THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
250
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 oktyabr 2017 – Newtimes.az

Erməni təşkilatlarının yaradılması tarixinə qısa baxış

Ermənilər Gürcüstanda yaşayan milli azlıqlar içində say baxımından azərbaycanlılardan sonra ikincidirlər. 2014-cü ildə keçirilən siyahıyaalmaya əsasən, Gürcüstanda 168,1 min erməni (4,5%) yaşayır. Lakin gürcü soyadlarını alan ermənilər də nəzərə alınarsa faiz nisbəti ilə onlar çoxluq təşkil etmiş olacaq. Məlumdur ki, ermənilər Gürcüstanda hazırda məskunlaşdıqları ərazilərə çar Rusiyası dövründə köçürülmüşlər. Gürcüstanda ictimai təşkilatlar hələ sovet zamanında M.Qorbaçovun "yenidənqurma" dövründən etibarən fəal şəkildə formalaşmağa başlamışdır. Hazırda Gürcüstanda 20-dən çox erməni ictimai təşkilatının (bəzi mənbələrə görə isə 40) fəaliyyət göstərdiyi məlumdur. Sovet İttifaqının dağıldığı ilk vaxtlarda, xüsusilə, Samtsxe-Cavaxetiya erməniləri radikal mövqedən çıxış edərək, Ermənistana birləşməyi tələb edirdilər. İ.Muradyanın fikrincə, əgər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi olmasaydı, Cavaxetiyanın erməni əhalisi bu ərazinin Gürcüstandan ayrılması tələbi ilə çıxış edərdilər. Tarixə nəzər saldıqda məlum olur ki, hələ Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə Samtsxe-Cavaxetiya erməniləri DQMV ermənilərinin separatçılıq hərəkatının müdafiəsində fəal iştirak edirdilər. Eduard Şevardnadzenin hakimiyyəti zamanı isə bir çox erməni təşkilatlarının əsası qoyuldu.

Bunların içində ən böyükləri – Cavaxk, siyasi partiya olmağa iddialı Virk və özündə 10-dan artıq ictimai təşkilatı birləşdirən Samtsxe-Cavaxkın İctimai Təşkilatlar Birliyidir. Bir çox gürcü mətbuatında radikal və ekstremist mövqedə olması qeyd edilən təşkilat Cavaxkdır. Təşkilat 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçı hərəkatla paralel dövrdə yaradılıb. Onun yaradılmasında katalizator rolunu məhz Dağlıq Qarabağ regionundakı separatçı hadisələr rol oynayıb. Axalkələkdə təşkilatın ilk komitəsi meydana gəlib. Yeni yaradılan təşkilatın başlıca məqsədi "Qarabağdakı qardaşlara kömək etmək" olur. Təşkilat 1988-ci ilin mayında fəaliyyət sahəsini genişləndirdi və Cavaxk Milli Hərəkatı adlanmağa başladı.

Gürcüstandakı erməni təşkilatlarının fəaliyyətinin araşdırılması göstərir ki, onların başlıca məqsədi separatçılıq yolu ilə Gürcüstan ərazisini parçalamaq, muxtariyyət almaq, sonra isə Ermənistana birləşməkdir. Bəzi faktlara müraciət edək: məsələn, 1994-cü ildə E.Şevardnadze Samtsxe-Cavaxetiyada ərazi islahatları apardığı zaman bu təşkilatın üzvləri muxtariyyət tələb etməyə başladılar. 1995-ci ildə Gürcüstan Parlamentində "Dil haqqında qanun" müzakirəyə çıxarıldığı zaman təşkilatın üzvləri tərəfindən bu hadisə birmənalı qarşılanmadı. Gürcü politoloqlarının fikrincə, Tiflis bu təşkilatların muxtariyyət tələbini icra edə bilməz, çünki bu zaman Abxaziya və Cənubi Osetiya misalındakı kimi hadisələrin yenidən baş qaldırması qaçılmaz ola bilər. Müşahidələr göstərir ki, Samtsxe-Cavaxetiyada fəaliyyət göstərən təşkilatlar Gürcüstan dövləti tərəfindən xüsusi nəzarətdə saxlanılır, onların haqqında məlumatların toplanılmasına xüsusi diqqət yetirilir. Bu amil təşkilatın separatçı mövqeyi ilə sıx bağlıdır. Adı çəkilən təşkilatın hazırda rəhbəri Vaahn Çaxalyandır. V.Çaxalyan İrəvanda yaşadığı dövrdə iki dəfə kriminal cinayət törətmə səbəbi ilə həbs edilib, daha sonra İrəvandan deportasiya edilib. Təsadüfi deyil ki, Gürcüstanın sabiq prezidenti M.Saakaşvili Çaxalyanı özünün dördüncü düşməni (V.Putin, D.Medvedev, B.İvanişvilidən sonra) adlandırmışdır.

