
Bakı, 2 noyabr 2017 – Newtimes.az
1988-ci
ildə başlayan Dağlıq Qarabağ problemi 1991-ci ilin sonları – 1992-ci ilin
əvvəllərində hərbi əməliyyatlar müstəvisinə keçdi və 1994-cü ilə qədər
Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi; nəticədə bir milyona
yaxın azərbaycanlı yaşadıqları torpaqlardan didərgin düşdü. Ermənistan
rəhbərliyi və erməni xalqı Dağlıq Qarabağ müharibəsində əldə etdikləri
müvəqqəti üstünlüyün eyforiyasına qapılaraq müharibədə qalib gəldiklərini zənn
edirlər. Lakin müharibə qurtarmayıb sadəcə döyüşlər dayanıb, olduqca kövrək
olan və konkret tarixi olmayan atəşkəs müqaviləsi çərçivəsində Azərbaycan
atəşkəs rejimini qoruyub saxlamağa çalışır.
Əlbəttə
müharibə bitməyib, Azərbaycan Respublikasının Ali Baş Komandanı Prezident İlham
Əliyev Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin vacibliyini ən
yüksək beynəlxalq tribunalardan dilə gətirsə də, Ermənistanın danışıqlar
prosesindən uzaqlaşacağı, Dağlıq Qarabağda təxribatları davam etdirəcəyi təqdirdə
layiqli cavab veriləcəyini və hərbi əməliyyatlara başlanılacağını heç bir zaman
istisna etməyib. Belə ki, 2016-cı ilin aprel ayında Ermənistan Dağlıq Qarabağda
atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladığı zaman Azərbaycan ordusu
bu hücumların qarşısını almış, Ermənistan ordusuna ciddi zərbə vuraraq, bir
neçə strateji yüksəkliyi ələ keçirmişdi. Aprel ayınıda baş verən hadisələrin
nəticələri barədə erməni xalqı hər şeyi bilməsə də, Serj Sərkisyan nəticələrin
necə olduğunu çox gözəl bilir.
Uzun
müddətdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti
Serj Sərkisyan Minsk qrupunun vasitəçiliyi ilə 16 oktyabr tarixində Cenevrədə
bir araya gələrək Dağlıq Qarabağ probleminin həll yollarını müzakirə etdilər.
Cenevrə
görüşünün baş tutmasının əsl səbəblərindən biri Ermənistanın bu görüşdə müəyyən
irəliləyiş əldə etmək arzusu yox, beynəlxalq aləmdə müzkirədən yayınan tərəf
olmaq imicinin yaxşılaşdırılması olmuşdur. Adətən tərəflər yüksək səviyyədə görüşmədən
əvvəl hər iki ölkənin XİN rəhbərləri və Minsk qrupu görüşə zəmin hazırlayır. Bu
prosesdə XİN rəhbərlərinin və Minsk qrupunun prezidentlərin hansı məsələlər
ətrafında müzakirələr aparacağı haqqında ölkə və region KİV-də heç bir məlumat
verilməmişdi.
Qeyd edək
ki, 2016-ci il aprel hadisələrindən sonra Cenevrə görüşü prezidentlərin üçüncü
görüşü olsa da (Vyana-may 2016, Sankt-Peterburq-iyun 2016) əvvəlki iki görüşdə
də Ermənistanın uzlaşmaz mövqeyinə görə hər hansı bir razılaşma əldə
edilməmişdi.
Prezidentlərin
görüşundən əvvəl Ermənistan parlamentinin sabiq üzvü Tevan Poqosyan "əgər kimsə
Cenevrədə prezidentlərin Dağlıq Qarabağ problemini müzakirə edəcəyini
düşünürsə, mənim heç bir gözləntim yoxdur. Bu görüş Minsk qrupu həmsədrlərinin
görüşmək xahişinə bir jestdir və ən yaxşı halda prezidentlər Vyana və Sankt-Peterburq
görüşündə əldə edilən məsələlər ətrafında müzakirə apara bilər''
[i]
demişdir.
Cenevrə
görüşündən sonra hər iki ölkənin XİN rəhbərləri və həmsədr ölkələrin
nümayəndələri prezidentlərin görüşünün nəticələri barədə belə məlumat
vermişdir:
– görüş
konstruktiv atmosferdə keçmişdir;
– prezidentlər
danışıqlar prosesinin aktiv olması barədə həmfikirdirlər;
cəbhə xəttində gərginliyin azaldılması üçün
əlavə addımlar atmaq haqqında razılığa gəliblər.
[ii]
Bu
bəyanatdan belə görünür ki, Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən
razılaşmalarda heç bir irəliləmə yoxdur. Çünki Ermənistan problemin həll
edilməsində maraqlı deyil. Maraqlı deyil ona görə ki, birincisi, Serj Sərkisyan
hakimiyyətinin qorunmasında və saxlanılmasında əsas amil Dağlıq Qarabağ
problemidir, ikincisi həmsədr dövlətlər işğalçı olmasına baxmayaraq Ermənistana
təzyiq etmir.
Nə Minsk
qrupu həmsədr dövlətlərdən, nə də beynəlxalq aləmdən heç bir təzyiq görməyən
Ermənistan görüş zamanı cəbhə xəttində gərginliyin azaldılması üçün əlavə
addımlar atmaq haqqında razılığa baxmayaraq, bir gün sonra cəbhənin qərb
istiqamətində atəşkəsi pozaraq təxribat törətmək istərkən bir əsgərini itirib.
Maraqlıdır
ki, görüşdən bir gün sonra Prezident Serj Sərkisyan Cenevrədəki erməni
disporunun nümayəndələri ilə görüşərkən belə deyib: "Bizim üçün yeganə həll
Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmamasıdır.''
[iii]
Azərbaycan
Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov məsələyə
münasibət bildirərək belə deyib: "Qərara alınmışdı ki, razılaşdırılmış
məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz
versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in
nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək
istəmir.''
[iv]
Minsk qrupu
həmsədrləri problemin həll edilməsi üçün hansı prinsiplər üzərində müzakirələr
aparıldığını deməmələrinə baxmayaraq, Serj Sərkisyanın belə bir ifadə
işlətməsinə heç bir reaksiya verməmişdir. Bu isə həsədrlərin passivliyinə və
Ermənistan rəhbərliyinin Minsk qrupunun vasitəçilik təşəbbüslərini ciddiyə
almadığına dəlalət edir.
Hatəm
Cabbarlı,
siyasi elmlər doktoru
[i]
Встреча
Саргсян-Алиев всего лишь жест сопредседателям МГ ОБСЕ: Теван Погосян http://ru.1in.am/1202253.html,
2017-10-15.
[ii]
Стало
известно о готовности Саргсяна и Алиева активизировать переговоры https://regnum.ru/news/polit/2334740.html,
16 октября 2017.
[iii]
Саргсян после
встречи с Алиевым: Единственное решение – это Карабах вне Азербайджана http://www.panarmenian.net/rus/news/247691/,
16 октября 2017.
[iv]
Novruz Məmmədov:
Ermənistan razılığı pozub, https://www.amerikaninsesi.org/a/cenevre-danisiqlari/4073810.html,
Oktyabr 17, 2017.
Həmsədrlər böyük irəliləyişdən danışır: görünməmiş bəyanat!
"Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər''
Davamı...