THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan: əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
367
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 noyabr 2017 – Newtimes.az

Ağır sosial-iqtisadi vəziyyət fonunda işğalçı Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi müşahidə olunur. Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu məsələnin həlli istiqamətində atdığı addımlar isə faktiki olaraq iflasa uğrayıb.

Məsələnin bu tərəfinə nəzər salan etnoqraf Granuş Xaratyan bildirir ki, ölkə rəhbərliyi indiyədək miqrasiya prosesini dayandıra, qarşısına ala bilməyib. Onun sözlərinə görə, bu gedişlə Ermənistanda əhalinin kütləvi şəkildə köç etməsinin, xarici ölkələrə axının qarşısını almaq qətiyyən mümkün olmayacaq.

Granuş Xaratyan xatırladır ki, hələ 10 il bundan əvvəl hökumət miqrasiyanın azaldılmasını nəzərdə tutan strateji proqram işləyib hazırlayıb: "Ancaq indiki mənzərəyə əsasən, görürük ki, bu proqram heç bir nəticə verməyib. İnsanlar ağır vəziyyətdən bezib ölkəni tərk edirlər. Digər tərəfdən qanunun selektiv tətbiqi səbəbindən də onlar ölkədən çıxıb gedirlər. Yəni, Ermənistan vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi hamiləri olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var. Bu da ölkəni tərk edənlərin sayını daha da artırır''.

Məsələ ilə bağlı "armtimes'' saytı yazır ki, hələ bir neçə ay əvvəl miqrasiya sahəsində vəziyyətin heç də yaxşıya doğru getmədiyini görən prezident Serj Sarkisyan xüsusi müşavirə keçirib və bəyan edib ki, 2040-cı ilə kimi Ermənistan əhalisinin sayını 4 milyona çatdırmaq lazımdır.

Lakin sayt qeyd edir ki, Ermənistan ictimaiyyəti prezidentin bu fikrinin absurd olduğunu yaxşı bilir. Belə bir sualla müraciət edir ki, prezidentin qarşıya qoyduğu vəzifənin icrası mümkündürmü? Media Ermənistandakı iqtisadi vəziyyətin ağırlığını, əhalinin gəlirlərinin ildən-ilə azalmasını, rüşvətxorluq və korrupsiyanın baş alıb getdiyini göstərərək qeyd edir ki, bütün bu amillər bir tərəfdən ailə qurub uşaq sahibi olmaq istəyənlərin sayını azaldır, digər tərəfdən isə ölkəni tərk edənlərin sayını çoxaldır.

"Armtimes” konkret rəqəmlərlə prezident Sarkisyanın yalan danışdığını ortaya qoyur. Rəsmi statistikaya əsasən, 2016-cı ildə Ermənistanda 40 min uşaq dünyaya gəlib. Bu müddətdə ölənlərin sayı isə 28 min olub. Göründüyü kimi, bir ildə əhalinin artımı cəmi 12 min nəfər olub. Əgər artım bu templə getsə, onda 2040-cı ilə kimi əhalinin sayı təxminən 290 min nəfər artar. Yəni, 30 ildə əhalinin mövcud sayının üzərinə cəmi 290 min nəfər əlavə olunacaq ki, bu da 4 milyona çatmır. Bundan başqa, Ermənistanı hər il 50 min nəfər birdəfəlik tərk edir. Beləliklə, adi hesablama onu deməyə əsas verir ki, 2040-cı ildə Ermənistan əhalisinin sayı 4 milyon yox, 2 milyon 140 nəfər olacaq.

Sayt yazır ki, rəsmi statistika bu gün Ermənistanda əhalinin sayının 3 milyon nəfər olduğunu göstərir ki, bu da böyük şübhə altındadır. O da qeyd olunur ki, əhalinin azalmasının əsl səbəbi Ermənistanda baş verən özbaşınalıq, rüşvətxorluq və korrupsiya, iqtisadiyyatın ölü vəziyyətdə olması və düzgün xarici siyasətin aparılmamasıdır.

Bundan başqa, ekspertlər ona da diqqət yönəldir ki, görülən kosmetik tədbirlərə baxmayaraq, Ermənistanda əhalinin 50 faizi yoxsulluqdan da aşağı səviyyədə yaşayır. İndi  Ermənistan əhalisi bu durumun dəyişəcəyinə ümid bəsləmir, ona görə də yeganə çıxış yolunu ölkədən köçməkdə görür. Əhalinin bir hissəsi köçsə də, yerdə qalanlar üçün iş yeri tapılmır. Bu isə sosial gərginliyi daha da artırır.

Bunun təsdiqi kimi erməni mediası "Nairit'' kimya zavodu ətrafında baş verənlərə diqqət çəkir. Bütün sahələrdə iflasa uğrayan Ermənistanda ölkənin strateji müəssisələrindən olan "Nairit'' kimya zavodunun işsiz qalmış əməkdaşları artıq beynəlxalq məhkəməyə müraciət ünvanlayaraq dövlətdən kompensasiya və ödənilməmiş əməkhaqlarını tələb ediblər.

Ümumiyyətlə, "Nairit'' kimya zavodunun müflis olması xeyli sayda insanın işsiz qalması ilə nəticələnib. Əməkdaşlar deyirlər ki, illərdir onlara ancaq vəd verilir. Zavodun işçilərinə olan borcu 15 milyon dolları keçib. Bu məbləğin böyük hissəsi iki ilə yaxındır ödənilmir. Hökumətə dəfələrlə müraciət olunsa da, fəhlələrin tələbləri yerinə yetirilmir. Zavod əməkdaşları məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Onlar pozulmuş hüquqlarının bərpasını istəyirlər.

Hökumət isə problemi aradan qaldırmaq üçün kimya müəssisəsini satışa çıxarıb. Amma nə yerli, nə də xarici investorlar zavodu almağa həvəs göstərirlər. Siyasi ekspert Samvel Ananyan bunu ölkədə sabit iqtisadi mühitin olmaması ilə əlaqələndirir. Qeyd edilir ki, bir neçə il əvvəl iş adamı Karen Astaryan "Nairit''ə külli miqdarda vəsait yatırdı. Buna baxmayaraq, sahibkar iflasa uğradı. Zavodun isə böyük məbləğdə borcu var. Təkcə elektrik borcları rekord həddədir və bu məbləğin ödənilməsi tələb edilir.

Erməni mediası yazır ki, ölkədə fəaliyyət göstərən azsaylı müssəisələrin az qala hamısı "Nairit''in günündədir. Belə vəziyyət isə cəmiyyətdə hakimiyyətdən narazılığı daha sürətlə artırır və bu da sonda sosial iğtişaşlara gətirib çıxarmaq iqtidarındadır.

Elçin Cəfərov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...