THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mironovun İrəvan sərgüzəşti, yaxud Ermənistanın teatr oyunu

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3568
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 sentyabr 2016 – Newtimes.az

30 yaşlı Rusiya vətəndaşı, Sinezis kompaniyasında proqramçı işləyən Serqey Mironov məzuniyyətini həyat yoldaşı ilə birlikdə Ermənistanda keçirmək istəyib. Mironov 26 avqustda Zvartnoç hava limanında təyyarədən enib sərhəd nəzarətindən keçərkən, bu nəzarəti Rusiya hərbiçilərinin yerinə yetirməsinə baxmayaraq, çirkli pulların yuyulması və hərbi texnologiyanın qanunsuz verilməsi ittihamına görə ABŞ tərəfindən beynəlxalq axtarışa verilməsi səbəbindən saxlanılmışdır. Mironovun vəkili Karen Nersisyan İrəvan məhkəməsinin Mironova qarşı hələlik heç bir ittiham irəli sürmədiyini bildirib. Prokurorluq Mironovun müvəqqəti həbs edilməsini tələb etsə də, məhkəmə onu həbs etməmişdir. Prokurorluq məhkəmənin qərarından beş gün müddətində şikayət edə bilər və bu beş gün müddətində Mironov ölkəni tərk edə bilməz.

Ermənistan tərəfindən məsələ ilə bağlı verilən informasiyada Mironovun cari ilin may ayından etibarən ABŞ-da axtarışda olduğu bildirilir. Mironovun ABŞ cinayət məcəlləsinin silah ixrac edilməsi haqqında öncədən razılaşmanın pozulması, silah ixracına nəzarət qanununu pozmaya təşəbbüs etmək və çirkli pulların yuyulması ilə ittiham edilərək axtarışa verildiyini qeyd edilir.

Bəzi erməni mənbələri Mironovun ABŞ-ın tələbi ilə Ermənistanda saxlanılmasını Krım-Tatar Məclisinin vitse prezidenti İlmu Umarovun Rusiya tərəfindən həbs edilərək ruhi dispanserdə saxlanılmasına etiraz etməsi, onun azadlığa buraxılması tələbinin qəbul edilməməsi ilə əlaqələndirirlər.

Rusiya XİN rəsmisi Mariya Zaxarova isə hadisə barədə "Bunu Vaşinqtonun ovu olaraq adlandırmaq mümkündür. Hesab edirik ki, ABŞ bu hərəkəti ilə bütün beynəlxalq hüquq normalarını pozur...'' demişdir.

Mironovun vəkili bildirib ki, onu İnterpol vasitəsi ilə deyil, ABŞ prokurorluğunun təşəbbüsü ilə beynəlxalq axtarışa verilməsi beynəlxalq hüquq normalarına ziddir. Heç bir dövlət öz daxili qanunvericiliyinə görə kimsəni beynəlxalq axtarışa verə bilməz. Bunun üçün İnterpol vardır və sadəcə bu təşkilat vasitəsi ilə axtarışa verilənlər saxlanıla bilər. İnterpolda isə Mironov beynəlxalq axtarışda yoxdur.

Mironovun saxlanılması bəzi hüquqi sualları ortaya çıxarır. Birincisi, Mironovu ABŞ İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verməyibsə, onun həbs edilməsi tələbi hansı yollarla Ermənistan hökumətinə göndərilib? İkincisi, belə bir rəsmi tələb olubsa, Ermənistan hökuməti İnterpolun beynəlxalq axtarışa vermədiyi Mironovu ABŞ-ın tələbi üzərinə saxlamanın beynəlxalq hüquq normalarına zidd olduğunu heç bir dövlət məmuru düşünmədimi?

Əslində bu hadisənin hüquq müstəvisində dəyərləndirilməsinə heç bir əsas olmadığına görə siyasi müstəvidə dəyərləndirilməlidir.

Hadisə siyasi müstəvidə dəyərləndirildiyində belə bir mənzərə ortaya çıxır:

-Ermənistan hüquqi dövləti deyildir, ABŞ öz daxili qanunvericliyinə görə axtarışa verdiyi birini sırf Ermənistana gələcəyini bildiyi üçün onun saxlanılmasını tələb edib və saxlanılmasına nail olub.

