THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Şimali Qafqazda sabitliyi pozan səbəblər

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
278
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 sentyabr 2018 – Newtimes.az

Şimaldan cənuba, qərbdən şərqə doğru bir körpü rolunu oynayan Şimali Qafqaz strateji baxımdan əhəmiyyətli rola malikdir. Geostrateji tərəfdən Orta Asiyaya giriş qapısı rolunu oynayan bölgə Qərb bazarlarına da açılmağa imkan yaradır. Xüsusi ilə Xəzər neftinin Qərbə çatdırılmasında Şimali Qafqaz Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bunun bir növ səbəbi dünyada enerji ehtiyatlarına – neft və təbii qaza artan ehtiyacların çoxalmasından irəli gəlir. [1, 133]

Rusiya Federasiyasının cənub hissəsində yerləşən Şimali Qafqaz zəngin təbiətə məxsus olaması ilə yanaşı qarışıq etnik tərkibə də malikdir. Bölgə Adıgey, İnquşetiya, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şimali Osetiya kimi 7 respublika və 2 Krasnodar və Stavropol diyarlarından ibarətdir.

Çeçenistan və Dağıstan respublikalarına diqqət yetirsək ən qarışıq vəziyyət bu respublikalarda müşahidə olunur. Buradakı terror hadisələri, münaqişələr, etnik qruplar arasındakı konfliktlər bölgədə gərginliyin yüksəlməsinə gətirib çıxarır.

Qafqaz dağlarının ətəklərində yer alan Çeçenistan Rusiya üçün Moskvanın yaratdığı mühafizə xətinin ən vacib parçasıdır. Həmçinin Çeçenistan Rusiyanın gələcəyi baxımından son dərəcə vacib olan neft və təbii qaz boru xətlərinin keçdiyi nöqtədə yerləşir. Rusiyanın neft məntəqələrindən biri isə Qroznıdadır.

Çeçenistandakı qarışıqlıq respublikanın 1991-ci ildə öz müstəqilliyini elan etməsindən sonra başladı. Çeçenistanın müsəlman xalqı xristian olan bir dövlətin hakimiyyəti altında yaşamağı qəbul etmirdi. Bununla da 1994-cü ildə birinci və 1999-cu ildə isə ikinci rus-çeçen münaqişələri baş verdi.

Qeyd edək ki, baş verən bu iki münaqişə bölgənin iqtisadiyyatına da təsir göstərmiş oldu. Nəticədə ölkənin iqtisadiyyatında sosial-siyasi böhran müşahidə olundu. Müharibədən sonra Çeçenistanın sosial və iqtisadi infrastrukturu dağıldı və işsizlik artdı. [2, 26]

Həmçinin münaqişələr respublikanın demoqrafik quruluşuna da təsir göstərdi. 1991-ci ilin sonundan etibarən respublikanın demoqrafik quruluşu əhəmiyyətli dərəcədə dəyişdi. Bu dövrdə bəzi yəhudilər, ermənilər, ruslar, inquşlar və çeçenlərin bir qismi kütləvi halda respublikadan köç etmişdir. Bu da bölgədə qeyri-sabitliyin artmasına gətirib çıxardı. [5]

Lakin son illərdə respublikada sosial-iqtisadi istiqamətdə inkişaf özünü göstərir. Respublikanın bir çox yaşayış məntəqələrində sosial, mədəni əhəmiyyətli mərkəzlər tikilir. "Qroznı-city" biznes mərkəzi və böyük tibbi kompleksinin 5 oktyabr 2011-ci ildə açılması respublika üçün əhəmiyyətli hadisə idi. Həmçinin 2014-cü il də Çeçenistan üçün inkişaf ili olmuşdur. Çeçenistanda bir tərəfdən ticarət sahəsində fərdi sahibkarlıq inkişaf edir və digər tərəfdən biznes fəaliyyətinin yenilənməsi prosesi aparılır. [5]

Çeçenistan Respublikası ilə yanaşı belə qarışıq vəziyyət Dağlar ölkəsi adlanan Dağıstanda da müşahidə olunur. Dağıstan Rusiya Federasiyasının tərkib hissəsi olaraq Şimali Qafqaz Federal bölgəsinə məxsusdur. Respublika 1921-ci il 20 yanvar tarixində Dağıstan Sovet Sosialist Respublikası olaraq qurulmuşdur. 1991-ci ildə SSRİ-nin dağılması ilə Dağıstan Cümhuriyyəti oldu.

Respublikada əsas diqqət aqro-sənaye kompleksinin, yanacaq-enerji kompleksinin, turizm və istirahət kopleksinin formalaşması və inkişafına yönəlib. Sosial və iqtisadi baxımdan respublikanın inkişafı ilə bağlı müxtəlif istiqamətlər üzrə inkişaf strategiyaları iqtisadi komplekslər formasında müəyyən edilmişdir. Həmin komplekslər tikinti, yanacaq və enerji, sosial innovasiya, turizm, sənaye, aqro-sənaye, ticarət, nəqliyyat və logistika kompleksidir.

Qeyd edək ki, Dağıstan Rusiya Federasiyasının ən çox qarışıq etnik tərkibə malik bölgəsidir. Burada 100-dən çox millətin nümayəndələri yaşayır və yalnız 30-u yerli xalqdır. Həmin xalqlar ruslar, tatlar, kumklar, avarlar, ləzgilər, dargilər, ağullar, noqaylar və s.-dir. Həmçinin Dağıstanda yaşayan azərbaycanlılar da bu bölgənin qədim xalqlarındandır. Belə qarışıq tərkib həmin xalqlar arasında bir çox fərqli xüsusiyyyətləri ortaya çıxarmış olur və nəticədə münaqişələri qaçılmaz edir.

