
Bakı, 27 fevral 2018 – Newtimes.az
Əslində bu barədə yazı yazmaq fikrində deyildim. Çünki Azərbaycan
Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) 2018-ci il fevralın
8-də keçirilən dördüncü qurultayında ölkənin daxili və xarici siyasəti haqqında
geniş və əhatəli məruzə ilə çıxış etmişdi. Ancaq daha sonra Ermənistan, Rusiya
və Fransa rəsmilərinin Prezident İlham Əliyevin qurultayda söylədikləri fikirlərlə
bağlı verdikləri bəyanatdan sonra bu yazını yazmaq şərt oldu deyə düşündüm.
Qurultayda Azərbaycan-Ermənistan münasibətləri və
torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi məsələsinə də toxunan Prezident
İlham Əliyev demişdi:
"Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da
unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət
olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi
torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil
də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın
tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər
təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və
dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan
bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara
qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə
yaxınlaşmalıyıq''
[i]
.
Bu bəyanatdan sonra başda Ermənistan Prezidenti Serj Sərkisyan
olmaqla, XİN-dən, Ermənistan parlamentindən müxtəlif rəsmilər "bir qaşıq suda
tufan qoparmağa'' başladı və bu məsələni ölkə sərhədlərindən kənarda müzakirə
edilməsinə çalışdı.
İstər Ermənistanın, istərsə də Rusiya və Fransanın məsələyə
münasibət bildirməsini analiz etmədən əvvəl Ermənistan Prezidenti Serj Sərkisyanın
Azərbaycan və Türkiyəyə yönəlik torpaq iddialarını qısaca xatırlatmaq yerində
olardı.
2011-ci ildə Ermənistanda təşkil edilən erməni dili və ədəbiyyatı
yarışmasında qalib gələnlər Prezident Serj Sərkisyan ilə görüşərkən, yarışmanın
qaliblərindən biri ona belə bir sual vermişdi: "Qərb torpaqlarımızı Ağrı dağı
ilə birlikdə geri ala biləcəyikmi?'' Sərkisyan bu suala belə cavab vermişdi: "Bu
sizin nəslinizə bağlıdır. Məsələn, mənim nəslim üzərinə düşən vəzifəni uğurla
yerinə yetirdi. 1990-cı illərdə vətənimizin bir parçası olan Artsaxı (Dağlıq
Qarabağı) düşmənin əlindən qurtardıq. Hər nəslin bir vəzifəsi vardır. Siz də irəlidə
bizim kimi vəzifələrinizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizə
bağlıdır.'' (http://www.haberiniz.com/yazilar/haber36711-Karabagi_biz_aldik_Agriyi_size_biraktik.html).
Bu informasiya Prezidentin rəsmi veb səhifəsinə yerləşdirilmişdir. (http://president.am/events/visits/rus/?visits=2&id=290).
Serj Sərkisyan ABŞ-da fəaliyyət göstərən Carnegie Beynəlxalq
Sülh Fondunun proqram direktoru olan Tomas de Vala verdiyi müsahibədə Xocalı
soyqırımı ilə bağlı belə demişdi: "Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə
zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar düşünürdü ki, ermənilər mülki
əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələrini dəyişdirmək
lazımdı. Elə də oldu. Əslində bizim müharibəmiz digərlərindən fərqliydi. Bizdə
etnik təmizləmə yaşandı. Başqa cür olmazdı da...''
[ii]
Serj Sərkisyan Türkiyə ilə bağlı suala verdiyi cavabda Azərbaycan
torpaqlarını işğal etdiklərini, Türkiyədən torpaq tələb etdiklərini, Xocalı ilə
bağlı dediklərində isə azərbaycanlılara qarşı, özünün də qeyd etdiyi kimi mülki
əhaliyə qarşı soyqırımıtörətdiklərini etiraf etmişdir.
