THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda demoqrafik şərait: 100 il əvvəl və bu gün

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
863
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 aprel 2018 – Newtimes.az

Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Birinci Dünya müharibəsi dövründə ermənilərin Şərqi Anadoluda dövlət yaratmaq niyyətlərinin reallaşmamasından sonra onlar azərbaycanlıların əsl köklü xalq olduğu İrəvan xanlığı və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyalarını təbliğ etməyə başlamışdılar. 1828-ci ildən başlayaraq 1988-ci ilə qədər davam edən 160 il müddətində ermənilər həm Çar Rusiyası dövründə, həm daşnak hakimiyyətinin iki ili, həm də Sovet dövlətinin 70 ili ərzində Azərbaycan xalqına qarşı, eyni ardıcıllıqla, eyni qəddarlıqla fəlakət, faciə və sözün əsl mənasında genosid siyasəti yeritmişlər. 1917-ci il bolşevik inqilabından sonra Rusiyada baş verən vətəndaş müharibəsi, digər tərəfdən Cənubi Qafqazda və başqa ərazilərdə genişlənən milli azadlıq hərəkatları ideoloji və hərbi cəhətdən təşkilatlanmış ermənilər üçün əsl fürsətə çevrildi. Onlar Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan'' ideyalarını həyata keçirməyə başladılar. Bunun nəticəsində 1918-1920-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirildi. 1918-ci ilin mart ayına qədər İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçmiədzin qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Yeni Bəyazid qəzasında 7 kənd (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmış və həmin ərazilərdə 135 min soydaşımız həlak olmuşdur. Həmin dövrdə indiki Hoktemberyan, Eçmiədzin, Əştərək, Masis, Artaşat rayonlarında yerləşən Kərimarx kəndində 1700 nəfərdən çox, Yuxarı Qarxun (Çrarad) kəndində 1300 nəfərdən çox, Uşi və Ucan kəndlərinin əhalisi bütünlüklə erməni cinayətkarlarının qurbanı olmuşlar. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı öz varlığını, dilini, mədəniyyətini qoruyub saxlaya bilmişdir.

Tədqiqatlar göstərir ki, XX əsrin əvvəllərində (1916-cı ilin yanvarın 1-nə qədər) azərbaycanlılar Qərbi Azərbaycanda üstünlük təşkil edirdilər. Xüsusilə, İrəvan qəzasında 74200 nəfər (48%), Zəngəzur qəzasında 119500 nəfər (53,3%), Eçmiədzin qəzasında 41300 nəfər (24,6%) və Yeni Bəyazid qəzasında 507000 nəfər (29,2%) azərbaycanlı qeydə alınmışdır.

İrəvanda 1914-cü ildən sonra azərbaycanlıların xüsusi çəkisi sürətlə azalmış, 39,2%-dən 1970-ci ildə 0,3%-ə düşmüşdü. 1988-ci ildən sonra isə ümumiyyətlə indiki Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı qalmamışdır. 1918-ci ildə indiki Ermənistan ərazisində 1349 azərbaycanlılara aid kənd qeydə alınmışdır ki, ermənilərin siyasətinin məqsədi də məhz bu ərazilərdən azərbaycanlıları sıxışdırıb çıxarmaq və ərazisini mənimsəməkdir. 100 il əvvəl azərbaycanlılar yaşayan kəndlər hazırkı Ermənistan ərazisinin 50-55%-ni, ermənilər yaşayan kəndlər isə 30-35%-ni təşkil edirdi. 1920-ci ildə ermənilər Zəngəzur və Göyçə mahallarını, Qazax qəzasının Dilican dərəsinin azərbaycanlılar yaşayan ərazilərini vəhşicəsinə Azərbaycandan qoparıb özlərinə ilhaq etdilər. Daha doğrusu, haqsızcasına ermənilərə hədiyyə verdilər.

Ermənilərin bu vəhşilikləri tamamilə daşnak hakimiyyəti dövründə yeridilən "türksüz Ermənistan'' siyasətinin nəticəsi idi. 1916-cı ildə Ermənistanın indiki sərhədləri daxilində azərbaycanlıların sayı 333 min nəfərdən, 1926-cı ildə 84,5 min nəfərə düşmüşdür. Bunun əsas səbəbi 1918-1920-ci illərdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqrımıdır. Qeyd etmək lazımdır ki, ermənilərin "türksüz Ermənistan'' siyasətinin əsasını ermənilərin etnik təmizləmə siyasəti təşkil edirdi. 100 il əvvəl və hazırkı dövrü müqayisə etsək, qarşılaşdığımız vəziyyətin necə olduğunu sübut etmək mümkündür. Ermənilər tarix boyu dəfələrlə azərbaycanlılara qarşı deportasiya və soyqrımlar törətməklə, nəhayət, Azərbaycanın tarixi torpaqlarında monoetnik dövlət yaratdılar. Butün bunlara ermənilər, zaman-zaman beynəlxalq normaları pozaraq tarixi saxtalaşdıraraq nail oldular.

