THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın peşəkar, yoxsa kirayəlik ordusu?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
869
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 aprel 2017 – Newtimes.az

Ermənistanda müdafiə naziri Viqen Sarkisyanın ideya müəllifliyi və Müdafiə Nazirliyinin təşəbbüsü ilə 20 aprel 2017-ci ildə "millət-ordu'' forumu keçirildi.[i] Viqen Sarkisyan müdafiə naziri postuna gətirilsə də hərbiçi deyil, mülki şəxsdir. Müdafiə nazirinin müavini işlədiyi müdətdə də heç bir xüsusi uğuru olmayıb. Ermənistan Prezidenti Serj Sərkisyana sədaqəti və bəlağətli danışmaqdan başqa heç bir fövqəladə xüsusiyyəti yoxdur. Bu sədaqət və bəlağətli danışması nəhayət onu müdafiə naziri postuna gətirdi.

Sarkisyandan əvvəl müdafiə naziri olmuş Seyran Ohanyan da müdafiə naziri təyin edilərkən Sərkisyana sədaqəti və peşəkar hərbiçi xüsusiyyətləri ilə önə çıxmışdı. Amma bu daha sonra Sərkisyan ilə ciddi fikir ayrılığına və nəyahət ötən ilin aprel ayından uğursuz hərbi əməliyyatlardan sonra Ohanyanın istefaya göndərilməsinə mane olmadı. Qeyd edək ki, Sarkisyandan fərqli olarak Ohanyan peşəkar zabit idi və Azərbaycan torpaqlarının işğal edilməsində iştirak etmişdi. Amma ötən ilin aprel ayındakı uğursuzluq onun sədaqətini və peşəkarlığını şübhə altına aldı və vəzifədən qovuldu.

Hər şeydən əvvəl qeyd edək ki, "millət-ordu'' konsepsiyası militarist dövlətlərin istifadə etdiyi bir metoddur. Ermənistanın son 25 illik xarici və təhlükəsizlik siyasətinə diqqət edilirsə, birmənalı olaraq militarist dövlət olduğu anlaşılır.

Prezident Serj Sərkisyanın da iştirak ediyi "millət-ordu'' forumunun əsas məqsədi ordunun ən əhəmiyyətli ünsürü olan, təməlini təşkil edən insan ehtiyatının azalmasının qarşısının alınması, dövlətin müharibə ritorikasının davam etməsi, ermənilərin müharibə ab-havasına köklənməsini təmin etməkdir.

Forumda müdafiə naziri Sarkisyan "Şərəf duyaram'' və "Bu mənəm'' adlı yeni iki ideya ilə çıxış edib.[ii] Bu ideyaların mahiyyəti nədir?

İlk baxışda ideyaların mahiyyəti tükənməkdə olan Ermənistan ordusunda islahatlar apararaq insan və maddi-texniki bazasının möhkəmləndirilməsidir. Əslində isə bu ideyalar peşəkar ordu quruculuğundan daha çox, kirayəlik ordu quruculuğu kimi xarakterizə edilə bilər.

"Şərəf duyaram'' adlı ideya Ermənistan ordusunun zabit heyətindəki çatışmazlıqların həll edilməsinə yönəlikdir. Buna görə, Ermənistanda dövlət və lisenziyası olan özəl universitetlərin tələbələri 2-ci kursdan 4-cü kursa qədər həftənin hər şənbə günü Vazqen Sarqsyan adına hərbi institutda hərbi hazırlıq dərsində iştirak etməlidir. Təhsillərini tamamladıqdan sonra onlara bakalavr diplomu ilə birlikdə leytenanat hərbi rütbəsi verilir. Bu tələbələr müqavilə ilə Ermənistan ordusunda 3 il xidmət etməlidir. Xidmətlərini bitirdikdən sonra isə magistr təhsilinə davam etmək üçün onlara maliyyə dəstəyi veriləcəkdir.

