THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

KTMT-də yeni problemlərin başlanğıcı: Xaçaturov intriqası

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
771
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 aprel 2017 – Newtimes.az

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qurulduğu 15 may 1992-ci ildən etibarən təşkilatın baş katibi daima Rusiya vətəndaşı olub. Təşkilata üzv olan dövlətlər 2015-ci ildə baş katib vəzifəsinə digər dövlətlərin nümayəndələrinin də təyin edilməsi haqqında razılığa gələrək rus əlifbası əsasında dövlətlərin bu vəzifəyə öz namizədlərini təqdim etmələri haqqında qərar veriblər.[i]

Təxminən iki ildən çoxdur KTMT baş katibinin dəyişməsi, Ermənistan nümayəndəsinin təşkilatın baş katibi seçilməsi məsələsi müzakirə edilirdi. Ancaq müzakirələr hər dəfə nəticə vermirdi. Nəhayət, uzun müzakirələrdən sonra 14 aprel 2017-ci ildə Ermənistan nümayəndəsi general-polkovnik Yuri Xaçaturov baş katib vəzifəsinə təyin edildi və 2020-ci ilə qədər bu vəzifədə qalacaqdır. Digər üzv dövlətlərin nümayəndəsi isə rus əlifbası əsasında Xaçaturovu 2020-ci ildə əvəz edəcək.

Ermənistan nümayəndəsinin KTMT baş katibi seçilməsinin bu ölkənin adının rus əlifbasına görə birinci sırada gəlməsindən başqa fövqəladə bir üstünlüyü yoxdur. Ermənistan 1992-ci ildən bu təşkilata üzv olsa da, hərbi-siyasi baxımdan təşkilata olan ümidləri özünü doğrultmayıb. Hətta bəzən təşkilata üzv olan dövlətlər belə təşkilatın işindən narazılıqlarını açıq şəkildə dilə gətiriblər. Xüsusilə Ermənistanı ən çox narahat edən Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya istina olmaqla digər üzv dövlətlərin heç biri bu ölkəyə dəstək vermir, əksinə, Azərbaycanın mövqeyindən çıxış edirlər. Ermənistanın təşkilatdan gözləntiləri birbaşa onun təhlükəsizliyinin təmin edilməsi və qorunması, Dağlıq Qarabağ problemində hərbi və siyasi dəstək almasıdır. Amma bu günə qədər bir dəfə də olsun təşkilat üzvləri nə Ermənistanın təhlükəsizliyi, nə də Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana açıq dəstək verməyib.

2016-cı ilin aprel ayında Ermənistan ordusunun atəşkəsi pozaraq işğal altında olan Azərbaycan torpaqlarında genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra baş katib Nikolay Bordyuja verdiyi bəyanatda "Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətməsi isə onun vaxtından əvvəl vəzifəsindən ayrılması ilə nəticələndi.[ii] Maraqlıdır ki, Bordyuja daha sonra vəzifədən çıxarılmadan Dağlıq Qarabağ probleminin Ermənistana qarşı hərbi təcavüz kimi dəyərləndirmənin mümkün olmadığını bildirmişdir.[iii]

Son iki ildə baş katib vəzifəsinə Ermənistan nümayəndəsinin seçilməməsi bu ölkəyə psixolojik olaraq təsir edir, ictimai rəydə Ermənistanın bu təşkilata üzvlüyünün perspektivləri müzakirə edilirdi. Yeni təyin edilən Yuri Xaçaturov general-polkovnik rütbəsinə qədər yüksəlsə də, son illərdə erməni ictimai rəyində müzakirə və tənqid edilən biridir.