Hazırda monoetnik ölkə olan Ermənistan dövlətində vəziyyət əvvəlki vəziyyətdən də acınacaqlıdır. Müqayisə üçün Ermənistanda hazırkı demoqrafik vəziyyətə nəzər salmaq kifayətdir. İndi Cənubi Qafqaz ölkələri içərisində Ermənistan ən az əhaliyə malik ölkədir. Ölkədə mövcud problemlər demoqrafik şəraitə də mənfi təsir göstərir. Ermənilər 100 il əvvəl soyqrımı siyasəti ilə əldə etdikləri torpaqları artıq tərk edib başqa ölkələrə gedirlər. Bunun isə əsas səbəbi ölkədə hökm sürən sosial-iqtisadi problemlər, dövlət səviyyəsinə yüksəlmiş korrupsiya və özbaşınalıqlardır. Bütün bu problemlərlə bərabər, Ermənistanda əhalinin sürətlə azalmasının səbəblərindən biri də 1988-1990-cı illərdə azərbaycanlıların zorla bu ölkədən köç etdirilməsidir.

Hal-hazırda Ermənistanda daimi yaşayan əhalinin sayı milli statistika mərkəzinin 2017-ci il üzrə məlumatına əsasən, 2 mln. 900 min nəfərdir. Bu göstəricilərin 2016-ci il illə müqayisədə 0,4% və ya 12 min nəfər azaldığı məlum olur. Təkcə 2010-2016-cı illərdə Ermənistan əhalisinin sayı 8,5% azalmışdır. BMT-nin "dünya əhalisinin perspektivləri-2015” illik hesabatında qeyd olunmuşdur ki, 21-ci əsrdə Ermənistanın daimi əhalisinin sayı 1 milyon 300 min azalacaq və 1 milyon 700 min nəfərə çatacaq. [bax: http://www.1in.am/1696560.html]

Təhlillər göstərir ki, demoqrafik böhrana təsir edən əsas faktorlar sırasına – doğum və ölüm səviyyəsi, evlilik və boşanma nisbəti, miqrasiya dərəcəsi, təbii fəlakətlər, ölkədəki sosial-iqtisadi problemlər daxildir. Hal-hazırda miqrasiya Ermənistanın ən ağrılı problemidir. Ölkəni tərk edənlər arasında xüsusilə gənclərin üstünlük təşkil etməsi isə təsadüfi deyil. Bu problemlərlə yanaşı, onları narahat edən əsas məsələ ölkənin müharibə şəraitində olmasıdır. Onlar özlərinə aid olmayan torpaqlar uğrunda canlarından keçmək istəmirlər. Digər tərəfdən, miqrasiya edən əhalinin çox hissəsi ali təhsilli, iş qabiliyyəti olan insanlardır. Rəsmi məlumatlara görə, 2008-ci ildən bəri, yəni Serj Sarkisyanın hakimiyyəti dövründən bu vaxta qədər 300 minə yaxın erməni ölkəni tərk etmişdir. Ümumən son 20 ildə ölkəni tərk edənlərin sayı 431 min nəfərdir. Bu birbaşa hakimiyyət orqanları tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Ermənistanda cəmiyyətin pessimist əhval-ruhiyyəsinin əsas səbəbi bir neçə ailənin əlində olan monopoliya, korrupsiya, ölkədə mövcud olan qanunsuzluqlar, demokratik dəyərlərin və insan hüquqlarının pozulması, işsizlik və yoxsulluq hallarıdir ki, bu da ölkə əhalisinin başqa ölkələrə getməsinə səbəb olan amillərdir. Sosial problemlərin həll olunmaması vətəndaşların dövlətə inamsızlığı ilə nəticələnir və onlar inanmırlar ki, hakimiyyətdəki aclıq sona çatacaq. Hələ də, Ermənistan hakimiyyətini təmsil edən məmurlar əhalinin respublikadan çıxıb getmələrini problem kimi görmək istəmirlər. Keçmiş baş nazir Tiqran Sarkisyan ölkədə movcud olan miqrasiyaya dair belə bir fikir bildirmişdi: "Qoy çıxıb getsinlər, əsas odu qalıb inqilab törətməsinlər''. Demoqrafik vəziyyətdə təhlükənin əsas göstəricilərindən biri məktəblərdə və universitetlərdə tələbələrin sayının ildən-ilə azalmasıdır. Ölkəni tərk edənlərin təxminən 30%-i universitet məzunu, 49%-i orta məktəb məzunudur. Sadəcə olaraq 21%-i təhsilsizdir. [bax: http://russia-armenia.info/node/41126]

