THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Coğrafiyaçı Sərkisyan və ekoloq Abraamyanın "çay" söhbəti

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1328
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 9 fevral 2017 – Newtimes.az

İnsanın əsəblərini cilovlama bacarığı yaxşı xüsusiyyətdir. Hələ bu insan siyasətlə məğul olursa və hakimiyyətin zirvəsindədirsə, bu ikiqat yaxşı xüsusiyyətdir. Amma bəzi hallarda siyasətçilərin və liderlərin də əsəbləri qarşılaşdıqları bu və ya digər hadisə ilə bağlı tab gətirmir, fikirlərini obrazlı şəkildə ifadə edirlər.

2016-cı il Ermənistan üçün uğurlu il olmadı. Ermənistan rəhbərliyi aprel ayında demək olar ki, atəşkəs rejimini bütün cəbhə boyu pozaraq genişmiqyaslı hərbi əməliyyata başlamış, Dağlıq Qarabağ ilə bağlı müzakirələrdə şərtləri diqtə edən tərəf olmağa həvəslənmişdi, amma belə demək mümkünsə, "həvəsi qursağında qaldı''. Bu əməliyyat zamanı Ermənistan nəinki hərbi-siyasi baxımdan üstünlük əldə etdi, hətta bir sıra strateji əhəmiyyətli yüksəklikləri də itirdi. Əlbəttə, bu biabırçı məğlubiyyət Ermənistanın daxili ictimai-siyasi həyatından izssiz ötüşə bilməzdi və elə də oldu. Aprel məğlubiyyətinə və öklədəki hərc-mərcliyə etiraz edən Sasna Çrer silahlı qrupu iyul ayında Erebuni post-patrul alayına hücum edərək alay rəhbərliyini və polisləri girov götürdü. İki həftədən çox davam edən müzakirələrdən sonra silahlı qrup üzvləri təslim oldu. Bu ərəfədə baş rolda əlbəttə Prezident Serj Sərkisyan çıxış edirdi. Ölkənin baş naziri Ovik Abraamyan nə aprel hadisələri, nə də post-patrul alayının silahlı qrup tərəfindən girov götürülməsi zamanı ön planda olmadı, bəyanat və açıqlama vermədi. Sanki belə neqativ hadisələrin yaşanmasından məmnundu.

Bu hadisələr yaşanarkən Serj Sərkisyan ölkədə ciddi islahatların aparılacağını bildirdi. Girovların azad edilməsindən sonra son illərdə yaşanan iqtisadi və siyasi problemlərin həll edilməməsinə görə Sərkisyanın imici korlanmışdı və bunun qarşısı alınmalıydı. Baş nazir Ovik Abraamyanın bu proseslərdə sakit durması Sərkisyana onu "günah keçisi'' yerinə qoymağa və bütün uğursuzluqları onun üstünə yıxmağa imkan verdi. Sərkisyan bu fürsəti qaçırmadı. Abraamyanı istefaya göndərərək Rusiyada yaşayan və işləyən Karen Karapetyanı vətəndaşlara ''qurtarıcı'' kimi təqdim etdi. Əslində isə Karapetyanın əlində bir toxunuşla bütün problemləri həll də biləcək "sehirli çubuğu” yox idi və 100 günlük baş nazir fəaliyyəti bunu təsiqlədi. Ermənistan formal olarak oliqarx hökumətindən texnokrat hökumətinə keçdi. Ənənəvi iqtisadi və siyasi problemlərin heç biri həll edilmədi.

Baş nazir kreslosunu tərk edən Abraamyan bunu Sərkisyana bağışlaya bilməzdi və elə də oldu. Sərkisyan və yeni baş nazir təyin olunmuş Karapetyan mövqeərini gücləndirməyə çalışdıqca, Abraamyanın mövqeyi zəifləyirdi. İstefa etməsindən sonra bir müddət sakit duraraq ciddi vəzifə gözləyən Abraamyan, ona təklif gəlmədiyini gördükdə rəsmi olaraq hakim Ermənistan Respublika Partiyasından istefa edəcəyini açıqladı və 31 yanvarda ərizəsini yazaraq partiya sıralarından uzaqlaşdı.