Maraqlısı odur ki, Prezident İlham Əliyevin İrəvanla
bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Rusiya və Fransa Sərkisyanın
bu söylədiklərinə səssiz qalmışdı. Burada incə bir məqamı açıqlamaq vacibdir. Sərkisyanı
törətdiyi hərbi cinayətlərinə görə ittiham etməyən Rusiya və Fransa, Prezident İlham
Əliyevin dilə gətirdiyi fikirlərə tələsik münasibət bildirmişdir. Bu iki ölkənin
də ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olduğunu da vurğulamaq lazımdır.
YAP-ın qurultayında Prezident İlham Əliyevin dediyi kimi
"Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır.'' Bəli,
bunu Ermənistan da, Rusiya da, Fransa da çox gözəl bilir. Amma mövcud reallıqlarda
bunu dilə gətirməyə cəsarətləri çatmır, torpaqları işağa məruz qalan Azərbaycanın
deyil, işğalçı Ermənistanın yanında olduqlarını bildirirlər.
Aşağıda İrəvan Xanlığının və Naxçıvanın çar Rusiyası tərəfindən
işğal edilməsindən sonra elə Rusiya məmurlarının hazırladıqları əhalinin
siyahıya alınması cədvəlinə heç bi şərh vermədən paylaşıram. Bu Rusiya arxivlərində
olan statistik məlumatlardır.
Tablo 1. Erməni əyaləti əhalisinin
siyahıya alınmasının nəticələri (1832. İ.Şopenə görə).
[iii]
Adı
|
Müsəlmanlar
(Azərbaycanlılar)
|
Yerli ermənilər
|
İrandan köçən ermənilər
|
Osmanlıdan köçən
ermənilər
|
Cəmi
|
|||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
|||||
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
1. İrəvan mərkəz
|
1807
|
7331
|
567
|
2369
|
366
|
1715
|
11
|
48
|
2751
|
11463
|
Qəzalar
1.Qırxbulaq
|
81
|
383
|
262
|
1396
|
216
|
1043
|
38
|
231
|
597
|
3053
|
2.Zəngibasar
|
910
|
5413
|
133
|
603
|
442
|
2360
|
-
|
-
|
1485
|
8376
|
3.Gərnibasar
|
753
|
4176
|
34
|
145
|
1211
|
5359
|
-
|
-
|
1998
|
9680
|
4.Vedibasar
|
574
|
3449
|
2
|
15
|
200
|
1069
|
-
|
-
|
776
|
4533
|
5.Şərur
|
1306
|
6510
|
-
|
-
|
336
|
1757
|
-
|
-
|
1641
|
8267
|
6.Sürməli
|
709
|
4832
|
935
|
5892
|
299
|
1459
|
261
|
1342
|
20204
|
13525
|
7.Dərəkənd-Parçenis
|
589
|
3267
|
1
|
5
|
-
|
-
|
-
|
-
|
590
|
3272
|
8.Seedli
|
160
|
1004
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
160
|
1004
|
9.Talin
|
91
|
420
|
74
|
416
|
-
|
-
|
185
|
1144
|
350
|
1980
|
10.Seyidlı ve Ağsaqqalı
|
311
|
1754
|
6
|
28
|
-
|
-
|
-
|
-
|
317
|
1782
|
11.Sərdarabad
|
276
|
1337
|
469
|
3214
|
66
|
356
|
4
|
21
|
815
|
5428
|
12.Körpübasar
|
400
|
2592
|
897
|
5290
|
518
|
2897
|
35
|
176
|
1850
|
10955
|
13.Abaran
|
-
|
-
|
11
|
58
|
330
|
2018
|
1116
|
6857
|
1487
|
8933
|
14.Dərəçiçək
|
231
|
1300
|
92
|
552
|
575
|
3535
|
539
|
3263
|
1437
|
8650
|
15.Göyçə
|
9196
|