Rəsmi məlumatlardan aydın olur ki, Ermənistanda doğum nisbəti azalmış, ölüm nisbəti isə artmışdır ki, bu da təbii artıma mənfi təsir göstərir. Ötən illə müqayisədə Ermənistanda ölüm nisbəti 0,9% artmış, doğum səviyyəsi isə 2,7% azalmışdır. Espertlərin fikrincə, son 25 ildə doğum səviyyəsi 2 dəfə azalmışdır. Ümumiyyətlə, əhalinin təbii artımı 9,9% azalmışdır. Miqrasiya məsələləri üzrə ekspert Rubert Yeqanyan qeyd etmişdir ki, bu göstəricilərə ilk səbəb aşağı əmək haqqıdırsa, ikinci əsas səbəb sosial-psixoloji faktorlardır. XX əsrin 90-cı illərində əsas səbəb sosial-iqtisadi problemlər idisə, bu günkü səbəb sosial-psixoloji problemlərin üstünlük təşkil etməsidir. [bax: http://www.lragir.am/index/arm/0/country/view/146996]

Ermənistan daha çox yaşlı əhaliyə malik olan ölkədir. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, ölkələrdə mövcud olan yaşlanmanın nisbəti 65 yaş və ondan yuxarı, ümumi əhalinin 7%-ni təşkil etdikdə həmin ölkə yaşlı əhaliyə malik ölkə hesab olunur. Ermənistanda bu göstərici 11%-ə çatıb. BMT-nin məlumatına görə, 2050-ci ildə Ermənistanda əhalinin 40%-dən çoxunu yaşlı insanlar təşkil edəcəkdir. Beynəlxalq hesabatlar və statistik göstəricilər sübut edir ki, Ermənistan demoqrafik böhranla üzləşir. Demoqrafik böhran ölkədə əmək qabiliyyətli əhalinin azalmasına səbəb olur.

Demoqrafik böhranın əsas səbəblərindən biri də əhalinin bərpasının aşağı göstəricisidir. Demoqrafik böhran yaşayan ölkədə dünyaya gətirilən uşaq sayı 3 və daha çox olmalıdır. Ermənistanda isə bu göstərici 1-ə bərabərdir. Gənclər arasında aparılan araşdırmalara görə, onların 74%-i 1 və ya 2 uşağa, 6%-i 3 uşağa sahib olurlar.

Bundan başqa, ölkədə nikah sayının azalması da qeydə alınmışdır. 2012-1016-cı illərdə evlənənlərin sayı 2769 və ya 14,5% azalmışdır. Boşanmalar isə 398 və ya 12% artmışdır. 1990-cı illərdə evlənənlərin sayı 28233, boşanmaların sayı isə 4347 olduğu halda, 2015-ci ildə evlənənlərin sayı 17603, boşananların sayı isə 3669 kimi qeydə alınmışdır. Evlilik və boşanma hallarındakı vəziyyətin əsas səbəbi ailə daxilində mövcud olan sosial-iqtisadi problemlər, yoxsulluq səviyyəsinin yüksək olmasıdır. 2015-ci ilin məlumatına görə, erməni əhalisinin 29,8%-i yoxsuldur və əhalinin 18,5%-i işsizdir. [bax: http://ampop.am/demographic-crisis-in-armenia/]

Beləliklə, 1918-ci ildən bəri Ermənistanın yeritdiyi siyasət, sonralar Ermənistan SSR adlandırılan, öz konstitusiyasında bütün xalqların bərabərliyini, qonşuluq münasibətlərini qorumağı elan etmiş ölkənin rəhbərliyi tərəfindən planlı sürətdə, ardıcıl həyata keçirilən seperatizm siyasət olmuşdur. Bu siyasətə tarixi cəhətdən düzgün qiymət verilməmişdir. Məhz buna görə də keçən 70 il ərzində Ermənistanda azərbaycanlı əhaliyə qarşı ayrı-seçkilik siyasəti yürüdülmüşdür. Bütün bunlara baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən təşkil edilən bu cinayətlərin davam etməsinə göz yumur.

Şərqiyyə İmaməli,

AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin əməkdaşı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...