqlarını təmin etmək üçün güc tətbiq etməkdən belə çəkinmirlər. Bu zaman beynəlxalq hüququn normaları pozula bilir və beynəlxalq təşkilatların iradəsi nəzərə alınmır. Belə bir şəraitdə müstəqilliyinə nail olmuş ölkələrin xarici siyasətlərini hansı prinsiplər üzərində qurması məsələsi aktuallıq kəsb edir. Bundan başqa, artıq bir neçə ildir ki, gənc müstəqil dövlətlər xarici siyasət kurslarını müəyyənləşdiriblər. Azərbaycanın xarici siyasətində başlıca prinsip nədən ibarətdir? Müasir mərhələdə onun gözlənilməsi nə dərəcədə mümkündür? Bu kimi suallara dövlət başçısı İlham Əliyev Real televiziyasına verdiyi müsahibədə ətraflı cavab verib.

İsrail dövlətinin Cənubi Qafqaza marağında Azərbaycan və Ermənistanın yeri və rolu

İsrail dövlətinin Cənubi Qafqaza marağında Azərbaycan və Ermənistanın yeri və rolu
18 fevral 2019

İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq çərçivəsində, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tələb edir. Bu mürəkkəb geosiyasi vəziyyətdə, Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi üstünlüyü olan ölkə tərəfindən Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi Azərbaycan Respublikası üçün çox vacibdir. Bütün bunlar İsrail dövlətinin Cənubi Qafqazda Azərbaycana olan üstün münasibətini və Azərbaycanın bu qarşılıqlı münasibətdə yeri olduğunu göstərir. Ermənistan isə belə imkana və münasibətə layiq deyil.

Münaqişələrin Çeçenistan Respublikasının iqtisadiyyatına təsiri

Münaqişələrin Çeçenistan Respublikasının iqtisadiyyatına təsiri
18 fevral 2019

Bu bölgə Şimali Qafqazın ən qarışıq respublikasıdır. Burada yaşanan münaqişələr, terror hadisələri və etnik qrupların özbaşınalığı vəziyyəti daim gərginləşdirmişdir. Çeçenistan Respublikası Qafqaz dağlarının şimal hissəsində yerləşir. Ərazisi 17.300 kvadratkilometrdir. Bölgə Dağıstan, Şimali Osetiya, İnquşetiya və Stavropol diyarı ilə sərhəddir. Çeçenistan əhalisinin 95%-i etnik çeçenlərdən ibarətdir. 1991-ci ildə Çeçenistan öz müstəqilliyini elan etmişdi. Bu isə Rusiyanın etirazına səbəb olmuşdur. Bundan sonra münaqişələr başlamışdır. 1994-cü ildə birinci və 1999-cu ildə isə ikinci rus-çeçen münaqişələri baş vermişdir. Qeyd edək ki, baş verən bu münaqişələr Rusiya Federasiyasının bütövlüyünə təsir edən mühüm amillərdən idi. Çeçenistanın müsəlman xalqı xristian olan bir dövlətin hakimiyyəti altında yaşamağı qəbul etmirdi.

Ermənilərin Gürcüstanda yeni "dəst-xətti"

Ermənilərin Gürcüstanda yeni "dəst-xətti"
17 fevral 2019

Bu yaxınlarda "georgians.ru" saytının yaydığı "Videosüjet Tbilisi ermənilərini məyus etdi" başlıqlı yazıda göstərilir ki, Tbilisi erməni assambleyası Gürcüstan kütləvi informasiya vasitələrində etnik ermənilərə qarşı "nifrət" ifadə edən sözlərdən daha tez-tez istifadə olunduğu haqqında narahatlığını bildirib. Tbilisi ermənilərinin əsəbləşmələrinə səbəb "itv.ge" internet-telekampaniyasında yayımlanan video-süjet olub. Bu videoda "javakhk" adlı bir erməni blogeri Avrokomissiyaya müraciət edərək Gürcüstanın Samtsxe-Cavaxetiya ərazisində erməni muxtariyyətinin yaradılmasını tələb edib.