49875
|
3498
|
20073
|
4559
|
23568
|
3674
|
21639
|
20927
|
115155
|
Naxçıvan əyaləti
Adı
|
Müsəlmanlar
(Azərbaycanlılar)
|
Yerli ermənilər
|
İrandan köçən ermənilər
|
Osmanlıdan köçən ermənilər
|
Cəmi
|
|||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
|||||
Naxçıvan
mərkəz
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Qəzalar
1.Əlincəçay
|
909
|
3641
|
156
|
719
|
265
|
1110
|
-
|
-
|
1330
|
5470
|
2.Naxçıvan
|
979
|
4194
|
150
|
776
|
941
|
4507
|
-
|
-
|
2070
|
9477
|
3.Mevazi-Xatun
|
282
|
1497
|
43
|
224
|
-
|
-
|
-
|
-
|
498
|
2643
|
4.Hök
|
292
|
1375
|
43
|
224
|
-
|
-
|
-
|
-
|
335
|
1599
|
5.Dərələyəz
|
1001
|
6510
|
-
|
-
|
336
|
1757
|
8
|
27
|
1574
|
30507
|
Cəmi
|
3893
|
17138
|
530
|
2690
|
2137
|
10652
|
8
|
27
|
1574
|
30507
|
Ordubad əyaləti
Adı
|
Müsəlmanlar
(Azərbaycanlılar)
|
Yerli ermənilər
|
İrandan köçən ermənilər
|
Osmanlıdan
köçən ermənilər
|
Cəmi
|
|||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
|||||
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Aile
|
Adam
|
Ordubad
merkez
|
767
|
3262
|
-
|
-
|
36
|
182
|
-
|
-
|
803
|
3444
|
Qəzalar
1.Ordubad
|
146
|
552
|
36
|
215
|
14
|
76
|
-
|
-
|
196
|
843
|
2.Eylis
|
77
|
347
|
214
|
1356
|
29
|
183
|
-
|
-
|
320
|
1886
|
3.Dəstə
|
317
|
1533
|
62
|
346
|
-
|
-
|
-
|
-
|
379
|
1879
|
4.Biləv
|
289
|
1210
|
39
|
208
|
-
|
-
|
-
|
-
|
499
|
2317
|
5.Çənnəp
|
79
|
343
|
49
|
263
|
-
|
-
|
-
|
-
|
128
|
606
|
Cəmi
|
1675
|
7247
|
400
|
2388
|
250
|
1340
|
-
|
-
|
2325
|
10975
|
Erməni əyalətində cəmi
|
Müsəlmanlar
|
Yerli
ermənilər
|
İrandan köçənlər
|
Osmanlıdan
köçən ermənilər
|
Yezidi Kürdleri
|
Cəmi
|
||||||
Cəmi
|
16078
|
81749
|
4428
|
25151
|
6949
|
35560
|
3682
|
21666
|
67
|
180
|
31201
|
164450
|
Tablo 2. 1914-1920-ci illərdə bu günkü
Ermənistan sərhədləri daxilində etnik qruplar
[iv]
|
1914
|
1916
|
1918
|
1919
|
1920
|
|||||
|
Min nəfər
|
Cəmi%
|
Min nəfər
|
Cəmi%
|
Min nəfər
|
Cəmi%
|
Min nəfər
|
Cəmi%
|
Min nəfər
|
Cəmi%
|
Ermənilər
|
646,1
|
65,9
|
739,9
|
68,4
|
931,2
|
73,3
|
877,5
|
91,2
|
691,0
|
95,7
|
Müsəlmanlar
|
279,7
|
28,5
|
282,5
|
26,8
|
290,0
|
22,8
|
58,5
|
6,1
|
10,0
|
1,4
|
Türklər
|
265,1
|
27,0
|
167,1
|
25,4
|
-
|
-
|
-
|
-
|
10,0
|
1,4
|
Kürdlər
|
14,6
|
1,5
|
15,4
|
1,4
|
-
|
-
|
-
|
-
|
-
|
-
|
Digərləri
|
55,1
|
5,6
|
50,0
|
4,8
|
(50,0)
|
3,9
|
25,7
|
2,7
|
21,0
|
2,9
|
Cəmi
|
980,9
|
100,0
|
1052,9
|
100,0
|
1271,1
|
100,0
|
691,7
|
100,0
|
722,0
|
100,0
|
Tablo 3. 1989-2011-ci illərdə
Ermənistanın etnik xüsusiyyəti
[v]
Etnikler
|
Azlıqların 1989-cu
ilə görə sayıları
[vi]
|
Azlıqların 2001-ci
