THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Paşinyan və Brüssel: Moskvanın sərt baxışları altında "müstəqillik tanqosu"

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2689
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 iyul 2018 – Newtimes.az

İnsanlar yenə də aldandılar. Bu dəfə erməniləri "küçə demokratı" yanlış yola saldı. Nikol Paşinyan adlı müxalif siyasətçi hakimiyyətə gələrək demokratiya vədi verdi, lakin bunun altından adi saqqallı radikal çıxdı. İndi erməni cəmiyyəti bu "saqqallı"dan canını qurtarmağa çalışır. Moskva da hələlik qıcıqlandığını ifadə edir. Bunların fonunda N.Paşinyan Brüsselə üz tutmağa qərar verib. Ekspertlər bu məqama ayrıca diqqət yetirirlər. Bu nədir – İrəvanın müstəqillik həvəsi, yoxsa növbəti siyasi blef? Bir sıra mütəxəssislər Ermənistanın xarici siyasət kursunu dəyişə biləcəyini deyir. Digərləri isə bunun hazırkı şərtlər daxilində mümkün olmadığını müdafiə edir. Çünki əgər Rusiya Suriyada Qərbə meydan oxuyursa, əsrlərdir ki, at oynatdığı Cənubi Qafqazda tam təsiri altında olan və özünün qondardığı bir ölkəni Avropaya necə verə bilər? Real siyasi mövqedən baxanda bu, yaxın perspektiv üçün mümkün deyildir. Biz hələ uzaq perspektivi demirik. Bütün bunlara görə, N.Paşinyanın Avropa oyununun arxasında nələrin dayana biləcəyi üzərində geniş dayanmağa ehtiyac görürük.

"Küçə demokratı": Aİ paytaxtında yürüş həvəsi

Ermənistan hakimiyyətinin xarici siyasətdə qeyri-konstruktiv mövqe tutması ilə bağlı çox yazılar dərc olunub. Mütəxəssislər bu siyasətin faktiki olaraq iflasa uğradığını danılmaz faktlarla sübut edirlər. Rəsmi İrəvan isə dəyişmək fikrində olmadığını hər fürsətdə nümayiş etdirir. Artıq Ermənistan vətəndaşları Nikol Paşinyanın da səmərəli bir addım atacağına ümidlərini kəsiblər. Sosial şəbəkələrdə bununla bağlı ermənilər fikirlərini açıq ifadə etməkdədirlər.

İndi erməni KİV-ləri N.Paşinyanın Brüsselə olacaq səfəri ətrafında müzakirələrə baş vurur. Müxtəlif məqalələrdə bu addımın xarici siyasətə hansı təsirləri edə biləcəyi ilə bağlı tezislər irəli sürülür. Ancaq burada iki maraqlı məqam vardır ki, geosiyasi müstəvidə müəyyən düşüncələrə yol açır. Həmin düşüncələr Ermənistan rəhbərliyinin növbəti dəfə kiçik və süni qondarılmış bir Cənubi Qafqaz ölkəsini dalana dirəməsi ilə bağlıdır.

Məsələ ondan ibarətdir ki, erməni siyasi-analitik təfəkkürü rəsmi İrəvanın xarici siyasətini ziddiyyətsiz təqdim edə bilmir. Onlar pafosla Rusiya ilə strateji əlaqələrdən hansı məntiqlə bəhs edirdilərsə, indi eyni hay-küy və absurdluqla Avropa İttifaqı və NATO ilə əməkdaşlığın inkişaf perspektivlərindən dəm vururlar. Hər iki halda ermənilərin arqumentləşdirmə məntiqi sünidir. Elə bir tutarlı fakt ortaya çıxara bilmirlər ki, insanlar ona uyğun olaraq desinlər ki, Ermənistan-Aİ əməkdaşlığı yüksələn xətlə inkişaf etməlidir, yaxud Ermənistan-NATO əlaqələrinin dərinləşməsi üçün zəruri şərait mövcuddur. Fakt və əsaslandırma yoxdur, əvəzində, pafos və bədnam din eyniliyi, mədəniyyət oxşarlığı haqqında şovinist iddialar mövcuddur.