SSRİ dövründə torpaq siyasəti və miqrantların ovalıq bölgələrə köçü nəticəsində respublikanın demoqrafik vəziyyətində də dəyişiklik baş vermişdir. Bu dəyişiklik respublikada etnik qruplar arasında müxtəlif problemlərin də yaranmasına şərait yaratmışdır. Qeyd ki, Dağıstanda əsasən etnik-dini ayrıcılıq, terror, torpaq münaqişələri ön planda olan problemlərdəndir.

2017-ci ilə nəzər salsaq, həmin il ərzində Dağıstanda 531 terror xarakterli hadisə qeydə alınmışdır. Onlardan 373-ü qeyri-qanuni silahlı birləşmələr idi. Bu haqda Dağıstan daxili işlər naziri Abdulrəşid Maqomedov Dağıstan parlamenti sessiyasında məlumat vermişdi. Həmçinin Dağıstan güc strukturu əməkdaşları respublikada 6 terror-diversiya qrupunu məhv etmişdir.

Ümumiyyətlə, Şimali Qafqaz respublikalarındakı belə qarışıq vəziyyət digər bir tərəfdən burdakı ermənilər ilə bağlıdır. Qeyd edək ki, həm Şimali, həm də Cənubi Qafqazda ermənilərin mövcudluğu istənilməyən dəyişikliklərin baş verməsinə səbəb olmuşdur.

Tarixi faktlara diqqət yetirsək ermənilərin aktiv şəkildə Qafqaza köçürülməsi XVIII və ХХ əsrin birinci rübündə baş vermişdir. Bu, İran və Çar Rusiyasının məqsədyönlü şəkildə xristianları Qafqaz ilə sərhəd olan bölgələrə köçürərək öz mövqelərini gücləndirmək və müsəlman xalqını qarışdırmaq siyasəti idi. Bununla əlaqədar olaraq İrandan köçürülən ermənilərin sayı 40-50 min təşkil edirdi. Rus-türk müharibəsi dövründə və sonra daha 90 min erməni köçürülmüşdü. [3, 319]

Həmin dövrdə ermənilər keçmiş Adıgey-Çərkəs rayonlarında yerləşməyə başlamışlar. Həmçinin onlar Kuban, Stavropol, Rostov bölgələrinə də yayılıblar. Kubanda ermənilərin ən çox məskunlaşdığı şəhərlər Soçi, Armavir Adler və Novorossiyskdir. Onlar Kuban bölgəsinin şəhərlərində müxtəlif biznes strukturlarını da idarə edirlər.

Həmçinin ermənilər 1905-ci ildən sonra Krasnodar bölgəsində muxtariyyət da axtarmağa başlayıblar. Ən sürətlə inkişaf edən erməni icması da Krasnodardadır. Bununla yanaşı, onlar Soçi, Kislovodsk, Esentuki, Jeleznovodsk, Krasnodar, Stavropol, Armavir, Rostov, Novoçerkassk, Həştərxan və s. kimi kurort şəhərlərinə də yayılıblar. [4]

Onu da qeyd edək ki, hal-hazırda Stavropol diyarında kilsələr ekstremist təbliğat aparmaqdadır. Kilsələr erməni icmasının milli seqmenti olaraq əsasən bu bölgədə aktivdir.

Qeyd edək ki, ermənilər öz siyasi planlarına uyğun olaraq daim ərazi iddiaları ilə çıxış ediblər. Onların Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter daşımaqdadır. Bu da Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı ilə nəticələnmişdir. Onların təşkil etdikləri terror aktları minlərlə günahsız insanın həlak olmasına səbəb olmuşdur.

Əlbəttə ki, Şimali Qafqazda ermənilərin mövcudluğu və respublikaların belə qarışıq etnik tərkibə malik olması buradakı müxtəlif xüsusiyyətlərə malik xalqlar arasında qarşıdurmaların səngiməyəcəyini göstərir. Digər tərəfdən isə bu münaqişələrə səbəb Şimali Qafqaz respublikalarının əlverişli coğrafiyaya malik olması nəticəsində digər dövlətlərin diqqətinin bölgəyə yönəlməsindən irəli gəlir.

Şahnaz Tağıyeva,

AMEA Qafqazşünaslıq İnstitutu, Şimali Qafqaz şöbəsinin kiçik elmi işçisi

Ədəbiyyat siyahısı

1. Açma B., Yenişen K. Kafkasya’nın ekonomik potansiyeli ve dönüşümü için politika ve stratejiler, yönetim ve ekonomi. Cild 20. Türkiye, M. Celal Bayar ün-si, 2013, s.131-149

2. Coşgun R., Türkiye ve Kuzey Kafkazya ilişkiləri. Kuzey Kafkazyadan Türkiyeye öğrenci harekeliliğinin değerləndirilməsi. Ankara, 2014, s.1-151

3. Mahmudov Y., Şükürov K. Azərbaycan beynəlxalq munasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları (1639-1828). Dörd cilddə; Birinci cild. B., 2009, 332 s.

4. Марианна Свиридова, Армянское покорение Кавказа, 2015-06-13 https://onkavkaz.com/news/59-armjanskoe-pokorenie-kavkaza.html

5. http://www.tasam.org/tr-TR/Icerik/2331/kafkasyada_bir_ulke_cecenistan

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that were supposed to be won quickly and cheaply but turned out to be the most expensive and inconclusive of quagmires.

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...