ilə görə sayıları
[vii]
|
Azlıqların 2011-ci
ilə görə sayıları
|
Yezidilər
|
51 976 (1,6 %)
|
40 620 (1,3 %)
|
35 308 (1,2 %)
|
Ruslar
|
51 555 (1,6 %)
|
14 660 (0,5 %)
|
11 911 (0,4 %)
|
Asurilər
|
5 963 (0,2 %)
|
3 409 (0,1 %)
|
2 769 (0,09 %)
|
Kürdlər
|
4 151 (0,1 %)
|
1 519 (0,05 %)
|
2 162 (0,07 %)
|
Ukraynalılar
|
8 341 (0,2 %)
|
1 633 (0,05 %)
|
1 176 (0,04 %)
|
Yunanlar
|
4650 (0,1 %)
|
1176 (0,04 %)
|
900 (0,03 %)
|
Gürcülər
|
1 364 (qalanlar
arasında 0,3 %)
|
696 (qalanlar
arasında 0,1 %)
|
617 (0,02 %)
|
Farslar
|
Bilgi yok
|
Məlumat yoxdur
|
476 (0,02 %)
|
Beloruslar
|
1061 (qalanlar
arasında 0,3 %)
|
257 (qalanlar
arasında 0,1 %)
|
Məlumat yoxdur
|
Almanlar
|
265 (qalanlar
arasında 0,3 %)
|
133 (qalanlar
arasında 0,1 %)
|
Məlumat yoxdur
|
Yəhudilər
|
676 ((qalanlar
arasında 0,3 %)
|
109 (qalanlar
arasında 0,1 %)
|
Məlumat yoxdur
|
Polşalılar
|
270 (qalanlar
arasında 0,3 %)
|
97 (qalanlar
arasında 0,1 %)
|
Məlumat yoxdur
|
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i]
Bakıda Yeni
Azərbaycan Partiyasının VI qurultayı keçirilib, https://azertag.az/xeber/Bakida_Yeni_Azerbaycan_Partiyasinin_VI_qurultayi_kechirilib_YENILANIB_4-1135286,
08.02.2018.
[ii]
‘Serzh
Sargsyan Interview Revisits Khojaly and the Karabakh War,’
http://www.eurasianet.org/node/65055, February 27, 2012.
[iii]
Şopen İ.İ, ‘İstoriçeskiy
pamyatnik sostoyaniya Armyanskoy oblasti v epokhu prisoedineniya k Rossiyskoy
imperii’, SPB, 1852, str. 543-599.
[iv]
Каvkazskiy
kalendar na 1917 god. Тiflis, 1916. Statiçeskiy otd., Str. 177-237; Korkotyan
Z, Naselenie Sovetskoy Armenii za poslednie sto let, str. 164 -167, 184-185,
XLVI-XLVII (na arm. Yaz.); Vosstanavlenie narodnogo khozyaysta Armyanskoy SSR
(Мaterialı i dokumentı za 1921-1928 gg.) / Pod red. А.О. Маarukhyana, Еrevan,
1958.C.V. (Etniçeskiy sostav isçislen avtorom), V istoçnikakh azerbaydjançı
pokazanı pod nazvaniem "musulman” ili "turok”
[v]
Etniçeskie
menşinstva v Armenii, https://ru.wikipedia.org/
[vi]
Buniatyan,
Gayane ‘How does Armenia educate its public administrators in protecting and
managing ethnic diversity?’, Yerevan State University.
http://www.nispa.org/files/conferences/2006/papers/200604172316380.Gaya-ne%20Buniatyan%20Paper%20on%20Ethnic%20Minorities%20of%20Armenia.doc
[vii]
Postoyanoe
naselenie po vozrastu i naçionalnosti. Dannıe perepisı Respublika Armeniya 2001
г., http://docs.armstat.am/census/pdfs/51.pdf
Cənubi Qafqaz üçün sülh nə deməkdir?
Atəşkəs müqaviləsi qorunub-saxlanarsa, regionda sülh bərqərar olarsa, Cənubi Qafqaz, nəhayət, sabit bölgəyə çevrilə bilər.
Davamı...