THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qərb ölkələrində ifadə azadlığı və yaxud kim kimə necə nümunə olmalıdır?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
232
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 sentyabr 2017 – Newtimes.az

Məlum olduğu kimi, "Turan İnformasiya Agentliyi'' MMC-nin direktoru Mehman Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Bu hadisə Azərbaycana qarşı qara piar aparmaq üçün hər an fürsət bəsləyən bəzi xarici qüvvələr üçün sanki göydən düşmə oldu. Onlar dərhal Azərbaycanda demokratiyanın, ifadə azadlığının, insan hüquqlarının pozulduğunu iddia edərək bəyanatlar səsləndirməyə başladılar. Qərbin təxminən eyni mərkəzdən idarə olunan və eyni məqsədlərə xidmət edən bəzi quruluşları tərəfindən bir anda sanki Azərbaycanın üzərinə səlib yürüşü təşkil edildi. Halbuki həmin ölkələrin öz daxilində olanlar onların heç yadına da düşmür. Bu mənada son bir ildə bəzi Qərb ölkələrində qeyd olunan sahələrdə baş vermiş hüquq pozuntularına dair aparıcı beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının hesabat və məruzələrinə göz atmaq maraqlı olardı.

Aparılan təhlillər onu deməyə əsas verir ki, 2016-2017-ci illər ərzində möhkəm demokratik ənənələrə malik olduğu bildirilən Qərb dövlətlərində insan hüquq və azadlıqlarının qorunması və qanunun aliliyinin təmin olunması, o cümlədən ifadə azadlığı sahələrində pozuntular qeydə alınmışdır.

Qeyd olunan dövr ərzində ifadə azadlığının təmin edilməsi sahəsində qeydə alınmış problemlər arasında jurnalistlərə qarşı hücumlar, hədə-qorxular, onların qətli, ictimai tədbirləri işıqlandıran jurnalistlərə qarşı zorakılıq, diffamasiya qanunları və qanunvericilkdə ifadə azadlığına uyğun olmayan dəyişikliklər, o cümlədən böhtanla bağlı məsələlər və s. yer almaqdadır.

Bu mənada, kütləvi informasiya vasitələrinin azadlığı üzrə keçmiş ATƏT nümayəndəsinin 2 dekabr 2016-9 mart 2017-ci il dövrünü əhatə edən Daimi Şuraya dövri hesabatında[i] Qərb demokratiyaları da daxil olmaqla, ATƏT bölgəsində ifadə azadlığı ilə bağlı problemləri qaldırmışdır. Belə ki, hesabat dövrü ərzində ATƏT nümayəndəsi Finlandiyada iki jurnalistin qətli və Kiprdə bir müxbirin maşınının yandırılmasını pisləmiş, diqqəti İtaliyada media nümayəndələrinə qarşı insidentlərə və ABŞ-ın Kanada ilə sərhədində fotojurnalistin saxlanmasına çəkmişdir.

Bundan əlavə, ATƏT nümayəndəsi tərəfindən Danimarkada internet səhifələrinin bloklanması ilə bağlı qanun layihəsinə dair narahatlıq ifadə olunmuşdur. Ona istinadən, ifadə azadlığı ilə bağlı beynəlxalq öhdəliklərə uyğun olmayan sözügedən qanun layihəsinin müvafiq maddələri internet səhifələrinin bloklanması üzrə geniş səlahiyyətlər ehtiva edərək, prosedur baxımından insan hüquqları, o cümlədən ifadə azadlığı üçün zəmanət vermir. Daha bir narahatlıq Niderlandda Kəşfiyyat və Təhlükəsizlik Xidmətləri üzrə Qanun layihəsi, xüsusilə də qanun layihəsinin jurnalistlərin məlumat mənbələrinin məxfiliyinə potensial təsiri ilə bağlı ifadə olunmuşdur.

