THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Armen, sənin də yerinə səs verdim, narahat olma!

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1483
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 dekabr 2016 – Newtimes.az

Ermənistan parlamentinin səsvermə proseduru reqlamentində edilən dəyişiklik layihəsinə görə, parlament fraksiya rəhbəri razılıq əsasında digər deputatların da yerinə səs verə bilər.[i] Görünən odur ki, hakim Respublika Partiyası 2017-ci ilin birinci yarısında Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinə qədər özünə yumşaq meydança aramaq arzusundadır və bunu reallaşdırmaq üçün əlindən gələni edir. Təbii ki, bu layihə müəyyən sualları da bərabərində gətirir və erməni ictimai-siyasi rəyi bu sualları müzakirə edir:

− Fraksiya rəhbəri başqa deputatın yerinə necə səs verə bilər?

− Başqasının yerinə səs verməyə kimin haqqı var?

− Bu seçilən deputatların hüquqlarının məhdudlaşdırılması deyilmi?

− Seçilən biri (fraksiya rəhbəri), digər seçilən birinin (deputatın) yerinə necə səs verə bilər?

Xüsusilə müxalif deputatlar bu layihəni ciddi tənqid edir və parlamentin ruhuna əks olduğunu bildirirlər. Yeni layihəyə görə, deputat fraksiyanın fikri ilə razı deyilsə, fraksiyadan çıxarıla bilər. Fraksiyadan çıxarılan deputat başqa fraksiyaya üzv ola bilməz.

Məsələyə münasibət bildirən Erməni Milli Konqresi fraksiyasına mənsub Hrant Baqratyan ''Heç kim deputatı fraksiyadan uzaqlaşdırma haqqına sahib deyil, deputatın fikrinə hörmətlə yanaşmaq lazımdır'' demişdir.

Ermənistan Respublika Partiyası fraksiyasına üzv olan Vahram Mıkırtçyan səsvermə proseduruna təklif edilən dəyişiklikdə ezamiyyətdə olan deputatın yerinə fraksiya rəhbərinin səs verməsinin nəzərdə tutulduğunu qeyd etsə də, dəyişiklilər layihəsində ''deputat fraksiyanın fikri ilə razı deyilsə, fraksiyadan çıxarıla bilər. Fraksiyadan çıxarılan deputat başqa fraksiyaya üzv ola bilməz'' ifadəsinin yer alması hakim partiyanın dəyişikliyinin hansı istiqamətdə olduğunu göstərir.

Bu baxımdan Ermənistan ictimai, siyasi, iqtisadi həyatın hər sahəsində ''həqiqətən unikal'' dövlətdir. Belə ki:

− qonşu dövlətin torpaqlarını işğal edir, digərlərindən torpaq tələb edir, beynəlxalq hüququn əsas prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyünü tanıdığını deyir;

− ölkəsindən kənarda yaşayan ermənilərin hüquq və azadlıqlarının qorunması gərəkdiyini deyir, öz ölkəsində yaşayan milli azlıqların hüquq və azadlıqlarını kobud şəkildə pozur;

− heç bir şəkildə sübut edə bilmədiyi erməni ''soyqırımı'' ilə Türkiyəni ittiham edir, özü Xocalıda Azərbaycanlılara qarşı soyqırımı törədir;

− bölgədə ən demokrat dövlət olduğunu iddia edir, vətəndaşlarının fundamental hüquqlarını zədələyir;

− iqtisadiyyatının sürətlə inkişaf etdiyini deyir, 2016-cı ildə isə iqtisadi inkişafı sıfır səviyyəsindədir;[ii]

− ordusunun silahlanmasında maliyyə problemlərinin olmadığını deyir, vətəndaşlarından ''Hərbi əməliyyatlarda yaralanan və ölən hərbçi ailələrə kömək fondu'' adı ilə min dramlıq (təxminən 2,5 ABŞ dolları) vergi toplamaq haqqında qanun müzakirəyə çıxarır;

− "müstəqil dövlətəm, müstəqil daxili və xarici siyasət həyata keçirirəm'' deyir, baş naziri kənardan ''idxal'' edir.

Yəni bu dövlət əslində özündə olmayan hər şeyə sahib olduğunu iddia etsə də, kənardan ''kralın çılpaq'' olduğu bütün çılpaqlığı ilə görünür. Belə absurd iddia və nümunələri istənilən qədər artırmaq olar.

Ermənistan daxili ictimai-siyasi həyatında pozitiv mənada dəyişən bir şey yoxdur. 25 ildir müstəqilliyini elan edən Ermənistan bir neçə dəfə parlament və prezident seçkiləri keçirmişdir. Beynəlxalq müşahidəşilərin əksəriyyəti keçirilən seçkilərdə ciddi qanun pozuntularının olması haqqında məruzə hazırlamışdır.

Ermənistanın hakim partiyası 2017-ci ildə keçiriləcək parlament seçkilərinə məğlubiyyətlə nəticələnmiş aprel hadisələri, Sasna Çrer silahlı qrupunun Erebunidə polis alayına hücum edərək girov götürməsi, baş nazir Ovik Abraamyanın istefa verməsi, ciddi iqtisadi və sosial problemlərin müşayəti ilə gedir. Yeni təyin edilmiş baş nazir Karen Karapetyan da belə qısa zamanda fundamental problemləri həll edəcək imkana sahib olmadığı üçün hökumət inzibati-siyasi mexanizmlərdən istifadə edərək mövqeyini gücləndirməyə çalışır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Парламент легализует голосования «за того парня» http://www.lragir.am/index/rus/0/country/view/52491 29 Ноября 2016.

[ii] В Армении в 2016 году будет зарегистрирован нулевой рост экономики – Джрбашян http://www.lragir.­am/­index/rus/0/economy/view/52473, 28 Ноября 2016.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...