THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə
28 avqust 2018

Ölkə tarixində qadınların yüksək sosial statusa malik olduğunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Azərbaycan qadını hər şeydən öncə ana və ailənin tərbiyəçisidir. Müasir dövrümüzdə qadının, ümumiyyətlə, ictimai işlərdə fəal olması da mühüm şərt sayılır. Azərbaycanda bunun ən gözəl nümunəsi ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bu günlərdə ölkə ictimaiyyəti birinci xanımın doğum gününü qeyd etdi. İnsanların münasibəti göstərir ki, cəmiyyət Mehriban xanımın xeyirxahlığı, xoşməramlılığı ilə yanaşı, dövlətin idarə edilməsində, Prezidentin tapşırıqlarını yerinə yetirməkdə fəaliyyətini də yüksək qiymətləndirir. Mehriban xanım müasir dövrdə böyük əhəmiyyəti olan mənəvi-əxlaqi keyfiyyətlərlə dövlət xadimi olmağı üzvi şəkildə birləşdirə bilir. Bu məqamların fövqündə Mehriban xanım Əliyevanın fəaliyyətinə təhlili nəzər salmağa ciddi ehtiyac görürük.

Almaniya Kansleri Cənubi Qafqazda: Merkelin səfərinin geosiyasi çalarları

Almaniya Kansleri Cənubi Qafqazda: Merkelin səfərinin geosiyasi çalarları
27 avqust 2018

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin Cənubi Qafqazın hər üç ölkəsinə səfərini ekspertlər fərqli aspektlərdən qiymətləndirirlər. Burada əsasən təhlükəsizlik məqamına diqqət yetirilir. Lakin A.Merkelin Azərbaycan, Ermənistan və Gürcüstanda fərqli məsələləri müzakirə etdiyi də vurğulanır. Buna baxmayaraq, Almaniyanın "dəmir ledi"sinin bu ölkələrə yanaşmasında ortaq bir məqam da var. Kansler hər üç dövlətə ənənəvi "eyni qəlib" çərçivəsində yanaşdığını nümayiş etdirdi. Təəssüf ki, təcavüzkarla onun qurbanına yenə də eyni qəlibdə baxıldı. Lakin indi vəziyyət öncəki dövrlərdən xeyli fərqlənir. Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq aləmdə nüfuzu artır, Ermənistan isə geosiyasi və iqtisadi ziddiyyətlərin içində çapalayır. Bütün bunların fonunda A.Merkelin regiona səfərinin bir sıra geosiyasi və təhlükəsizlik aspektləri üzərində dayanmaq maraqlı olardı.

Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri: qarşıdurmalar güclənir

Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri: qarşıdurmalar güclənir
24 avqust 2018

Rəsmi İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır. Ekspertlər bununla bağlı apardıqları analizlərində maraqlı tezislər irəli sürürlər. Onların hər biri üçün xarakterik olan cəhət Cənubi Qafqazın müstəqilliyi sırf simvolik xarakter daşıyan, faktiki olaraq kənardan idarə olunan bu forpost ölkəsində siyasi ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. Əsl səbəbkar kimi Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması göstərilir. Məsələn, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi opponentlərə qarşı qərəzli davranmama, Rusiya ilə əlaqələrə zərər verməmə və s. kimi sözlərə əməl edilmir. Əvəzində, Ermənistanın siyasi səhnəsində yerliçilik meylləri daha da güclənir. Klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə adamları həbsə atırlar. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması və xarici siyasətdə fiaskoların artması ilə müşayiət olunur. Bu cür gedişat Ermənistanın siyasi mühitini hansı istiqamətlərə apara bilər? Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Azərbaycanın regional liderliyi: geosiyasi, nəqliyyat və logistika aspektləri

Azərbaycanın regional liderliyi: geosiyasi, nəqliyyat və logistika aspektləri
21 avqust 2018

Dünya miqyasında geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib ki, gənc müstəqil dövlətlərin suverenliyi və inkişaf perspektivləri ciddi nəzəri-praktiki problemə çevrilib. Mütəxəssislər bütün bunları nəzərə alaraq bir sıra dövlətlərin, məsələn, Ermənistanın müstəqil dövlətçiliyinin baş tutmadığını yazırlar. Onlar hesab edirlər ki, müstəqil dövlət quruculuğu çoxlu sayda ciddi faktorun vəhdəti sayəsində baş tuta bilər. Həmin çərçivədə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir. Şübhəsiz, məsələnin bu aspekti geniş araşdırılmalıdır. Çünki Azərbaycan özü üçün çox çətin olan geosiyasi mənzərəni ardıcıl atdığı addımlarla tamamilə yeniləşdirə bildi. Bir zamanlar Azərbaycanı qəbul etmək istəməyən böyük dövlətlər indi onunla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar. Bu səviyyəyə asan gəlinməyib. Ölkə rəhbərliyinin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursu əsas rol oynayıb. Müasir geosiyasi kontekstdə bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac görürük.

