THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın miqrasiya problemi: ermənilər niyə köçür?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1017
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 fevral 2017 – Newtimes.az

Vətənsiz, ana yurdsuz qalmaq insanların sosial və siyasi psixologiyasına, həyatına bu və yaxud digər şəkildə təsir edir, vətənsizlik sindromunun nəticələri özünü büruzə verir. Bu məsələ ciddi sosioloji tədqiqat mövzusudur. Burada məqsəd geniş sosioloji tədqiqat aparmaq deyil, məsələni ermənilər nümunəsində qısaca tədqiq etməkdir.

1918-ci ildə qurulan eməni dövlətinin 21-ci əsrin əvvəllərinə qədər demoqrafik vəziyyətinin əslində pozitiv bir inkişaf yolu keçməsi lazım idi. Ancaq bir sıra amillərə görə bunun əksini müşahidə edirik.

Belə ki, Ermənistan dövlətinin yüz illər boyunca dövlətin qurulma prosesini addım-addım, təbii şəkildə yaşayaraq, keçərək deyil, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dünyada yaşanan geosiyasi dəyişikliyin, Birinci Dünya Müharibəsindən sonra qalib və məğlub dövlətlərin razılaşmaları nəticəsində qurulduğunu iddia etmək mümkündür.

Ermənistan əhalisinin sayının artması üçün bir neçə dəfə ciddi səy göstərib. 1918-20-ci illərdə hakimiyyətdə olan Daşnaqsutyun Partiyası İran və Türkiyə ermənilərinin Ermənistana gəlməsini təşviq edib. Buna paralel isə təxminən yarım milyondan çox azərbaycanlıya qarşı silahdan istifadə edərək onları tarixi torpaqlarından qovub. 1920-ci ildə Ermənistanda hakimiyyətə gələn bolşeviklər Azərbaycan, İran və Türkiyəyə qovulmuş azərbaycanlıların geri gətirilməsinə çalışıb. Bunun da əsas səbəbi əsasən azərbaycanlıların məşğul olduğu kənd təsərrüfatı və heyvandarlıq sahəsinin çöküşü olub.

Sovet Ermənistanı növbəti dəfə əhalinin sayını artırmaq üçün İkinci Dünya Müharibəsindən sonra əsasən Yaxın Şərqdə yaşayan erməniləri ölkəyə köçməyə təşviq edib, hətta belə demək mümkündürsə onları aldadıb. Amma Ermənistan hökuməti bu dəfə də yalnış siyasət həyata keçirərək 1948-53-cü illərdə təxminən 150 mindən çox azərbaycanlını deportasiya edib. Ermənistan dövləti üçüncü dəfə müstəqillik ərəfəsi və müstəqillik elan edildikdən sonra dünyanın müxtəlif dövlətlərində yaşayan erməniləri ölkəyə dəvət edib. Qeyd edək ki, bu zaman əsasən Dağlıq Qarabağ probleminə görə olduqca az sayda milliyyətçi və militarist düşüncəli erməni Ermənistana gəlsə də, bu, demoqrafik göstricilərə müsbət mənada  ciddi təsitr etməyib. 1988-90-cı illərdə Ermənistan hökuməti 250 mindən çox azərbaycanlını ölkədən silah gücünə çıxarıb və beləliklə dövlətin monoetnik strukturunu formalaşdırıb.

Ermənilər dünyada 6-12 milyon erməninin yaşadığını qeyd edir. Amma bu rəqəmlər dəqiq deyil. Ermənilərin əsas kütləsi Ermənistanda yaşamır. Rəsmi statistikaya görə Ermənistanın əhalisi 3 milyon 300 min nəfərdir. Amma bu rəqəmin doğru olmadığını həm ermənilərin özü, həm də beynəlxalq təşkilatlar etiraf edir. Bəzi mənbələr Ermənistanın faktiki əhalisinin 1,5 milyon nəfər olduğunu bildirir. Əslində müstəqillik sonrası Ermənistan əhalisinin bir hissəsinin Dağıq Qarabağ problemi və sosial-iqtisadi problemlərə görə ölkəni tərk etməsəydi, rəsmi statistikada göstərilən rəqəm doğru ola bilərdi.