Samtsxe-Cavaxetiyada fəaliyyət göstərən bir çox təşkilatlar kimi bu təşkilatın da fəaliyyət xronologiyasını müşahidə edərkən bir məsələni vurğulamalıyıq ki, Gürcüstanda "Qızılgül inqilabı"ndan sonrakı şərait göstərdi ki, bu təşkilatlar yeni siyasi mühitə hazır deyillər. Təşkilatın proqramının strukturundan göründüyü kimi, onların əsas məqsədi federativ quruluşlu dövlət yaratmaq idisə, yenicə hakimiyyətə gəlmiş Saakaşvilinin ideyasında yalnız Qərbə doğru inteqrasiya, Rusiyaya qarşı etirazlar geniş yer tuturdu. 2009-cu ilin aprelində məhkəmə Çaxalyanı "qanunsuz silah saxlama" və "ictimai asayişi pozmağa çağırış edən kütləvi aksiyalar təşkil etməkdə" təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum etdi. Lakin 4,5 il sonra Çaxalyan azadlığa buraxıldı. Gürcüstan Daxili İşlər Nazirliyinin keçmiş nümayəndəsi Karina Qriqoryan separatçı Çaxalyanın azad edilməsini yeni hakimiyyətə gəlmiş partiyanın ən böyük səhvi adlandırmışdı. Həmçinin onun bildirdiyinə görə, separatçı V.Çaxalyanı Rusiyanın xüsusi xidmət orqanları maliyyələşdirir.

Digər bir misal: Gürcüstanın "Axali taoba" (Yeni nəsil) qəzetində erməni xalqı adından məktub dərc edilib. Həmin məktubda bildirilir ki, guya gürcülər azərbaycanlılarla əlbir olaraq erməniləri Samtsxe-Cavaxeti, Kvemo-Kartli bölgələrindən sıxışdırmağa çalışırlar. Həmçinin məktubda Ermənistan hökumətindən bu prosesin qarşısının alınması üçün kömək də istənilir. Sabiq Gürcüstan Prezidenti M.Saakaşvilinin müşaviri Van Bayburtyan məktubu əsassız adlandırıb, bu məktubun Cavaxk təşkilatı tərəfindən yazıldığını bildirib. Müşavirin sözlərinə görə, bu təşkilat Rusiya tərəfindən maliyyələşdirildiyindən bu cür addım gözləniləndir. Qeyd etmək lazımdır ki, Van Bayburtyan hələ E.Şevardnadzenin hakimiyyəti dövründə Samtsxe-Cavaxetiya erməni separatizminin təbliğatçılarından biri olub. Gürcüstandakı inqilabdan sonra müşavirlik vəzifəsini icra etməyə başlayan bu şəxsin fikirlərində də dəyişikliklər müşahidə olunur. V.Bayburtyan on il müddətində Gürcüstanda nəşr olunan "Vrastan" qəzetinin baş redaktoru olub və bu qəzetdəki məqalələrində də Samtsxe-Cavaxetiya erməni fəallarının ideyasını pisləyib.

