THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

ABŞ: vasitəçi, yoxsa təxribatçı?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3676
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 dekabr 2016 – Newtimes.az

Amerika SSRİ-nin süqutundan sonra təkqütüblü dünyanın hakimi rolunu oynayır. Əlbəttə, hələlik bu dövlətin iqtisadi, siyasi və hərbi gücünə çatan başqa bir dövlət yoxdur. ABŞ-ın 2017-ci il hərbi büdcəsi 582.7 milyard dollardır ki, bu da G8 dövlətlərinin tamamının hərbi büdcəsindən çoxdur.[i] Ehtimal edilir ki, ABŞ beynəlxalq terrorizmlə mübarizə üçün hərbi büdcəsini bir az daha artıra bilər.

ABŞ-ın eyni zamanda siyasi və hərbi olaraq da dünyanın hər yerində cərəyan edən hadisələrə müdaxilə etmək imkanı vardır və bu imkanlarından mütəmadi olaraq istifadə edir. Dünyanın hakimi rolunda çıxış edən ABŞ-ın ədalət anlayışı və beynəlxalq hüquq prinsiplərinə riayət prinsipi isə demək olar ki yoxdur.

Böyük dövlət sadəcə siyasi, iqtisadi və hərbi gücü ilə seçilmir. Bu zaman böyük dövlətin böyüklüyünü təsdiqləyən və bu böyüklüyün davamlılığını təmin edən anlayışlardan birincisi ədalət anlayışının olmasıdır və təssüf ki, bu anlayış ABŞ-da mövcud deyil. Amma ABŞ dünyanın aparıcı media orqanlarına nəzarət etdiyindən özünün ədalətli imicini yaratmaq üçün bütün mümkün təbliğat vasitələrindən istifadə edir. Hətta ABŞ hökuməti son İraq əməliyyatı zamanı beynəlxalq aləmə dezinformasiya yayan bir qurum belə qurmuşdu.

Məsələ nədir?

ABŞ-ın İrəvandakı sabiq səfiri Con Evans Konqresdə Amerika-Ermənistan dostluq qrupunun toplantısında belə deyib: "Məsələn, mən Ermənistanın yenidən müzakirə masasına oturması üçün Dağlıq Qarabağın müzakirələrə cəlb edilməsini şərt olaraq qoymasını qınamaram.”[ii] Evans "Bakının Dağlıq Qarabağı tanımadığı kimi onun nümayəndələri ilə müzakirə aparmadığını, amma Dağlıq Qarabağın çoxdan müstəqil siyasət həyata keçirdiyini” bildirib. Evans bununla Ermənistanı dəstəkləyir, ona müzakirə masasına oturmamaq cəsarəti verir. Hətta hansı yolla müzakirə masasına oturmaqdan imtina etmənin yollarını göstərir və ABŞ hökumətinin buna görə Ermənistana təzyiq etməyəcəyini bildirir.

ABŞ-ın Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsinə toxunan Amerika-Ermənistan dostluq qrupunun həmsədri Frenk Pallone qeyd edir ki, Kongres üzvləri bu məsələni yeni prezident seçilmiş Donald Trampın administarsiyasi ilə də müzakirə edəcək. Pallone Amerika-Ermənistan dostluq qrupunun iki partiyalı olduğunu, Kongresdə hansı partiyanın – demokratların, yoxsa indiki kimi respublikaçıların çoxluq təşkil etməsindən asılı olmayaraq, öz işinə effektiv davam edəcəklərini bildirib.

Dekabrın 6-da "The New York Times” qəzeti erməni əsilli məşhur amerikan yazıçısı Chris Bohjalianın müəllifliyi ilə Qarabağ münaqişəsi ilə bağlı birtərəfli və qərəzli köşə yazısı dərc etdi. Yazıda Dağlıq Qarabağ ermənilərinin separat tələblərinə haqq qazandırılır, Azərbaycanda insan haqlarının pozulduğu iddia edilir. Məsələ odur ki, "The New York Times” qəzeti problemi bir tərəfli işıqlandırır, Azərbaycanın mövqeyinə, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə, problemin həlli istiqamətində göstərdiyi təşəbbüslərə öz səhifəsində yer vermir.

ABŞ hökuməti də məsələyəvə tərəfsiz vasitəçi missiyası ilə yox, Ermənistanın yanında tərəfmiş kimi münasibət bildirir. Azadlığın dəstəklənməsi Aktına Azərbaycanın əleyhinə edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa yardım etməsini qadağan edir. Hər nə qədər bu düzəlişin icra edilməsinə ABŞ Prezidenti tərəfindən son illərdə hər dəfə qadağa qoyulsa da, tamamən aradan qaldırılmamışdır və bu, Azərbaycana qarşı təzyiq vasitəsi kimi dəyərləndirilə bilər.

ABŞ tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə vəsaitinin ayrılması məsələsi də diqqətdən yayınmamalıdır. Bunu demokratik dəyərlər, insan haqları ilə izah edən ABŞ hökuməti eyni "duyarlılığı” Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemində nümayiş etdirmir. Yəni ABŞ hökuməti bu qondarma qurumlara nəinki maliyyə dəstəyi ayırmır, Abxaziya və Cənubi Osetiya məsələsində açıq şəkildə Gürcüstanın, Dnestryanı problemində isə Moldovanın maraqlarından çıxış edir. Dağlıq Qarabağ problemində isə ABŞ hökuməti Azərbaycanın maraqlarını gözardı edərək, demokratiya, insan haqları pərdəsinə bürünərək böyük dövlət imicinə və ədalət anlayışına kölgə salır.

Azərbaycan dövləti əlbəttə bütün bu haqsızlığı, ədalətsizliyi, ikili münasibəti görür, aradan qaldırılması üçün siyasi və diplomatik yollardan istifadə edir. Amma ağı qara, qaranı ağ görmək istəyən biriləri varsa, bu mübarizə olduqca qarışıq proseslərdən keçməyə məcburdur. Bütün bu çətinliklərə rəğmən, Azərbaycan haqq səsini dünyaya duyurmaq əzmindən əl çəkməmişdir.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] ABD, Rusya nedeniyle 2017 savunma bütçesini dörde katladı!, http://www.aksam.com.tr/ekonomi/abd-rusya-nedeniyle-2017-savunma-butcesini-dorde-katladi/haber-486908, 04 Şubat 2016.

[ii] Эванс: Армения может потребовать участия Нагорного Карабаха в переговорах http://www.panar­menian.net/rus/news/227822/, 10 декабря 2016

 
Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...
Клоунада завершилась
29 iyul 2017 Lragir.am

Клоунада завершилась

Российский политический аналитик Модест Колеров заявил, что у Армении две перспективы на будущее: первая – быть в составе ЕАЭС или ЕС, вторая – не входить в интеграционные объединения.

Davamı...