"Bu mənəm'' adlı ikinci layihə isə Ermənistan ordusunun əsgər heyətinin sayının sabit saxlanılmasını və ön cəbhədə xidməti nəzərdə tutur. Bu layihədə hərbi çağırışçılar iştirak edə bilər. Layihədə ön cəbhədə xidmətin xüsusilə qeyd edilməsi onu göstərir ki, Ermənistan ordusunda sadəcə zabit kadrları deyil, sıravi əsgər problemi də mövcuddur. Müdafiə Nazirliyi isə müxtəlif şirnikləndirici proqramlarla bu problemləri aradan qaldırmağa təşəbbüs göstərir.

Bu proqramda iştirak etmək istəyən çağırışçılar müqavilə əsasında üç il ön cəbhədə xidmət edəcək. Müqavilə əsasında xidmət etmək istəyənlər beş aylıq təlimdən sonra 1+1+2 formatında hərbi xidmətə başlayacaq. Əsgər hər ayın bir həftəsini evində, bir həftəsini hərbi hissədə və iki həftəsini isə ön cəbhədə olacaq. Xidmətini tamamladıqdan sonra isə sosial problemlərini həll etmək üçün hesabına müəyyən miqdar pul köçürüləcəkdir.

Bu hələlik ideyadır, Viqen Sarkisyan payızda bu layihəni Ermənistan parlamentinə təqdim edəcək.[iii] Ermənistan parlamentinin payız sesiyasında bu layihə gündəmə gətirilərsə, ciddi müzakirələr yaşana bilər. Xüsusilə baş nazir Karen Karapetyan və müdafiə naziri Viqen Sarkisyan arasındakı münasibətlər gərginləşə bilər. Çünki bu hökumət üçün əlavə maliyyə yüküdür və bu maliyyənin tapılması olduqca çətindir. Viqen Sarkisyan isə müdafiə naziri təyin olunduğu gündən baş nazir Karapetyana qarşı olan cəbhədə yer alır.

Hələ 2016-cı ilin noyabr ayında "Hərbi əməliyyatlarda yaralanan və ölən hərbçi ailələrinə kömək fondu'' adlı (Min dramlıq qanun layihəsi) qanun layihəsini Ermənistan parlamenti üç günlük müzakirədən sonra 17 noyabrda qəbul etmişdi.

Erməni mətbuatı bu qanun layihəsini yeni təyin edilmiş müdafiə naziri Viqen Sərkisyan tərəfindən təklif edildiyini qeyd edirdi. Ermənistanda yeni təyin edilmiş baş nazir Karen Karapetyan ölkənin çox ciddi iqtisadi problemlərlə qarşı-qarşıya qaldığını, 2017-ci ildə parlament seçkilərinin keçiriləcəyi ərəfədə belə bir qanun layihəsi təklifindən məmnun olmadığını bildirsə də, Karapetyan bu qanun layihəsinin irəli sürülməsinə və parlamentdə layihənin qəbul edilməsinə etiraz edə bilməmişdir.

Bütün bunlar onu göstərir ki, Ermnistan ordusu sadəcə maddi-texniki, silah-sursat təminində çətinliklər yaşamır, eyni zamanda ordunun əsgər və zabit heyətini də komplektləşdirməkdə ciddi problemlərlə qarşılaşır. Bu problemləri isə kirayəlik ordu qurmaqla həll etmək mümkün deyil.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] В Армении представлен проект срочно-контрактной службы в ВС, https://regnum.ru/news/society/­2265985.html, 20 апреля 2017.

[ii] Акоп БАДАЛЯН, Армейская революция Вигена Саркисяна http://www.lragir.am/index/rus/0/­comments/view/55159 20 Апреля 2017.

[iii] Минобороны РА осенью представит в парламент новый вариант службы в армии, http://www.­panarmenian.net/rus/news/238116/, 21 апреля 2017.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...