2010-cu ildə Gürcüstanda hüquq mühafizə orqanlarının həyata keçirdikləri "Enver" əməliyyatı nəticəsində Rusiya lehinə çalışan 13 nəfər saxlanılıb. Onlar arasında iki erməni – Armen Gevorkyan, Ruben Şikoyan da var idi. A.Gevorkyan neft və neft məhsullarının keyfiyyətini yoxlayan "Saybolt" kompaniyasının baş direktoru olub və Rusiyaya Gürcüstan Silahlı Qüvvələri və digər ölkələrlə əməkdaşlığına dair məlumatları ötürüb. Rusiya Federasiyasının vətəndaşları olan hər iki şəxs Batumidə yaşayıb. Cavaxk təşkilatının üzvü Ruben Torosyanın verdiyi məlumata görə, A.Gevorkyan Acarıstanda Aslan Abaşidzenin hakimiyyəti zamanı erməni diasporunu idarə edib. Tbilisidə Avratlantik Tədqiqatlar Mərkəzinin direktoru Mamuka Neberidze məsələyə dair fikrini bu cür ifadə edir: "Qəribədir ki, həbs olunanlar Gürcüstan hakimiyyəti ilə daim problemi olan Acarıstanın keçmiş lideri A.Abaşidzenin keçmiş işçiləri olub".

Virk (qədim ermənicədən tərcümədə "Gürcüstan" deməkdir) təşkilatı Krunq təşkilatının prototipi hesab edilir. Virk təşkilatının liderləri əmindirlər ki, dövlət tərəfindən siyasi partiya kimi qeydiyyatdan keçdikdən sonra Gürcüstandan muxtariyyət tələb edə bilərlər. Qeyd etmək lazımdır ki, Gürcüstan hakimiyyəti Virk təşkilatını siyasi partiya kimi qeydiyyatdan keçirməkdən imtina edir. Gürcüstan Konstitusiyasının "Siyasi birliklər haqqında" qanununa əsasən, regional və ərazi prinsipə əsaslanan partiyaların təşkili qadağandır. Qərara görə, milli azlıqlar bu halda partiya yaratmaq üçün Ədliyyə Nazirliyinə müraciət etdikdə rədd cavabı alırlar. Qeydiyyatdan keçsələr belə, parlamentə daxil olmaq üçün keçirilən seçkilərdə etnik partiyalar 7%-lik səddi keçə bilməyəcəklər. Virk təşkilatının proqramında Samtsxe-Cavaxetiyaya muxtariyyətin verilməsi barədə yazılıb. Virk təşkilatı 1994-cü il Samtsxe-Cavaxetiyada vahid idarəçiliyin yaradılması və Gürcüstan hökumətinin öz nümayəndəsini təyin etməsi ilə razı olmayıb. Təşkilatın rəhbərlərinin fikrincə, hökumət bu yolla adı çəkilən ərazidə demoqrafik tarazlığı pozub. Bu təşkilatın tələbləri arasında erməni dilinin dövlət dili statusunda qərarlaşdırılması, etnik kimliyin dəstəklənməsi məsələləri var. Təşkilat bu yolla iki millət arasında inteqrasiya proseslərinin formalaşacağına ümid edir.

Gürcüstan Parlamentinin "Dil haqqında qanun"u müzakirə etməsindən sonra Cavaxkın intiqamçıları adlanan təşkilat Ninotsminda adlı yerdə inzibati binanın üzərində aşağıdakı hədələyici və separatçı müraciətlə çıxış edib: "Biz artıq şovinist gürcü millətinin anti-erməni fəaliyyətinə səbir etməyəcəyik, cavab isə sərt və nöqsansız olacaqdır. Sizi sonuncu dəfə xəbərdar edirik – ağıllı davranın və ehtiyatlı olun, Cavaxkdan əl çəkin. Əgər unutmusunuzsa, xatırlayın və bilin: Cavaxkın sahibləri və müdafiəçiləri var. Anlamadınızsa – öz günahınızdır".

