THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın uğursuz seçimi və bataqlığa gedən yol

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
792
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 sentyabr 2017 – Newtimes.az

Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra daxili, xarici, iqtisadi və təhlükəsizlik siyasətində "yumurtaların hamısını eyni səbətə yığıb''. Son 25 ildə bu strateji yanlışlığından qurtulmağa bir neçə dəfə cəhd etsə də, heç bir cəhdi uğurla nəticələnməyib, əksinə, hər keçən gün bataqlığa bir az daha yaxınlaşır.

Bu yöndə ilk təşəbbüsü Ermənistanın prezidenti Levon Ter-Petrosyan göstərdi, amma elə öz komandasındakı fikir ayrılığına və xarici təzyiqlərə görə istefa etməyə məcbur oldu.

İkinci təşəbbüs Karen Dəmirçiyan tərəfindən ortaya atıldı, 27 oktyabr 1997-ci ildə terrorist Nairi Unanyan liderliyində silahlı qrup parlamentə hücum edərək Dəmirçiyanı, baş nazir Vazgen Sərkisyanı və 6 nəfəri öldürdü.

Hazırkı prezident Sərkisyan 2013-cü ildə Avropa İttifaqı ilə "Dərin və Geniş Əhatəli Ticarət Zonası Haqqında'' müqavilə imzalamağa çalışarkən Rusiyanın təzyiqi ilə son anda müqaviləni imzalamadı, əvvəlcə Avrasiya İqtisadi Birliyinə, daha sonra isə Gömrük Birliyinə üzv oldu. Bu, yuxarıda qeyd edilən iki hadisə qədər kriminal nəticələnməsə də, ölkəni siyasi və iqtisadi olaraq ciddi problemlərlə qarşı-qarşıya qoydu.

Ötən ilin aprel hadisələrindən sonra Ermənistan-Rusiya münasibətləri gərginləşdi. Rusiya Ermənistan və Azərbaycana silah sataraq tarazlığı qorumağa çalışdı. Ermənistana "İsgəndər'' zenit-raket kompleksini sataraq, bu narazılığı səngitməyə çalışdı. Amma Ermənistanla Rusiya arasında birləşmiş ordu qrupu haqqında müqavilənin imzalanması və ratifikasiya edilməsi erməni ictimai rəyində yenidən narazılığın ortaya çıxmasına səbəb oldu. Belə ki, bu müqavilədə Rusiya Ermənistan qarşısında açıqca üstün və diqtəedici mövqeyə sahib olurdu.

Ermənistan Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirərək, ABŞ, NATO və Avropa İttifaqı ilə əməkdaşlıq imkanlarını genişləndirməyə uğursuz təşəbbüslərə davam edir. Belə ki, Ermənistanın enerji sahəsində ciddi problemlər yaşadığı bir ərəfədə ABŞ Ermənistanın enerji sektoruna 8 milyard dollar sərmayə yatıracağını bildirdi, amma Ermənistan hökuməti bu təklifi müzakirə etməkdən çəkindi. Daha sonra ABŞ Ermənistan ilə ikili vergiləndirmənin aradan qaldırılması üçün müzakirələrə başlamağı təklif etdi, bu da Ermənistan hökuməti tərəfindən müzakirə edilmədi. Halbuki, hər iki təklif birbaşa Ermənistanın maraqlarına cavab verirdi. Ermənistan enerji sektoruna büdcəsindən təxmin 3 dəfə çox sərmayə qəbul edəcəkdi, ikili vergilərin qaldırılması isə Ermənistanın ixracatında ciddi artım demək idi. Amma Ermənistan Rusiyanın təzyiqlərinə tab gətirə bilmədiyi üçün bu təkliflərin heç birini qəbul edə bilmədi.

Ermənistan rəsmiləri mütəmadi olaraq Avrasiya İqtisadi Birliyi (AİB) və Gömrük Birliyinə (GB) üzv olmalarının strateji qərar olduğunu, ölkənin sosial-iqtisadi problemlərinin həll edilməsi istiqamətində ən doğru qərar olduğunu bildirsələr də, Avropa İttifaqı ilə yeni müqavilə mətni üzərində müzakirələr gedir. Böyük bir ehtimalla bu müqavilə də 2013-cü ildə imzalanmalı olan müqavilə kimi uğursuzluqla nəticələnəcək. Araşdırmalar göstərir ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində Ermənistan sadəcə Rusiya ilə ticarət və gömrük sahəsində əməkdaşlıq edə bilir. Belə ki, bir neçə gün əvvəl Ermənistan XİN-i iqtisadiyyatın və ticarətin inkişaf etdirilməsi üçün hədəf ölkələrin siyahısını hazırlayıb. Maraqlıdır ki, bu siyahıda Rusiyadan başqa bütün dövlətlər Avropa İttifaqının üzvüdür. Avrasiya İqtisadi Birliyinin digər üzvlərindən heç biri bu siyahıda yer almır. Buna rəğmən, Ermənistan hakimiyyəti vətəndaşlarına AİB-in iqtisadi və ticarət potensialından danışır.

Rusiya KİV-də adətən Ermənistan haqqında hər zaman strateji tərəfdaş, cənubdakı "forpost'' kimi ifadələrdən istifadə edilsə də, son günlərdə Ermənistanın Qərb yönümlü siyasətinin siqnalları duyulunca ciddi etirazlar və tənqid səsləri yüksəlir. Belə ki, Ermənistanın Gürcüstanın Vaziani hərbi hava limanında NATO-nun keçirdiyi "Ləyaqətli tərəfdaş 2017'' hərbi təlimlərində iştirak etməsi Rusiya KİV-də geniş müzakirə edilir.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin bu təlimləri müşhidə etməsi bölgədə vəziyyəti daha da ciddiləşdirib. İlk dəfədir ki, Gürcüstanda keçirilən NATO təlimlərini bu qədər yüksək səviyyəli ABŞ rəsmisi müşahidə edirdi. Pensin Gürcüstana səfərə gəlməsi və NATO təlimlini müşahidə etməsinə cavab olaraq Rusiya prezidenti Vladimir Putin Abxaziyaya səfər etmişdir.

Beynəlxalq təhlükəsizlik mühiti ciddi problemlər yaşayır və bu, istər-istəməz bölgələrdə də gərginliyi artırır. Ermənistan belə bir mühitdə hansı tərəfə yönələcəyinə tam qərar verə bilmir. Qərb dünyası nə qədər şirin vəd və təkliflər versə də, müstəqilliyini elan etdikdən sonra "yumurtaların hamısını bir səbətə yığan'' Ermənistan "işıq, yoxsa səs gələn tərəfə'' getməyə hələ də qərar verə bilmir. Çünki 25 ildir həyata keçirdiyi yanlış siyasətə görə hər iki tərəfi məchulluqda görür.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...