THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fransa-Dağlıq Qarabağ problemi: vasitəçiyin iflası

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
786
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 27 mart 2017 – Newtimes.az

Ermənistanın 2016-cı ilin aprel ayında atəşkəs rejimini kobudcasına pozaraq hərbi əməliyyatlara başlaması ilə Azərbaycan ordusunun bu təxribatın qarşısını alması və hətta bir neçə strateji əhəmiyyətli yüksəkliyi geri almasından sonra Ermənistan və siyasi havadarları Azərbaycan ordusunun döyüş ruhu, intizam, milli birlik və bərabərlik ruhu, hərbi silah və sursat baxımından 1991-1994-cü illərdəki ordudan çox fərqli olduğu gerçəkliyini anladılar.

Bir ildir Ermənistan aprel hadisələrinin hərbi və siyasi nəticələrini həzm etməkdə çətinlik çəkir, qapı-qapı gəzərək havadarlarından siyasi və hərbi dəstək axtarır. Aprel hadisələri zamanı Rusiyanın mövqeyindən narazı qalan Ermənistan prezidenti Serj Sərkisyan üzünü Avropaya tutmuş, Almaniyaya səfərə gedərək kansler Angela Merkelin qarşısında dərsini bilməyən uşaq kimi əyləşərək, bu ölkənin Ermənistana yardım etməsi üçün ümidsizcə yalvarmışdı.

Minsk qrupunun həmsədr ölkələri də Ermənistanda yaşanan böhran zamanı onun yanında oldular. Aprel hadisələrindən sonra Dağlıq Qarabağ probleminin həll edilməsi müzakirələrində yeni nüanslar ortaya çıxdı. Fransa, ABŞ Ermənistanın mövqeyini dəstəklədi, Rusiya isə bir az da irəli gedərək Ermənistana "İskəndər'' zenit raket kompleksi verdi. Operativ taktiki silah olan "İskəndər'' raketinin Ermənistana verilməsinə Fransa və ABŞ səssiz qaldı, bölgə təhlükəsizliyini təhdid edən Ermənistana heç bir təzyiq etmədilər. Əksinə bu ölkə ilə siyasi və hərbi əməkdaşlığı genişləndirməyə təşəbbüs etdilər.

2017-ci ilin 8-9 mart tarixlərində Ermənistan prezidenti Fransaya rəsmi səfərə getmişdir.[i] Səfər zamanı Fransa prezidenti Fransua Oland ilə görüşən Sərkisyan tərəflər arasındakı iqtisadi, ticari və siyasi məsələləri müzakirə etmiş, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdır.

Dağlıq Qarabağ problemi müzakirə edilərkən Oland atəşkəs rejiminin pozulması halları üzrə təhqiqat mexanizminin tətbiq edilməsinin vacibliyini vurğulamışdır.[ii] Qeyd edək ki, Fransa daha əvvəllər də belə bir təhqiqat mexanizminin tətbiq edilməsini istəmiş, aprel hadisələrindən sonra isə bunda israr etmişdir. Oland ilk dəfədir ki, atəşkəsin pozulması zamanı məsuliyyətin hansı dövlətə aid olmasını aydınlaşdırmağı tələb etmişdir. Maraqlıdır ki, Minsk qrupu həmsədrləri son zamanlarda cəbhə bölgəsində atəşkəs pozularkən, dolayısıyla və ya birbaşa Azərbaycanı ittiham edirlər. Atəşkəsin qorunmasında Azərbaycan Ermənistandan daha çox maraqlıdır, buna bxmayaraq atəşkəs pozulduqda Azərbaycanın ittiham edilməsi vasitəçilik missiyası ilə üst-üstə düşmür.

Oland eyni zamanda atəşkəsi pozan tərəfə qarşı sanksiya tətbiq etməyin mümkünlüyünü dilə gətirib.[iii] Maraqlıdır ki, Azərbaycanın ərazilərini işğal edən Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiqindən danışılmadığı halda, indi atəşkəsi pozan ölkəyə qarşı sanksiya tətbiqi məsələsi gündəmə gətirilməyə çalışır. Burada isə sadəcə bir məqsəd var: Azərbaycanın ərazi bütövlüyünün bərpası yox, münaqişə zonasında hərbi əməliyyatların başlanmasının qarşısının alınması prioritet vəzifədir. Bu məqam Fransanın vasitəçilik missiyasının mahiyyətini başa düşməyə imkan verir.

Ermənistan mətbuatı Olandın Dağlıq Qarabağ probleminin həll edilməsi üçün müstəqillik haqqında referendum keçirilməsi və Dağlıq Qarabağ ətrafında beş rayonun qaytarılması planını təklif etdiyini bildirir.[iv] Olandın bu təklifi 25 il davam edən müzakirələrin və Madrid prinsiplərinin üstündən xətt çəkməkdən başqa bir şey deyil. Bu plan işğalçı və işğala məruz qalan tərəfi aydınlaşdırmır, Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılması deməkdir ki, bu, Azərbaycanın mənafeyinə cavab vermir. Azərbaycan dəfələrlə Dağlıq Qarabağ ermənilərinə ən yüksək statusda muxtariyyat verə biləcəyini bildirsə də, maraqlısı odur ki, təkcə Ermənistan deyil, Minsk qrupunun həmsədr dövlətləri də qondarma rejimə müstəqillik verilməsində israr edirlər.

Fransa və digər həmsədr dövlətlərin vasitəçilik missiyası siyasi reallıqlarla üst-üstə düşmür. Həmsədr dövlətlər tərəfsiz deyil və əsasən Ermənistanın maraqlarını qorumağa çalışırlar. Bu cür ikili münasibət əlbəttə Azərbaycan tərəfindən qəbul edilə bilməz.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Арам Саргсян, С какой повесткой Серж Саргсян едет во Францию?, http://ru.1in.am/1183260.html,

2017-03-05.

[ii] Арам Аматуни, Франция меняет акценты в Арцахском вопросе и расширяет игру, http://ru.1in.am/­1183669.html, 2017-03-09

[iii] Карабахский конфликт: Франсуа Олланд выступил за возможные санкции в случае противодействия миру: RFI, http://ru.1in.am/1183697.html, 2017-03-10

[iv] Tert.am: Референдум о независимости в Карабахе и возврат 5 районов - предложение Олланда, http://www.lragir.am/index/rus/0/country/view/54311, 12 Марта 2017

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...