Tbilisidə Azadlıq İnstitutunun əməkdaşı Zurab Çeaberaşvili Samtsxe-Cavaxetiyada belə bir təşkilatın fəaliyyətindən xəbərdar olduğunu bildirib. Qafqazda Sülh, Demokratiya və İnkişaf İnstitutunun əməkdaşı Marina Elbanidze isə "Axali taoba" qəzetinin 27 sentyabr tarixli sayında dərc etdirdiyi məqaləsində yazılıb ki, Cavaxetiyada 16 erməni silahlı qruplaşması fəaliyyət göstərir. Bundan sonra erməni qəzeti "AZQ"da "Cavaxkın intiqamçıları təşkilatı yoxdur və olmayacaq" adlı məqalə dərc edilib. Maraqlıdır ki, həmin məqalədə Gürcüstan Parlamentinin sədr müavini Givi Şuqarov (mənşəcə ermənidir) bu təşkilat haqqında fikirlərini bu cür ümumiləşdirib: "Cavaxkda qaynar nöqtənin yaradılması Ermənistanın marağında deyil".

Başqa bir misal: Yerkir analitik mərkəzin eksperti Eduard Abramyan Samtsxe-Cavaxetiyanın, həmçinin Çalka vilayətinin əhalisini hakimiyyətdən muxtariyyət tələb etməyə çağırıb. Onun bildirdiyinə görə, bu, həmin əhalinin haqqıdır. Həmçinin separatçı "ekspert" qurulacaq muxtar respublikanın qədim adı ilə, yəni Zabax adlandırılmasını, paytaxtının Axalsıx olmasını təklif edib. Onun fikrincə, muxtariyyətin idarəçi orqanı Milli Məclis təşkil edilməli, bu orqan öz növbəsində muxtariyyətin illik büdcəsini təyin etməlidir. E.Abramyan regionun atributlarının, o cümlədən milli polisinin yaradılma zərurətini qeyd edib. Separatçının fikrincə, guya adı çəkilən fəaliyyətlər icra olunduqdan sonra Gürcüstanda milli məsələ, separatizm təhlükəsi azala bilər və guya Gürcüstanın bir dövlət kimi öz suverenliyini qoruması üçün yeganə çıxış yolu məhz federasiyaya çevrilməkdir.

Gürcüstandakı erməni təşkilatları gürcü xalqına məxsus tarix və mədəniyyət abidələrinə əsassız iddia edirlər. Məsələn, aktivliyi birbaşa Cavaxk təşkilatının separatçı mövqeyi ilə bağlı olan, dini mərkəz sayılsa da, fəaliyyətində siyasi aspektlərin geniş yer tutduğu Erməni Apostol Kilsəsi (rəhbəri yepiskop Vazgen Mirzəxanyandır) Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məktubunda Gürcüstanın 442 kilsəsinin erməni kilsəsi olduğunu həyasızcasına iddia edib. Yepiskop özünəməxsus hiyləgərliklə "totalitar rejim dövründə əllərindən alınmış kilsələrin" qaytarılmasını tələb edib. Qeyd etmək lazımdır ki, Eçmiədzin kilsəsi bu vaxta qədər Gürcüstanın 5 kilsəsinə iddia edirdisə, indi bu rəqəm dəfələrlə artmışdır. Bir məsələ xüsusilə diqqəti cəlb edir. Məlum olduğu kimi, hələ 1995-ci ildə Samvel Karapetyanın "Gürcüstanda erməni kilsələri" adlı xəritə-sorğu kitabçası nəşr edilib. Müəllif uydurmalarla Gürcüstanda 650 erməni kilsəsini təsvir edib. Hansı ki, əslində, bunların çoxu gürcü kilsəsidir. S.Karapetyan isə gürcü xalqının abidələrini "erməniləşdirib". İnsan hüquqları müdafiəçisi Giorgi Tevzadze bu məsələ ilə bağlı Gürcüstan hökumətini təsirli ölçü götürməyə çağırıb. Onun fikrincə, ermənilərin bu cür əsassız iddiası ilk dəfə deyil ki, səsləndirilir və onlar dünya ictimaiyyətini aldatmağa çalışırlar.