İrəvanın Nor-Nork əyalətinin inzibati binasının qarşısında yerləşən "Eyfe” adlı bilyard klubunun Xaçaturova aid olduğu bildirilir. Bəzi mənbələr 2016-cı ilin aprel ayında baş verən hadisələr zamanı Xaçaturovun bu klubda əyləndiyini qeyd edir. Eyni zamanda ötən ilin aprel ayında Madagiz alayının komandiri və Xaçaturovun yaxın qohumu olan polkovnik Arutyun Əmirxanyan döyüş bölgəsini tərk edərək Xankəndində dostları ilə qonaqlıqda olub.[iv]

Xaçaturovun hərbi karyerasında tənqid edilən bir məqam da "2016-cı ilin aprel hadisələri zamanı Azərbaycan ordusunun hərbi hissələrinin hərəkəti ilə bağlı məlumatı olmasına baxmayaraq bu barədə rəhbərliyə məlumat vermədiyi”nin müzakirə edilməsidir. Xaçaturov özü bu barədə jurnalistlərə məlumat verərək, Azərbaycan ordusunun hərbi hissələrinin hərəkəti ilə bağlı məlumatının olmadığını bildirmişdi.[v] Belə bir açıqlama verməsi isə onun idarəetmə qabiliyyətini və peşəkarlığını birbaşa şübhə altına alan bir hərəkətdir.

31 yanvar 2009-cu ildən Ermənistan ordusunun Baş Qərargah rəisi olan Xaçaturov ötən ilin aprel ayındakı hadisələr zamanı peşəkarlıqdan uzaq hərəkət etdiyi üçün 3 oktyabr 2016-cı ildə vəzifəsindən uzaqlaşdırılıb.

Ermənistan ordusunda adı korrupsiya və rüşvətdə hallanan Xaçaturovun təməlləri onsuz da sağlam olmayan KTMT-nin hərbi və siyasi problemlərini həll etməyə təcrübəsi və qabiliyyəti yoxdur. Önümüzdəki aylarda KTMT-yə üzv dövlətlərdən Xaçaturovun fəaliyyətinin yetərsiz olması haqqında şikayətlər daxil olarsa, bu heç kimi təəcübləndirməməlidir.

KTMT-yə istifadə müddəti bitmiş general-polkovnik yox, təşkilati bacarığı, qətiyyəti, təcrübəsi olan birinin baş katib olması qurumun strukturunun möhkəmlənməsinə səbəb olar. Xaçaturov kimi birinin bu vəzifəyə təyin edilməsi nə Ermənistanın, nə də üzv dövlətlərin marağına cavab vermir. Hətta bunu ermənilərin özləri də etiraf edir. Polittexnoloq Viqen Akopyan Xaçaturovun baş katib təyin edilməsini qələbə kimi görməyin yersiz olduğunu, təşkilatın ənənəvi siyasətində strateji dəyişikliklərə səbəb olmayacağını bildirib.[vi]

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Аза Бабаян, Stratfor: Для Минска и Астаны неприемлемо назначение представителя Армении на пост генсека ОДКБ http://rus.azatutyun.am/a/28226545.html, января 11, 2017.

[ii] Акоп БАДАЛЯН, Бордюжа разочаровал армян http://www.lragir.am/index/rus/0/comments/view/53054, 09 Января 2017.

[iii] Конфликт в Нагорном Карабахе не может рассматриваться как агрессия против Армении: Бордюжа http://ru.1in.am/1148037.html, 2016-04-26.

[iv] Денис Коркодинов, «Назначение Хачатурова генсеком ОДКБ – это попытка спасти имидж Саргсяна»   https://azeri.today/articles/4368/, 15 Апреля 2017.

[v] «Эти слухи – ложь»: глава ГШ ВС Армении Ю. Хачатуров не знал о передвижениях войск Азербайджана в начале апреля, http://www.panorama.am/ru/news/2016/05/28/, 28.05.2016.

[vi] Назначение Хачатурова на пост генсека ОДКБ не нужно переоценивать, http://www.yerkramas.org/article/118902/naznachenie-xachaturova-na-post-genseka-odkb-ne-nuzhno-pereocenivat, 16.04.2017

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...