THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

TTİT haqqında danışıqların gələcəyi varmı?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2105
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 21 noyabr 2016 – Newtimes.az

Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTİT) fəaliyyətə başlaması ilə sözügedən layihə Avropa İttifaqı tərəfindən müxtəlif ziddiyyətli reaksiyalara səbəb oldu. Narahatlıq Avropa Komissiyasında və Avropanın özünün informasiyaya ümumi girişin yoxluğundan və danışıqların məxfiliyindən narazı olan əhalisi arasında da mövcuddur.

TTİT layihəsinə dair Fransa prezidenti F.Olland kəskin fikir bildirdi. O qeyd etdi ki, ölkə Birləşmiş Ştatlar tərəfindən irəli sürülən şərtlərlə layihədə iştirak etməyə hazır deyil və Fransa "heç vaxt özünün kənd təsərrüfatı, mədəniyyət və dövlət satınalmaları bazarına girişin qarşılıqlığı sahəsində prinsiplərini şübhə altına qoymayacaq".

Bundan başqa, bu ilin avqust ayında Almaniyanın iqtisadiyyat naziri Z.Qabriel rəsmən bildirdi ki, ABŞ və Avropa İttifaqı arasında TTİT haqqında danışıqlar bütövlükdə iflasa uğradı. Onun fikirlərinə görə, bu, birbaşa onunla bağlıdır ki, avropalılar artıq okeanın o tayındakı həmkarlarının nazı ilə oynamaq niyyətində deyillər.

Avropanın iri şirkətlərindən biri olan Stop TTİT-in fikrincə, əsas iddialar birbaşa ərzaq və ətraf mühit sahəsində standartların zəifləməsi, iş yerlərinin ixtisarı, əmək haqlarının səviyyəsinin aşağı düşməsi, danışıqların şəffaflığının yetərli dərəcədə olmaması və s.-lə bağlıdır.

Avropa İttifaqı dövlətlərində TTİT-ə qarşı çıxmaq üçün bir çox səbəblər var. Fransa, məsələn, TTİT razılaşmasının əsas opponentlərindəndır və TTİT-dən "azad" olan və ölkənin bütün ərazisini praktik olaraq tam örtən zonaların miqdarı, habelə Fransa hökumətinin ölkənin TTİT haqqında razılaşmanın indiki halında ona qoşulmağa razı olmamasını bildirməsi bundan xəbər verir. Fransa üçün qəbuledilməz məsələlər şərab və pendir növləri üçün coğrafi göstərişlərin müdafiəsinin azalması, ABŞ-dan Avropa İttifaqının yüksək standartlarına uyğun olmayan kənd təsərrüfatı məhsulu üçün girişinin sadələşdirilməsi ilə bağlıdır.

İtaliyada ən böyük narahatlıq zeytun yağının ayrı-ayrı növlərinin, pendir və ətin coğrafi göstərişlərinin müdafiəsi, həmçinin onların daha ucuz analoqlarının ABŞ-dan idxalının kəskin şəkildə artması ilə bağlıdır.

Alman istehsalçılarının da burada müəyyən maraqlarına toxunulur. Bunlara, məsələn, ət məmulatlarının və alkoqollu içkilərin coğrafi göstərişlərinin müdafiəsini aid etmək olar. Avstriya üçün neqativ nəticələr kənd təsərrüfatında məşğulluğun səviyyəsində öz əksini tapa bilər.

Əsas narahatlıqdan birinə sanitariya və fitosanitariya tədbirləri səbəb olur. Burada Avropa İttifaqı birmənalı şəkildə öz standartlarını qoruyub saxlamağa çalışır.

ABŞ dövlət satınalmaları məsələləri üzrə mövqeyinə yenidən baxmaqdan birmənalı şəkildə imtina edir və Avropa İttifaqı üçün əsas olan aşağıdakı məsələlər üzrə güzəştə getmək niyyətində deyil: dəmir yollarının inkişaf layihələri və şəhər tranzit hərəkəti layihələri bazarı, aviasiya təhlükəsizliyi sahəsində müqavilələr, Federal Mülki Aviasiya İdarəsinin satınalmalarına giriş. Bundan başqa, tərəflərin ekologiya və energetika sahəsində razılaşmaları da ciddi narahatlığa səbəb olur. Sızmış informasiyaya əsasən, energetika üzrə ibtidai fəsildə təkliflər Avropa İttifaqının iqlim dəyişikliyi ilə mübarizə siyasətinə zidd olub yenilənən elektrik enerjisi mənbələrinin inkişafını məhdudlaşdıracaq. Burada Avropa İttifaqına Birləşmiş Ştatlar tərəfindən göstərilən təzyiqin Avropa İttifaqının danışıqlarda mövqeyinin zəifləməsinə, tənqidin daha da kəskinləşməsinə və etiraz aksiyalarının yüksəlməsinə səbəb olacağından da narahat olanlar var.

Böyük Britaniyada hələ referendumdan əvvəl bütün ölkədə TTİT-dən milli səhiyyə xidmətlərinə aid olan müddəaların çıxarılmasına dəstək olaraq aksiyalar keçirilirdi. Böyük Britaniyanın əhalisi milli səhiyyə xidmətlərinin dövlətin tam nəzarəti altında qalmasında təkid edir.

"Brexit"dən sonra Böyük Britaniyanın İttifaqdan çıxması şərtləri məlum olmayınca, TTİT haqqında danışıqlarda irəliləyiş əldə etmək mümkün deyil. Bu proses isə bir neçə il davam edə bilər. Əsas məsələ Avropa İttifaqından çıxdıqdan sonra Böyük Britaniyanın İttifaqın vahid bazarına hansı giriş şərtlərini saxlayacağı ilə bağlıdır.

Yuxarıda göstərilənlərdən belə bir nəticə çıxarmaq olar ki, qloballaşma və inteqrasiya proseslərinin cərəyan etdiyi müasir dövrdə beynəlxalq səviyyədə ciddi razılaşmaları bağlamaq kifayət qədər mürəkkəb məsələdir. Bütün dövlətlər üçün prioritet ölkələrin birmənalı olaraq əməl etməli olduqları milli maraqlarıdır.

Flora Məmmədova

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...