İctimai tədbirləri işıqlandıran jurnalistlərə qarşı zorakılıq məsələsində ATƏT nümayəndəsi Fransada prezidentliyə namizədə sual vermək cəhdinə görə televiziya jurnalistinin tədbirdən uzaqlaşdırılması və ABŞ-da prezidentin andiçmə mərasimi günündə iki reportyorun saxlanılması və "ixtişaş törətməkdə və ya ixtişaş törətməyə təhrikdə'' ittiham edilməsi ilə bağlı narahatlıq ifadə etmişdir.

Jurnalistikanın və jurnalistlərin təhlükəsizliyinin müdafiəsinin təşviqinə dair Avropa Şurasının (AŞ) İnternet Platformasında[ii] da jurnalistlərə qarşı zorakılıqla bağlı məlumatlar yerləşdirilmişdir. Misal olaraq, 2017-ci il iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində Böyük 20-liyin Zirvə Toplantısı zamanı protestləri işıqlandıran bir çox jurnalist, müvafiq kameralar və press kartların onların jurnalist olduqlarına dəlalət etməsinə baxmayaraq, polis tərəfindən təhqir olunmuş və onlara qarşı gözyaşardıcı qazdan istifadə olunmuşdur.

Platformada, həmçinin, Xorvatiyada iki jurnalistə qarşı edilmiş hücum, eləcə də Belçikada bir jurnalistin evinə həyata keçirilmiş reyd, jurnalistlərin sorğu-sual olunması və qorxudulması halları əksini tapmışdır.

Qərb dövlətlərində kriminal diffamasiya qanunları hesabat dövründə narahatlıq doğuran digər bir məsələ olaraq qalmışdır. ATƏT nümayəndəsi tərəfindən İrlandiyada Defamasiya Aktı və Britaniyada Cinayət və Məhkəmələr Aktı, Maltada isə iqtisadiyyat naziri tərəfindən jurnalistə qarşı böhtanla bağlı qaldırılmış məhkəmə işinə dair narahatlıq ifadə edilmişdir. Jurnalistikanın və jurnalistlərin təhlükəsizliyinin müdafiəsinin təşviqinə dair AŞ İnternet Platformasında da böhtanla bağlı İtaliyada onlayn qəzetin baş redaktorunun azadlıqdan məhrum olunmağa məhkum edilməsi və Yunanıstanda araşdırmacı jurnalist, nəşriyyatçı və qəzetin direktorunun polis tərəfindən həbs edilməsi ilə bağlı məlumatlar əksini tapmışdır. Diffamasiya ilə bağlı platformada yerləşdirilmiş daha bir məlumat Almaniyada Sosial Şəbəkələrdə Hüquqların Gücləndirilməsinin Təkmilləşdirilməsi Qanununa aiddir. Qanunda təqdim olunan sistemə əsasən, sosial şəbəkələr alman Cinayət Məcəlləsində artıq mövcud olan 24 maddəni pozan məzmunları səhifələrindən tamamilə silmədikləri halda, sərt inzibati cəzalarla (cərimələrlə) üzləşəcəkdir. Bu maddələrə o cümlədən dinlərə qarşı böhtan, prezidentə qarşı böhtan, cinayət diffamasiyası və təhqir, milli sosialist dövrün cinayətləri və s. aiddir.

Bundan əlavə, 2017-ci il martın 7-də ATƏT nümayəndəsi tərəfindən diffamasiya işlərində kriminal sanksiyaların qoyulmasını tənqid edən "ATƏT regionunda Diffamasiya və Təhqirlə bağlı Qanunlar: Müqayisəli Araşdırma'' adlı hesabat[iii] təqdim olunmuşdur. Misal olaraq, hesabatda Andorra, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Monako, Niderland və Portuqaliyada rəsmi şəxsə qarşı edilmiş diffamasiya və/və ya təhqirə görə adi şəxsə qarşı edilmiş eyni hərəkətdən daha sərt cəzanın nəzərdə tutulduğu açıqlanır. Bu ölkələrdən Bolqarıstan və Fransa istisna olmaqla, hər bir dövlətdə azadlıqdan məhrumetmə mümkün cəza kimi göstərilir. Bu müddəalar isə beynəlxalq məhkəmələr və ATƏT-in nümayəndəsi tərəfindən müəyyən edilmiş prinsiplərə birbaşa ziddir. Belçika, Danimarka, Estoniya, Lüksemburq, Malta, Polşa, San Marino və Vatikanın qanunvericiliyində isə rəsmi iş zamanı rəsmi şəxslərə yönəlmiş təhqiredici hərəkətlərə görə cəzalandırılma ilə bağlı müddəalar mövcuddur.