Konkret situasiyaya baxaq. Erməni mətbuatı N.Paşinyanın Brüsselə səfəri ilə bağlı tərəflərin qarşılıqlı olaraq geniş əməkdaşlığa can atdıqlarından yazır. Hətta Aİ-nin Ermənistandakı nümayəndəsinin belə fikrini gətirir: "Biz N.Paşinyanı isti qarşılayacağıq" (bax: Важнейший мессидж со стороны Запада накануне визита Никола Пашиняна / 1in.am, 5 iyun 2018). Aİ diplomatiyasının rəhbəri Federika Moqerini isə Ermənistanla əlaqələri inkişaf etdirməklə bağlı əldə olunan razılığı "uğur tarixi və tarixi imkan" adlandırıb (bax: əvvəlki mənbəyə).

Deməli, hazırda Aİ-Ermənistan münasibətləri cəbhəsində vəziyyət belədir: tərəflər əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər. Vəssalam! Eyni ritorikanı uzun illər Serj Sarkisyan işlətmirdimi? Brüssel və İrəvan bir-birlərini tərif etmirdilərmi? Avropanın müxtəlif təşkilatları Ermənistanı Cənubi Qafqazın ən azad ölkəsi kimi qiymətləndirmirdilərmi? Onlar bilirdilər ki, reallıq belə deyil və yalan danışmaqdan çəkinirdilər.

İndi də eyni vəziyyətdir. N.Paşinyan küçə adamı kimi heç bir real, konkret və demokratik fikir irəli sürməyib. Onun mülahizələri radikal küçə zorbaçısının fikirlərindən elə də fərqlənmir. Analitiklər indiyə qədər N.Paşinyanın elə bir fikrini nümunə gətirə bilmirlər ki, demokratiyaya, müasirliyə və səmərəli əməkdaşlığa səsləsin. Əksinə, onun artıq Rusiya kimi böyük bir dövlətin başçısını qıcıqlandırmağa başladığından bəhs edirlər. Praktiki olaraq Ermənistanın xarici siyasətində Qərbə tərəf addım atdığını təsdiq edən bircə fakt belə yoxdur. Olması da gözlənilən deyil. Çünki Moskva dərhal öz "erməni çocuğu"nun qulağını dartar.

Siyasi blef: köhnə diplomatiyanın yeni nəğməsi

Əvəzində nə vardır? Yenə də Serj Sarkisyanın dövründə olduğu kimi, söz! Nikol Paşinyan onu indi bir az fərqli tonda ifadə etməyə çalışır. Ermənistanın suverenliyinin təmin edilməsi və hər iki böyük geosiyasi düşərgə ilə eyni zamanda və eyni səviyyədə əməkdaşlıq edə bilmək imkanından danışır. Lakin anlamır ki, bu yalnız xəyalda ola bilər, real siyasət konkretlik və dəqiqlik tələb edir – ya bu tərəfdəsən, ya da o tərəfdə! Bitərəf və müstəqil mövqe o zaman ola bilər ki, müstəqil xarici siyasət yeritmək potensialın ola. Bu isə Ermənistan rəhbərliyində yoxdur və belə getsə olmayacaq da! Çünki Ermənistanın bütün siyasi sahəsinə Rusiya tam nəzarət edir. Məhz Moskvanın himayədarlığı sayəsində formal da olsa, Ermənistan adlı dövlət xəritədə var.

Belə deyilsə, Ermənistan iqtisadiyyatının neçə faizinin Rusiya ilə birbaşa bağlı olduğunu desinlər. Ermənistanın enerji infrastrukturunun neçə hissəsinə Rusiyanın nəzarət etdiyini bir daha söyləsinlər. Ermənistanın hərbi qüvvəsinin neçə faizinin Rusiyadan asılı olduğunu, onun təhlükəsizlik sistemində nə qədər rus təsirinin mövcudluğunu açıqlasınlar. Siyahını uzatmaq olar. Bütün hallarda ermənilərin yolunun Moskvadan keçdiyini görərsiniz. Belə bir ölkə Aİ ilə necə müstəqil əlaqələr qura bilər?

Əgər belə deyilsə, nəyə görə N.Paşinyan küçədə etiraza başlayanda Rusiyadan mesaj gəldi ki, bu ölkədə yaşayan ermənilər Ermənistan əhalisindən çoxdur? Əgər onlar Ermənistana axın etsələr, səslər kimin xeyrinə veriləcək? Cavab aydındır, hətta N.Paşinyana belə!

