
Bakı, 31 yanvar 2018 – Newtimes.az
Tarixən Azərbaycanın yerləşdiyi Qafqaz və yaxın təmasda olduğumuz Yaxın Şərq regionları dünyanın geosiyasi cəhətdən ən həssas və qaynar bölgələri hesab olunmuşlar. Dünyanın əsas güc mərkəzlərinin bu coğrafiyada daimi maraqları hər zaman sabitliyə böyük təhdid olmuşdur. Yaşadığımız dövrdə də regionda böyük güclərin fərqli mövqe və niyyətləri geosiyasi mənzərəyə ciddi təsir göstərir. Müşahidələrimiz göstərir ki, XXI əsrin əvvəllərində baş verən proseslər bir çox xüsusiyyətlərinə görə XX əsrin əvvəllərində baş verən hadisələri xatırladır. Keçən 100 il ərzində geosiyasi şəraitdə və proseslərin iştirakçıları arasında müəyyən dəyişikliklər baş versə də, hadisələr öz mahiyyət etibarı ilə dəyişməmişdir.
Məlumdur ki, 1990-cı illərin əvvəllərində
Sovetlər İttifaqının dağılması ilə müstəqilliyini qazanan Azərbaycan
Respublikası çətin dövrlərini yaşayırdı. Bir tərəfdən iqtisadi sistemin tam
çökməsi nəticəsində yaşanan səfalət, digər tərəfdən isə müxtəlif xarici
havadarları tərəfindən silahlandırılan və dəstəklənən ermənilərin qanlı hərbi təcavüzü
Azərbaycanı bir dövlət olaraq mövcud olub yaxud olmamaq təhlükəsi ilə üz-üzə
qoymuşdu. Bir tərəfdə xaricdən ciddi maliyyə və hərbi yardım alan, xarici ölkələrdən
müxtəlif təcrübəli terrorçuların toplaşdığı ermənilər, digər tərəfdə isə
silahsız, əliyalın və yeganə "günahları” türk olmaları olan azərbaycanlılar.
Azərbaycanın hər bir bölgəsində, o cümlədən
yaşadığım Naxçıvanda böyüyən hər bir uşaq kimi mənim də hafizəmdə həmin illər dərin
iz buraxmışdır. Ermənistan tərəfdən Azərbaycanın əsas ərazisi ilə bütün əlaqələri
(dəmir yolu, avtomobil yolu, rabitə) kəsilmiş, işıq, qaz, su təminatı olmayan
Naxçıvanda yaşayan uşaqlar hər gün ermənilər tərəfdən sərhəd kəndlərə hücum
edilməsini eşidir, televizorda isə Qarabağda ermənilərin törətdikləri vəhşiliklərin
şahidi olurdular. Xocalıda ermənilərin azərbaycanlı uşaqları süngüyə taxmasını,
qadınlara qarşı insani hisslərdən kənar zorakılıqlarını televiziyadan görən və
ermənilər tərəfdən blokadaya alınmış bir bölgədə yaşayan uşaqların təsəvvüründə
gələcək necə görünə bilərdi?! Hər nə qədər böyüklərimizin el-obamızı silahsız
olsa belə mətanətlə qorumalarını görsək də, uşaq təsəvvüründə cəllad, qaniçən
erməni qorxusu da yox deyildi. Ermənilərin dünyada ən qorxaq millət olmasını
bilmək üçün hələ böyüməyimiz lazım idi.
Bu mənada yaddaşımda həmin illərdən özünə
silinməz yer edən hissləri xatırlamaq istərdim. Həmin illərdə yerli camaatın, o
cümlədən uşaqların da iki əsas ümid yeri vardı. Biri Azərbaycan xalqının böyük
lideri Heydər Əliyevin Moskvadan öz vətəninə qayıtması idi. Hər kəs bu böyük şəxsiyyətə
ümid edirdi və hadisələrin sonrakı inkişafı göstərdi ki, o bu ümidləri
doğrultdu. Ümummilli Lider Azərbaycan xalqını erməni işğalçılarına qarşı birləşdirə
bildi, hərbi işğalın qarşısını almağa nail oldu.
Digər bir ümid isə qan yaddaşı ilə bağlı
idi. Həmin dövrdə ermənilərin hücumları artdıqca qoca nənələrimizdən
eşitdiyimiz ən ümidverici söz – "Qorxmayın, türk əsgəri gələcək, bizi
qurtaracaq” idi. Həmin dövrdə bu sözlərin niyə bu qədər ümidverici olduğunu çox
da dərk etmirdik. Yalnız qocaların XX əsrin əvvəllərində eyni hadisələri
yaşadığını öyrənəndə qan yaddaşının mənası aydın olurdu. 1905-1907-ci illərdə və
1918-ci ildə də Qafqazda erməni-müsəlman davaları zamanı eyni hadisələr
yaşanmışdı. 100 il əvvəl də silahlı ermənilərin hücumu qarşısında yerli əhalinin
yeganə ümidi türk əsgərinə idi. Buna görə də türk əsgərinə olan inam qocaların
100 il əvvəl yaşadıqları və ya eşitdikləri qan yaddaşından irəli gəlirdi.
Məhz uşaqlıqda hafizəmizə yazılan "türk əsgərinə
inam” bu günlərdə Türkiyənin həyata keçirdiyi anti-terror əməliyyatlarında da
eyni mənanı daşıyır. Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri qonşu ərazilərdən
Türkiyəyə qarşı törədilən terror əməliyyatlarının, PKK-PYD terror təşkilatının
dövlət yaratmaq cəhdlərinin qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin
etmək üçün "Zeytun budağı” əməliyyatı həyata keçirir. Müxtəlif böyük güclər tərəfindən
silahlandırılan bu terrorçular Suriya ərazisindən Türkiyəyə qarşı davamlı təhdid
yaradır, raket hücumları edir, bölgədə yerli əhalinin etnik tərkibinin dəyişdirir
və gələcək üçün yeni planlar qururdular. On gündən çoxdur davam edən əməliyyat
göstərir ki, terrorçuların əsas hədəfi Türkiyə olmuşdur. Bu mənada Türkiyənin
anti-terror əməliyyatının ilk növbədə özünü müdafiə olduğunu qeyd etmək
lazımdır.
Türkiyə rəsmilərinin də elan etdiyi ki,
"Zeytun budağı” əməliyyatının son məqsədi heç bir halda Suriya torpaqlarının
işğalı deyil, bölgəni terrorçulardan azad etmək, yerli əhalinin sülh şəraitində
dinc yanaşmasını təmin etməkdir. Bu türk əsgərinin 100 il əvvəl də üzərinə götürdüyü
missiyadır. Məkan, zaman və iştirakçılar fərqli ola bilər. XX əsrin əvvəlində
Qafqazda erməni zülmünə məruz qalan azərbaycanlı qardaşlarının imdadına çatan
türk əsgərinin bu missiyası 100 il sonra da unudulmadı. Azərbaycan xalqının qan
yaddaşında "xilaskar türk əsgərinə inam” əbədiyyən yazılmışdır. İndi isə fərqli
bir məkanda – Suriyada terrorçuların zülmündən əziyyət çəkənlərtürk əsgərinə xilaskar gözü ilə baxır.
Türkiyənin bu haqq davasında dualarımız türk
əsgəri üçündür. Bu yolda Uca Yaradan yar və yardımçın olsun qəhrəman türk əsgəri!
Ərəstü Həbibbəyli,
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini
Müəllifi Twitterdə izləmək üçün: @AHabibbayli
Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
Və Ermənistan ordusu darmadağın edildi.
Davamı...