Erməni təşkilatlarının Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətlərini pozmaq cəhdləri

Aparılan araşdırmalar göstərir ki, erməni təşkilatları Gürcüstanı təkcə parçalamağa, ərazisinə sahib çıxmağa, tarix və mədəniyyət abidələrinə yiyələnməyə deyil, eyni zamanda, Gürcüstanın Türkiyə və Azərbaycanla olan münasibətlərini də pozmağa çalışırlar. Buna dair çoxlu misallar gətirmək olar: 17 aprel 2017-ci ildə "Gürcüstanda erməni birliyi" öz səhifəsində "Nəyə görə gürcü hakimiyyəti erməni xalqının soyqırımını tanımalıdır" adlı məqalə yerləşdirib. Məqalənin ümumi məzmunu aşağıdakı kimidir: "Əsas məsələ mənəvi dəyərlərdən qaynaqlanır. Özünü Avropa sivilizasiyasının bir parçası hesab edən dövlət bütün insanlığa qarşı törədilmiş cinayət misalında olan kütləvi insan qırğınını tanımalıdır. Artıq 26 ildir ki, Gürcüstan elitası Türkiyə və Azərbaycanla münasibətlərini bəhanə gətirərək öz susqunluğuna bəraət qazandırır. Bu gün Gürcüstanda erməni soyqırımının tanınması milli təhlükəsizlik məsələsinə çevrilib. Bizim qarşımızda yalnız bir çıxış yolu qalıb, ölkənin hakim dairələrinə hansısa digər dövlətlərin deyil, məhz öz milli maraqlarının qorunmasına çalışılması aydınlaşdırılmalıdır".

Qeyd etmək lazımdır ki, "Gürcüstanda erməni birliyi" hər il aprel ayında Türkiyə səfirliyi qarşısında erməni "soyqırımı"nın ildönümü münasibəti ilə aksiyalar keçirir və Gürcüstan hökumətindən tanınmanı tələb edir. Təşkilatın gəncləri Azərbaycanın işğal olunmuş ərazilərinə turlar təşkil edir, şəkilləri "qədim torpağımız" başlığı ilə sosial şəbəkədə yayırlar. Bu da təbii ki, Azərbaycan tərəfinin narazılığına səbəb olur.

Gürcüstanda erməni təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, onlar "Daşnaksütyun" yönlü təşkilatlardır, qurucuları isə hələ Abxaziya müharibəsində gürcü xalqına qarşı vuruşmuş "Baqramyan" batalyonunun veteranlarıdır. Təşkilatların başlıca fəaliyyəti separatçı xarakterli olduğundan, Gürcüstan hakimiyyəti tərəfindən lazımi tədbirlər görülüb ölçü götürülməzsə, Gürcüstanda ikinci Qarabağ problemi yaradıla bilər. Gürcüstandakı erməni təşkilatlarının fəaliyyətinin təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir:

1) Bu təşkilatlar Gürcüstanda separatçı fəaliyyət göstərir, ölkə ərazisini parçalayır, qan tökməklə muxtariyyət almaq və sonra Ermənistana birləşdirməyə çalışır;

2) Erməni təşkilatları Gürcüstandakı gürcü xalqının tarix və mədəniyyət abidələrini qondarma yolla özününküləşdirir;

3) Erməni təşkilatları Gürcüstanın Türkiyə və Azərbaycanla münasibətlərini pozmaq üçün müxtəlif üsullardan istifadə edirlər.

Politoloq Tekol Xaqosun aşağıdakı fikirləri erməni təşkilatları ilə bağlı bir qənaət yaradır: "Erməni problemini diqqətlə araşdırdıqdan sonra anladım ki, onlar bir çox əsrlər ərzində, bir çox xalqlar üçün problem olmuşlar, xüsusilə tərkibində yaşadıqları dövlətlər üçün".

Nəsibə Mirzəyeva,

AMEA Qafqazşünaslıq İnstitutunun əməkdaşı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...