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür

Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 fevral 2019

Dövlət başçısı İlham Əliyevin çox aktiv siyasi liderlik həyatı yaşadığını hər kəs qəbul edir. Azərbaycan Prezidenti yorulmadan müstəqil dövlətçiliyin inkişafı naminə səmərəli proqramlar reallaşdırır. Siyasət və diplomatiya sahəsində ölkə başçısının əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə açıq etiraf edilir. Bununla yanaşı, İlham Əliyev jurnalistlərlə də ünsiyyətə tam açıq liderdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı nəşrləri ondan müsahibələr götürür, fikirlərinə böyük maraq göstərirlər. Azərbaycan mediası da dövlət başçısı ilə ünsiyyətə çox can atır. Son olaraq Prezident Real televiziyasına geniş müsahibə verib. Dövlət başçısı müsahibədə KİV-lə ünsiyyətində hər şeydən öncə Azərbaycan dövlətçiliyinin maraqlarına üstünlük verdiyini ifadə edib. Bu, çox əhəmiyyətli yanaşmadır və Prezidentin fəaliyyətinin mahiyyətini dərk etməyə yardımçı olur. Həmin kontekstdə biz, müsahibənin bir sıra məqamları üzərində geniş dayanmağa böyük ehtiyac duyduq.

Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları

Haqq və ədalətin inkarı: "Freedom House"un qərəzli hesabatları
14 fevral 2019

Biz Qərbin bir sıra təşkilatlarının hazırladıqları qeyri-obyektiv və qərəzli hesabatlara çox rast gəlmişik. Onların sırasında insan haqları ilə bağlı olanlar da var. Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də əlimizdə kifayət qədər faktlar var. Ancaq erməni lobbisinin maraqlarına xidmət göstərən bu üzdəniraq QHT-nin 2019-cu il üçün hazırladığı "hesabat" və tərtib etdiyi mətbuat azadlığı üzrə "reytinq cədvəli" bir başqa əcayibdir. Çünki Qərb siyasi dairələrinin ifadə etdikləri fikirlərə belə uyğun gəlmir. Konkret olaraq, Qərb dövlətləri Ermənistanda seçki saxtakarlığının, korrupsiyanın olduğunu, insan haqlarının tapdandığını dedikləri bir vaxtda "Freedom House" yenə də bu forpost dövləti "qismən azad" hesab edir. Eyni zamanda, Azərbaycana qarşı yenə də ikili standartlarla davranır. Bu qədər ikiüzlülük, haqsızlıq, yalançılıq və saxtakarlıq da olarmış! Qəribədir ki, özünü demokratiyanın beşiyi sayan bir geosiyasi məkanda bir sıra məsələlər üzrə "ulaq inadkarlığı" göstərilir. Burada adi bir məqamı anlamaq istəmirlər: başqasına quyu qazanın özü nə vaxtsa quyuya düşür! Həm də bu cür davranmaqla nüfuzdan düşürlər, artıq cəmiyyətlər onlara nümunə kimi baxmırlar.

Uğursuz Almaniya səfəri: Kremlin Paşinyana sualları artır

Uğursuz Almaniya səfəri: Kremlin Paşinyana sualları artır
08 fevral 2019

Ermənistan baş nazirinin Almaniyaya səfərindən şou düzəltmək istəyən erməni mediası üçün arzuolunmaz vəziyyət yaranıb. Berlində "ciddi" danışıqlar apardığını iddia edən N.Paşinyan oradan faktiki olaraq əliboş dönüb. Tərəflər arasında səmərə verə biləcək heç bir sənəd imzalanmayıb. N.Paşinyanın çantasında A.Merkelin bir cümləsindən başqa heç nə yoxdur. Almaniya kansleri diplomatik protokol xatirinə ümumi sözlərlə N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "cəsarətli" addım atdığını bəyan edib. Bununla bəlkə də siyasi karyerasının ən böyük səhvini edib. Əslində, məsələyə bir qədər konkret məntiqi çərçivədə baxdıqda, Almaniyanın da öz oyununu apardığını görürük. O, Cənubi Qafqaz uğrunda böyük dövlətlərin mübarizəsinin bir parçasıdır. Rəqibləri də az deyil. Bu səbəbdən geosiyasi manevr üçün nələrsə uydura bilər. Bu kontekstdə N.Paşinyanın Ermənistanı hansı geosiyasi ziddiyyətlər burulğanına sürüklədiyinin təhlili üzərində geniş dayanmaq istərdik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...