Bəs onda söhbət nədən gedir? Burada bir neçə variant ola bilər. Ermənistan növbəti blefi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların qarşısına yeni əngəllər çıxarmağa çalışa bilər. Məsələn, Qərbi bu prosesdə daha da fəallaşdırmağa cəhd edərək vasitəçilərin özləri arasında fikir ayrılığını dərinləşdirər. Deyək ki, Qərb dövlətləri ilə Rusiya arasında danışıqların necə davam etdirilməsi ətrafında fikir ayrılığı yarana bilər. Tərəflərdən hər biri özünü başlıca təşəbbüskar və "həll açarı"na sahib tərəf kimi təqdim etməyə çalışarlar. Bu mənasız söz savaşı isə illər aparar.

Başqa məqam rəsmi İrəvanın Moskvaya ondan uzaqlaşa biləcəyi mesajını verməklə əlaqəli ola bilər. Bunu isə ermənilər Rusiya-Türkiyə və Rusiya-Azərbaycan əməkdaşlığının daha da inkişaf etməsi fonunda qəsdən edərlər. Çünki son vaxtlar həm Türkiyə, həm də Azərbaycan konkret sahələrdə öz böyük qonşuları Rusiya ilə əlaqələri inkişaf etdiriblər. Məsələn, Rusiya Azərbaycanla hərbi əməkdaşlıqla yanaşı, Xəzərin statusunun müəyyənləşməsində ortaq dil tapıb və hətta TANAP-ı alqışlayıb. Bu o deməkdir ki, zaman-zaman Rusiya və Azərbaycan bütün məsələləri həll edə bilərlər. O cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq mövqeyə gəlmək mümkündür.

Üçüncü ssenari Qərbi Cənubi Qafqazdakı geosiyasi proseslərə daha çox qarışdırmaqla, ümumilikdə, regionda gərginlik yaratmaqla bağlı ola bilər. Bu halda da Ermənistan ümid edir ki, münaqişə ətrafında aparılan danışıqlar dalan dirənməlidir. Çünki Rusiya ilə Qərb arasında Cənubi Qafqaz məsələsində ciddi fikir ayrılığı olsa, danışıqlar səmərəli ola bilməz. Tərəflərin hər biri öz maraqlarına üstünlük verməklə başqa mövqeni qəbul etmək istəməyəcək.

Beləliklə, rəsmi İrəvanın növbəti Qərblə əməkdaşlıq oyunu əslində Cənubi Qafqazda geosiyasi gərginliyi yeni konfrontasiya müstəvisinə keçirmək niyyəti ilə bağlıdır. Burada başlıca məqsəd münaqişənin qeyri-müəyyən vəziyyətdə qalmasına davam etməkdir. Məhz buna görədir ki, erməni analitiklər və onlara quyruq bulayan rusiyalı bir sıra ekspertlər mürəkkəb və ziddiyyətli bir vəziyyətin yarandığı görüntüsü formalaşdırmağa çalışırlar. Onlar müəyyən təbliğat kampaniyası aparırlar. Lakin erməni siyasilərin anlamadığı bir incə məqam mövcuddur.

Rusiya o qədər böyük və güzəştsiz davranan dövlətdir ki, özündən asılı olanların səhvini bağışlamır. Rəsmi İrəvanın Qərb oyunu müəyyən həddə çatanda Kremlin yumruğu mütləq Ermənistan rəhbərliyinin başını partladacaq. Təcrübə göstərir ki, bu, çox müxtəlif formalarda ola bilər. Ermənistan ölkə olaraq cəzalandırıla bilər. Onun siyasi lideri qəzanın qurbanı olar. Küçələrdə etiraz dalğası başlayar. Rusiyadakı erməni oliqarxlar və mədəniyyət xadimlərinin müraciəti meydana çıxa bilər. Və yaxud 1999-cu ildə olduğu kimi parlamentdə güllə səsləri eşidilər. Hansı üsulun seçilməsindən asılı olmayaraq məqsəd bir olacaq – Ermənistanı mövcud olduğu geosiyasi buxovda saxlamaq! Erməni azad ola bilməz!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...
Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on...

Davamı...