ABŞ-Türkiyə münasibətləri: reallıqlar və illüziyalar

ABŞ-Türkiyə münasibətləri: reallıqlar və illüziyalar
20 avqust 2018

Amerika administrasiyasının dünyanın bir çox ölkəsi ilə münasibətlərində gərginlik yaratmaqda davam etdiyini artıq mütəxəssislər etiraf edirlər. Onlar Prezident Donald Trampın "İlk öncə Amerika" tezisinin meydana gətirdiyi çətinlikləri qəbul etmək məcburiyyətindədirlər. Almaniya, Rusiya, Çin, Türkiyə, İran, Şimali Koreya və digər dövlətlərlə münasibətlərin böhrana uğradığı faktdır. Mütəxəssislər vurğulayırlar ki, burada başlıca hədəf Çindir. Çünki məhz bu ölkə Amerikanın dünya ağalığına qarşı ən ciddi təhlükədir. Bunun fonunda Vaşinqton digər böyük güclərə qarşı da bəzən məntiqi izahı çətin olan addımlar atmaqdadır. Bu bağlılıqda ekspertlərin diqqətini ən çox Türkiyə-ABŞ münasibətləri cəlb edir. Bu mövzu ətrafında çoxlu sayda spekulyativ tezislər irəli sürülür. Onlar əsasən Türkiyəni reallıqdan uzaq təqdim etməyə çalışırlar. Problemin daha geniş və dərindən analizi isə tamamilə fərqli faktları ortaya qoyur. Biz bu aspektdə ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin geosiyasi səbəbləri üzərində dayanmaq istərdik.

Amerikanın İran sanksiyaları və "Cənub qaz dəhlizi": Azərbaycan regionun iqtisadi və geosiyasi lideri kimi

Amerikanın İran sanksiyaları və "Cənub qaz dəhlizi": Azərbaycan regionun iqtisadi və geosiyasi lideri kimi
17 avqust 2018

Rəsmi Vaşinqtonun İrana qarşı sanksiyalar bərpa etməsinin əks-sədası davam edir. Bir sıra böyük dövlətlər, o cümlədən Avropa İttifaqı ölkələri çətin vəziyyətlə üz-üzə qalıblar. Hazırda supergüclər arasında bu sanksiyalarla bağlı müzakirələr davam edir. Avropanın bir sıra şirkətləri İranı tərk edirlər. Bəziləri isə bütün risklərə rəğmən, orada qalırlar. Rusiya ənənəvi olaraq bu sanksiyalara qoşulmur. Türkiyə-ABŞ münasibətlərində də İrana qaşı sanksiyalar daha təsirli rol oynamağa başlayır. Bütövlükdə Yaxın Şərq bu addımın ciddi təsiri altında düşməkdədir. Və bu, yalnız iqtisadi sahə ilə məhdudlaşmır. İndi ekspertlər təhlükəsizlik istiqamətində də gözlənilməz addımların ola biləcəyini istisna etmirlər. Bir sıra mətbu nəşrlər bu bağlılıqda İsrailin baş naziri Benyamin Netanyahunun gizli surətdə Misirə gələrək dövlət başçısı Əbdülfəttah əl-Sisi ilə görüşməsini vurğulayırlar. Bütün bu proseslərin fonunda Amerika Prezidenti Donald Trampın xüsusi qeydlə "Cənub qaz dəhlizi"ni sanksiyalardan kənarda saxlaması son dərəcə ciddi əhəmiyyət kəsb edən tarixi hadisədir. Mütəxəssislər bunun iqtisadi, siyasi, geosiyasi və təhlükəsizlik aspektlərini analiz edir, müəyyən proqnozlar verirlər. Biz məsələnin bu aspekti üzərində geniş dayanmağı lazım bildik.

Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri

Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16 avqust 2018

Uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar. Bu hadisəyə bir sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş verənlərə böyük maraq göstərdilər. Qərb mətbuatı əldə edilən razılıqları daha çox "siyasi mövqe"dən dəyərləndirməyə çalışır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrin bəzi nəşrləri Xəzərin hüquqi statusunun müəyyənləşməsini Rusiyanın böyük qələbəsi kimi təqdim etməyə cəhd göstərirlər. "The Guardian", "Le Monde", "The New York Times" və başqa nəşrlərdə imzalanan Konvensiyanın Moskvaya verə biləcəyi geosiyasi dividendlərdən bəhs edilir. Ancaq, bizcə, hadisə daha geniş kontekstdə əhəmiyyət kəsb edir. Onu hansısa bir region dövlətinin uğuru kimi təqdim etmək reallığa uyğun deyil. Bu məqamı nəzərə alaraq Aktau sammitinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və energetik əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı

Cənubi Qafqaz reallıqları: Aleksandr Duqinin ermənilərə cavabı
15 avqust 2018

Rusiyanın bir qrup siyasətçisi, analitik və ekspertlərinin Azərbaycana səfəri və sonra Cocuq Mərcanlıda keçirilən konfransda iştirakı geniş əks-səda doğurub. Ermənistan KİV-i və Rusiyanın bir sıra mətbu nəşrləri bu hadisəyə çox ekstremist reaksiya verib. Bir erməni jurnalisti həmin prosesin aktiv iştirakçılarından olan rusiyalı filosof və sosioloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqindən müsahibə götürüb. Əslində, bu, həqiqəti aydınlaşdırmaq məqsədi ilə götürülən müsahibə olmayıb, daha çox A.Duqini ittiham etmək məqsədi güdürdü. Ancaq rusiyalı filosof ustalıqla həqiqəti elə çatdırıb ki, qarşı tərəfin susmaqdan başqa yolu qalmayıb. Eyni zamanda, müsahibədə A.Duqin Cənubi Qafqazın geosiyasi mühiti üçün böyük əhəmiyyəti olan bir sıra fikirlər ifadə edib. Onları təhlil etməyə ciddi ehtiyac duyuruq.

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?

Dünya nizamı: liberalizmin iflası, yoxsa idarəolunan xaos?
14 avqust 2018

Bir çox ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri müasir dünya düzənini xarakterizə etməyə çalışırlar. Onların qiymətləndirmələri bir sıra hallarda kəskin fərqlənir. Bəzən bir-biri ilə daban-dabana zidd proqnozlar verilir. Bu cür vəziyyət hər şeydən öncə ona dəlalət edir ki, hazırkı dönəmdə qlobal dünya düzəni haqqında konkret mövqe yoxdur. Onun kökü isə dünyanın qarışıq və ziddiyyətli geosiyasi situasiyada olmasındadır. Mütəxəssislər bu kimi ziddiyyətlər kontekstində müasir dünyanın geosiyasi nizamını xarakterizə etməyə cəhd göstərirlər. O cümlədən geosiyasi termin kimi dəbdə olan "liberal dünya nizamı"nın özəllikləri haqqında fikir yürüdülür. Ümumiyyətlə götürdükdə, problemin bu aspekti asan izah edilən deyil. Onun üzərində daha geniş kontekstdə dayanmaq zərurəti vardır.

Azərbaycanın yeni keyfiyyətli inkişaf modeli: uğurların işığında

Azərbaycanın yeni keyfiyyətli inkişaf modeli: uğurların işığında
13 avqust 2018

Çağdaş dünyamızın mürəkkəb və ziddiyyətli prosesləri fonunda müstəqil dövlət quruculuğu böyük zəhmət və uzaqgörənlik tələb edir. Azərbaycan təcrübəsi bu baxımdan digərləri üçün nümunədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Prezident İlham Əliyev həmin kursu daim inkişaf etdirir və şəraitə uyğun olaraq yeniliklər həyata keçirir. Mütəxəssislər bu kontekstdə Azərbaycanda keyfiyyətcə yeni inkişaf modelinin reallaşdırıldığı qənaətindədirlər. Bu barədə Baş nazir Novruz Məmmədov hökumətin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı"nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə keçirilən iclasında fikir ifadə edib. Azərbaycan müstəqil dövlət quruculuğunun bütün istiqamətlərində əldə etdiyi nailiyyətləri davam etdirir və yeni keyfiyyətli inkişaf modelinin reallaşdırılmasına başlanıb. Bu prosesin daxili və xarici siyasət aspektlərində bir sıra mühüm məqamlarının geniş təhlilinə zərurət var.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Bu adam Erdoğan'a düşman
10 oktyabr 2018 Habertürk

Bu adam Erdoğan'a düşman

Daniel Pipes aynı zamanda Erdoğan'a da, Türkiye'ye de düşmandır.

Davamı...
Trade war set to be the United States' next foreign policy quagmire
24 sentyabr 2018 The Hill

Trade war set to be the United States' next foreign policy quagmire

History is littered with real wars, like those in Afghanistan, Iraq and Vietnam, that...

Davamı...