Bilindiyi kimi, Rusiyada Ermənistan əhalisindən çox erməni yaşayır. Bunların bir qismi Rusiya vətəndaşı, bir qismi də mövsümlük və yaxud daimi işləyən insanlardır.

Ermənilərin ölkələrini tərk etməsinin səbəbləri nədir? Bu səbəbləri dövrlərə görə belə təsnif etmək mümkündür:

1990-2000-ci illərdə - Dağlıq Qarabağ problemi, ölkədə yaşanan sosial-iqtisadi çətinliklər, işsizlik, böyük sənaye müəssisələrinin fəaliyyətini dayandırması;

2000-ci illərdən bu günə qədər - demokratik dəyərlərin qorunmaması, insan haqlarının kobud şəkildə pozulması, sosial-iqtisadi çətinliklər, işsizlik, böyük sənaye müəssisələrinin fəaliyyətini dayandırması və Dağlıq Qarabağ problemi.

Göründüyü kimi miqrasiyanın səbəbləri əsasən dəyişməsə də, 2000-ci illərə qədər Dağlıq Qarabağ və sosial-iqtisadi problemlər miqrasiyanın əsas səbəbi idisə, bu tarixdən sonra bəşəri dəyərlər ön plana çıxmış, Dağlıq Qarabağ və iqtisadi problemlər yerini geriyə doğru dəyişmişdir.  

Ermənilər hələ də xaricə köçməyə davam edir. Rəsmi statistikaya görə. 2008-ci ilin yanvar ayından 2016-cı ilin dekabr ayına qədər 41 310 nəfər əsasən Avropa dövlətlərinə qaçqın statusu ilə müraciət edib. [1] Bura post-sovet dövlətlərinə köçən insanlar daxil deyil. 2016-cı ilin avqust-sentyabr aylarında Avropa dövlətlərindən qaçqın statusu tələb edən ermənilərin sayı 2008-2016-cı illərin orta aylıq statistikasından çox olub. Əgər 2008-ci ildə Avropa İttifaqı ölkələrinə qaçqın statusunda müraciət edən ermənilərin sayı ayda ortalama 385 nəfər idisə, 2016-cı ilin avqust ayında bu rəqəm 1110, sentyabr ayında isə 1185 nəfər olub. Aİ-nin Statistika Xidmətinin hesabatına görə, 20 yanvar 2017-ci ilə qədər qaçqın statusu almaq istəyənlərin 49 faizi qadın, 51 faizi kişi olub. Qaçqın statusu almaq üçün müraciət edənlərin 33 faizinin ortalama yaşı 35-64 yaşı olub. 18-34 yaşlı ermənilərin də böyük bir qismi ölkəni tərk edib, onların ümumu sayı 32 faiz təşkil edir.

Rəsmi statistikaya görə Robert Köçəryanın iqtidarı zamanı (1998-2008) 134.100 nəfər, Serj Sərkisyan iqtidarı zamanı (2008-2015) ölkəni geri dönməmək şərti ilə 297.700 nəfər tərk edib. Ümümən son 20 ildə rəsmi statistikaya görə 431.200 nəfər ölkədən gedib. Bura sadəcə daimi yaşayış üçün getdikləri ölkələrdə vətəndaşlıq alanlar daxildir. Ermənistan vətəndaşlığından imtina etməyən, amma son 25 ildə ölkəsinə dönməyən insanlarla birlikdə ölkəni tərk edənlərin sayının 1 milyondan çox olduğu təxmin edilir.

Ermənilərin ölkələrini tərk etməsinin sosial-iqtisadi və təhlükəsizlik səbəbləri ilə bərabər psixoloji amili də gözdən qaçırmaq olmaz. Ermənilər Ermənistanı vətən və ata yurdu olaraq görmürlər, dövləti idarə edənlərin səbatsız insanlar olması bu psixoloji vəziyyəti daha da dözülməz edir. Yüz illər boyunca dövlətləri olmayan, dünyanın müxtəlif bölgələrində rifah içərisində yaşayan  ermənilər, nədənsə, Ermənistanda yaşamaq istəmir və ilk fürsətdə ölkədən qaçmağa çalışır. Bəlkə də bu köçün əsas səbəbi psixoloji amildir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[1] Число беженцев в Европу из Армении утроилось после захвата здания ППС https://regnum.ru/news/­polit/2231066.html, 25 января 2017.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...
İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...