-Ermənistanın sərhəd nəzarət xidmətini Rusiya sərhəd qoşunlarının nümayəndələri həyata keçirir və onların öz vətəndaşlarını ABŞ qeyri-qanuni axtarışa verib deyə saxlamaları inandırıcı deyil, burada heç şübhəsiz Ermənistan xüsusi xidmət orqanlarının rolu olmuşdur.

-Mironovun Ermənistana gəlmədən əvvəl Hindistana gedərkən saxlanılmaması bəzi sualları ortaya çıxarır. Belə ki, ya ABŞ Hindistandan onun saxlanılmasını tələb etməyib, ya da bu tələbi beynəlxalq hüquqa uyğun olmadığı üçün qəbul edilməyib.

-Ermənistan-Rusiya münasibətləri son 25 ilin ən ciddi böhran dövrünü yaşayır. Cari ilin aprel ayında Ermənistanın atəşkəsi pozaraq işğal etdiyi Azərbaycan torpaqlarında geniş miqyaslı hərbi əməliyyatlara başlaması və Azərbaycan ordusunun əks-hücuma keçərək bəzi bölgələrdə irəliyə gedərək nəzarəti öz əlinə almasından sonra Rusiyanın Ermənistana lazımi siyasi və hərbi dəstəyi verməməsi isteriyası hələ də davam edir. Hökumətin və müxalifətin nəzarətində olan KİV orqanları hələ də əvvəllər strateji əməkdaşlıq kimi dəyərləndirilən Ermənistan-Rusiya münasibətlərini müxtəlif aspektlərdən analiz edərək, Rusiyanı ittiham edirlər. Bu gün erməni ictimai rəyində bir nömrəli düşmən obrazı Rusiyadır.

-Aprel hadisələrindən sonra Ermənistan rəsmiləri və ictimai rəyi birdən-birə ayılaraq ölkədəki bütün strateji sənaye müəssisələrinin, enerji və nəqliyyat infrastrukturunun nəzarətinin Rusiyanın əlində cəmləşdiyini, Rusiyanın ölkələrində 102-ci hərbi bazasının  olduğunu gördülər.

-Onlar Rusiyanın Ermənistanın başqa dövlətlərdən müasir silah və sursat almasını qadağan etdiyini, özünün isə müasir silahları Ermənistana satmadığını, aprel hadisələrindən dərhal sonra Ermənistan ordusunun əks-hücum planlayaraq itirilmiş əraziləri geri almaq təşəbbüsünün Rusiya tərəfindən qarşısının alındığını bildirir; bunu "oğurlanmış qələbə” kimi təqdim edirlər.

-Rusiyanın Avrasiyaçılıq geosiyasət məktəbinin qurucularından olan Aleksandr Duqinin "Əgər Rusiya üçün belə çətin bir dövrdə Ermənistan Qərbdən dəstək almağa çalışırsa, o dağılacaq və Ermənistandan heç bir şey qalmayacaqdır. Ermənistan Qərbə lazım deyil'' ultimatumunu həzm edə bilməyən Ermənistan hökuməti və ictimai rəyi hələ də çaşqınlıq içindədir.

-Ermənistan son zamanlarda bölgə və beynəlxalq aləmdə baş verən geosiyasi dəyişiklikləri görmə, dəyərləndirmə və nəticə çıxarma bacarığını əhəmiyyətli dərəcədə itirib. Bu bacarığını itirməsi isə bir neçə ilin hadisəsi deyil, müstəqilliyini elan etdikdən sonra həyata keçirdiyi yanlış xarici, təhlükəsizlik və iqtisadi siyasətinin nəticəsidir və artıq ciddi şəkildə hiss edilir.

-Ermənistanın ABŞ-ın qeyri-qanuni tələbi ilə Rusiya vətəndaşı Serqey Mironovu hava limanında qanunsuz şəkildə saxlaması yuxarıda qeyd edilənlər fonunda tək tamaşaçı üçün səhnəyə qoyulmuş teatra bənzəyir. Ermənistan bununla Rusiyaya guya etiraz edir, müqavimət göstərir, onunla münasibətləri korlayaraq ABŞ ilə "oynamağa'' üstünlük verə biləcəyini bildirir.

Amma Ermənistan bu teatr tamaşasının uğurlu alınmadığını bilir, bunu bilsə də, məcburən oynamağa davam edir. Çünki Rusiya qarşısında oynayacağı başqa tamaşası qalmayıb.

Hatəm Cabbarlı,

Siyasi elmlər doktoru

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...