"Freedom House'' QHT-si də "Mətbuat Azadlığı 2017'' adlı hesabatında[iv] əsas demokratik ölkələrdə mətbuat azadlığının son 13 il ərzində ən aşağı səviyyəyə enməsini tənqid edir. Misal olaraq, hesabatda terrorizmlə bağlı artan narahatlıqlar ətrafında bir çox demokratiyalarda, o cümlədən Britaniya, Fransa və Almaniyada üstünlüyü dinləmə mexanizmlərinə verən və sui-istifadəyə qarşı lazımi nəzarət mexanizmləri və zəmanəti təmin etməyən qanunların qəbul olunduğu göstərilir. Bundan əlavə, QHT-yə əsasən, ABŞ və Polşada son il ərzində siyasətçilər ictimai yayım kanalları üzərində siyasi təsirlərə əl atmaq və özlərinə dost olan özəl medianın reytinqini artırmaqla, əsas media orqanlarını təcrid etmək vasitəsilə xəbərləri öz istəklərinə uyğun formalaşdırmaq səyləri göstərmiş və ya bu səyləri artırmışlar.

Qeyd olunanlar aydın şəkildə göstərir ki, həmin ölkələrdəki hüquq pozuntuları birbaşa media fəaliyyətinin, ifadə azadlığının pozulması ilə əlaqədardır. Halbuki Azərbaycanda Mehman Əliyevin həbsi onun fəaliyyətinin "ifadə azadlığı'' sahəsi ilə əlaqədar deyil, əksinə qanunvericiliyin jurnalistik fəaliyyət ilə əlaqədar olmayan digər hökmlərinin pozulması ilə əlaqədardır. Hüquq dövlətində bir şəxsin hər hansı bir peşənin sahibi olması ona qanunlar üzərində heç bir imtiyaz və toxunulmazlıq vermir. Hər kəs hüquq qarşısında bərabərdir və fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə əməl etməklə mükəlləfdir. Bu mənada, Azərbaycana dərs verməyə çalışan dairələr yaxşı olar ki, əvvəlcə öz fəaliyyətlərinə nəzarət etsinlər və özləri nümunəvi olsunlar.

Azərbaycanda mətbuat işçilərinin fəaliyyətinə gəlincə, Dövlət Başçısı hər zaman onlara diqqət və qayğı göstərmiş, mütəmadi olaraq mətbuat orqanlarının borclarının silinməsi, eləcə də mətbuat işçilərinin sosial təminatlarının gücləndirilməsi, o cümlədən onların mənzillə təmin edilməsinə dair sənədlər imzalamışdır. Təsadüfi deyil ki, sonuncu dəfə, mətbuat işçilərinə mənzillərin paylanması zamanı Dövlət Başçısı mətbuat işçilərini özünün köməkçiləri adlandırmışdır.

Elə bu siyasətin davamıdır ki, Dövlət Başçısı humanizm prinsiplərini əsas tutaraq Mehman Əliyev tərəfindən ona ünvanlanmış müraciətə dərhal münasibət bildirdi və 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə bağlı olmayan alternativ cəza tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Sərəncamına uyğun olaraq hüquq-mühafizə orqanlarına Mehman Əliyevlə bağlı seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etdi. Yasamal Məhkəməsi isə həmin tövsiyəni nəzərə alaraq, M.Əliyev barədə həbs qətimkan tədbirini polis nəzarəti tədbirinə dəyişdirib və beləcə o azadlığa buraxılıb. Bu isə Azərbaycana qarşı qərəzli mövqedə olanların bütün planlarını alt-üst etdi.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...