Abraamyan tək başına Sərkisyanı narahat edəcək siyasi fiqur deyil, amma ana müxalifət Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Çarukyan ilə qudadır. Onunla birləşib ətrafına narazı siyasi dairələri də toplaya bilərsə, bu zaman Sərkisyan üçün problemlər yarada bilər. Abraamyan həm də hakimiyyətin "torbasında'' nələr olduğunu çox gözəl bilir.

Sərkisyan keçdiyimiz günlərdə Ermənistan Respublika Partiyasının iclasında son zamanlarda ölkədə yaşanan hadisələrə münasibət bildirərkən, hakim partiyadan ayrılmalar məsələsinə aydınlıq gətirmiş və belə demişdir: ''Bilirsinizmi, böyük çaylar bütün axımı boyu inkişafı təmin edir; həyat verir, çörək verir, su verir və ana çaydan-mənbədən ayrılan kişik çaylar qısa zamanda yenidən dolmur, sonra da quruyur. Bu təbiətin qanunudur və heç kim təbiətin qanunlarına qarşı çıxa bilməz. Biz idarə etməyə, tənzimləməyə çalışarıq, amma mahiyyət belədir, dəyişməz''[1] Sərkisyanın bəyanatını fəlsəfi və siyasi olaraq iki cür oxumaq mümkündür. Birincisi, bu bəyanat Abraamyan üçün təhdiddir, onun sahib olduğu geniş biznes şəbəkəsinin çökdürülməsi, siyasi imkanlarının məhdudlaşdırılması; ikincisi bu ana mənbədən ayrılan kiçik qoldan şikayət etməkdir. Şübhəsiz birinci amil daha çox inandırıcıdır.

Sərkisyanın bu bəyanatı KİV-də müxtəlif aspektlərdən geniş müzakirə edildi və hədəfin Abraamyan olduğu bildirildi. Abraamyan hakim partiyadan tamamən uzaqlaşandan sonra Sərkisyanın bu bəyanatını cavabsız qoymadı, feysbuk səhifəsindən verdiyi cavab belə oldu: ''Çay və qollarının müqayisə edilməsi yaxşıdır. Bu xoşuma gəldi. Ancaq unutmamalıyıq ki, ana çaylar kiçik qollardan əmələ gəlir. Sadəcə texnoloji zavodun suyunun çaya qarışması bəzi anlarda çayın deltasının pozulmasına və suyunun istifadəyə yararsız hala salmasına səbəb ola bilər...''[2]

Abraamyanın cavabını da eynilə Sərkisyanın bəyanatı kimi iki cür oxumaq olar. Birincisi, ana çaylar kiçik qollardan əmələ gəlir deməklə hakim partiyadan ayrılmaların davam edəcəyini bildirib; ikincisi çayın suyunun texnoloji zavodun suyu ilə çirkləndiyini bildirməsi, Karapetyanın baş nazir təyinatının uğursuzluğunu və hakimiyyətin çürüdüyünü ifadə etmək üçün istifadə edilib.

Ermənistanda parlament seçkiləri 2 apreldə, yəni yaz ayında keçiriləcək. Yaz aylarında dağlara yağan qar əriyir və sel fəlakətləri yaşanır. Bu sel ana çayın məcrasından daşaraq ətrafdakı hər şeyi sürükləyib apardığı kimi, kiçik çayların da axarını dəyişdirə və yeni qolların-kiçik çayların əmələ gəlməsinə səbəb ola bilir. Sel fəlakətinin erkən, yoxsa vaxtında baş verəcəyini isə parlament seçkilərindən əvvəl və yaxud sonra yaşanan hadisələr müəyyən edəcəkdir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[1] Куда текут партийные ''ручьи и сточные воды'' в Армении? https://eadaily.com/ru/news/2017/01/27/kuda-tekut-partiynye-ruchi-i-stochnye-vody-armenii, 27 января 2017.

[2] Овик Абраамян возражает Сержу Саргсяну http://ru.1in.am/1180076.html, 2017-01-27.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...