THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropada türkofobiya meylləri yalançı demokratiya pərdəsi altında gizlədilir

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1677
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 aprel 2017 – Newtimes.az

Günümüzdə baş verən hadisələr bir daha göstərir ki, Avropa orta əsrlər təfəkküründən irəli gedə bilməmişdir. Müasir dövrdə Avropanın modernləşmənin və qloballaşmanın nüvəsi hesab olunmasına baxmayaraq, hadisələr təhlili göstərir ki, bu cür yanaşma yalnız Qərb dəyərlərinin bütün dünyaya vahid şablonlar çərçivəsində tətbiqinə əsaslanır. Hazırda özününkü olmayanların özgə hesab olunması və bu özgələrin müstəqil qərar və seçimlərinə hörmət edilməməsi Avropanın orta əsrlər təfəkküründən doğur. Belə ki, orta əsrlərdə "Qoca qitə” sakinləri yalnız xristian dəyərlərə inanır və bu dəyərlərdən kənar olan heç nəyi qəbul etmirdilər. Avropa "xristianlıq qalası” hesab olunurdu və bu məkanda ən böyük düşmən və ya rəqib kimi müsəlman türkləri görürdülər.

Əsrlər keçsə də bu təfəkkürün dəyişmədiyini demək mümkündür. Belə ki, son illər yerli əhalisi sürətlə qocalan Avropa ölkələri miqrant axınını öz gələcəkləri üçün əsas çağırış hesab edirlər. Miqrantların əksəriyyətinin müsəlman ölkələrdən olması Avropanı orta əsrlərdə olduğu kimi yenidən İslam dünyası ilə qarşı-qarşıya qoymuşdur. Sadəcə hazırda insan haqları, demokratik dəyərlər, tolerantlıq, dini və etnik dözümlülük kimi prinsipləri özünə şüar edən Avropa xristian olmayanlara münasibətdə bu prinsipləri yaddan çıxarır.

Azərbaycan da müstəqillik illəri ərzində Avropada müəyyən qüvvələr tərəfindən idarə olunan dairələrin əsassız ittihamları ilə qarşılaşır. Ən acınacaqlısı isə odur ki, bir sıra hallarda beynəlxalq və dövlətlərarası münasibətlərdə Avropa təsisatları dövlətlərin suveren hüquqlarına hörmət etmirlər. Hazırkı dünya nizamının, BMT-nin əsas şərti bütün dövlətlərin suveren hüquqlarına qarşılıqlı hörmət olmalıdır. Lakin təəssüf ki, Qərbin özünün yaratdığı bu dünya nizamında bəzən dövlətlərin müstəqil siyasət yeritmək, öz xalqının tələblərinə və istəyinə uyğun yaşamaq hüququna hörmət edilmir. Avropa Şurası Parlament Assambleyasının Türkiyənin yenidən monitorinq altına alınması ilə bağlı qəbul etdiyi qərar də bu qəbildəndir. Həm Türkiyə, həm Azərbaycan dəfələrlə Avropanın yerli xüsusiyyətləri nəzərə almadan vahid şablon standartların tətbiq olunması nəticəsində əsassız ittihamlarla qarşılaşmışlar. Ən narahat edici məqam isə odur ki, Avropa qurumlarının bu tələbləri səslənərkən müstəqil ölkələrin əhalisinin əksəriyyətinin rəyi ümumiyyətlə nəzərə alınmır.

Qeyd etməliyik, müstəqil dövlətlərin əhalisinin əksəriyyətinin dəstəklədiyi suveren hüquqlarına hörmət edilməməsi Avropa qurumlarının özünün gələcəyi üçün olduqca aktual çağırışdır. Bir faktı xatırlamaq da yerinə düşər. Bu yaxınlarda Macarıstan hökuməti Budapeştdə fəaliyyət göstərən Corc Sorosa məxsus universitetin bağlanması ilə bağlı qərar qəbul edib. Macarıstan hökumətinin ölkənin milli maraqlarını nəzərə alaraq qəbul etdiyi bu qərar ölkənin suveren hüququdur və daxili işidir. Bu qərardan sonra Avropanın bütün təsisatlarında qərarın siyasiləşdirilməsi, demokratiyadan geri çəkilmə, insan hüquq və azadlıqlarının qorunması kimi məsələyə aid olmayan geniş bir kompaniya başlanmışdır. Buna suveren dövlətin daxili işlərinə müdaxilədən başqa bir ad vermək mümkün deyil. Belə görünür ki, Avropa xalqlarından etnik mənşə baxımından fərqlənən və son illər öz xalqının istəklərinə uyğun müstəqil siyasət yeridən Macarıstan da özgə dəyər daşıyıcısı kimi qəbul olunur və bütün bu böhtan kompaniyalarının əsasında məhz bu faktor dayanır.

Avropa Şurası Parlament Assambleyasının "Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı qəbul etdiyi qətnamə də Avropanın türkofobiya düşüncəsindən irəli gəlir. AŞPA-nın insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətlə bağlı "dərin narahatlıqlar” "qaneedici şəkildə aradan qaldırılmayanadək” Türkiyəyə münasibətdə monitorinq prosedurunu yenidən bərpa etmək qərarı son illər regionda və dünyada güclü müstəqil siyasət yeridən qardaş Türkiyəyə qarşı siyasi təsir aləti və şantaj vasitəsi kimi qiymətləndirilməlidir.

Türkiyəni yenidən monitorinq altına almaqla bağlı qəbul edilən qərarı daha geniş mənzərənin bir hissəsi kimi nəzərdən keçirmək lazımdır. Şübhəsiz, bu qərar həm Avropanın "xristian klubu” anlamında öz daxilində, həm də qonşuları ilə əlaqələrində baş verən proseslərin nəticəsidir. AŞPA-nın bu qərarında son zamanlarda Avropada Türkiyəyə qarşı formalaşmış münasibət aydın şəkildə hiss olunur və bu da əslində həmin qərarın insan hüquqları, demokratiya kimi meyarlar əsasında deyil, sırf siyasi, hətta deyərdim ki, geosiyasi mülahizələr əsasında qəbul edildiyini göstərir.

Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvüdür və onun yaradıcılarından biridir. Türkiyənin Avropa Şurası ilə dərin əməkdaşlığı çərçivəsində bir çox siyasi islahatlar həyata keçirilib ki, bunun da nəticəsində 2004-cü ildə AŞPA Türkiyənin monitorinq prosedurundan çıxarılması haqda qərar qəbul edib. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın prezidenti kimi fəaliyyət göstərib. Əlbəttə ki, bütün bunlar Türkiyənin qurum daxilindəki nüfuzu, onun fəaliyyətinə verdiyi töhfənin göstəriciləridir.

Demokratik standartlara uyğunluq baxımından Türkiyə Avropa ölkələrindən geri qalmır. Əlbəttə, bütün bunlara baxmayaraq, Türkiyənin hələ də Avropa İttifaqına qəbul edilməməsi ayrıca bir mövzudur. Son referenduma gəlincə, 2016-cı ilin iyul ayında baş vermiş dövlət çevrilişi cəhdi və eyni zamanda terror hücumlarının artması Türkiyə dövlətçiliyinin və suverenliyinin müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından bir sıra addımların atılmasını zəruri edirdi. Belə bir şəraitdə, əhalinin istəyinə uyğun olaraq, dövlətin gələcək inkişaf yolunu müəyyən edən referendumun ən yüksək səviyyədə təşkili Türkiyə hakimiyyətinin demokratik ənənələrə sadiqliyinin sübutudur. Türkiyənin terrorçu kimi qəbul etdiyi şəxslərə "siyasi mühacir” statusu verən Avropa ölkələrinin bu məsələyə münasibəti isə ciddi suallar doğurur. Maraqlıdır ki, bir müddət əvvəl işğalçı Ermənistanda total korrupsiya və ciddi seçki pozuntuları şəraitində keçirilmiş parlament seçkilərində açıq-aşkar saxtakarlıq və qayda pozuntuları olsa da Avropa qurumları belə sərt qərarlar qəbul etmədilər.

Beləliklə, fikrimizcə, Avropada türkofobiya meylləri yalançı demokratiya pərdəsi altında gizlədilir. Avropa insan hüquqları, demokratiya kimi məsələlərdə standartları müəyyən etmək, digərlərini qiymətləndirmək hüququnu artıq itirib. Öz daxilində ultramillətçilik, şovinizm, islamofobiya kimi meyllərə qarşı mübarizə aparmaqda çətinlik çəkən, müxtəlif maraqlar çərçivəsində ayrı-ayrı ölkələrə fərqli yanaşan, ikili standartları rəhbər tutan Avropa bu məsələlərdə rəy vermək səlahiyyətinə malik olmamalıdır. Avropa dünyanı özününkü və özgələrə böldükcə bəşəriyyət daim böyük təhdidlər və problemlərlə üzləşəcəkdir. Hazırda Türkiyəyə qarşı Avropa qurumlarının bu yanaşması qərəzlidir və Azərbaycan qardaş Türkiyənin bu ədalət mübarizəsində daim yanındadır.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...