THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanda korrupsiya halları durmadan artır

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5743
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 avqust 2016 – Newtimes.az

Səfalətin getdikcə daha dərin kök saldığı Ermənistanda tüğyan edən korrupsiya bu ölkədə sosial gərginliyi davamlı surətdə artırır. Əhalinin Serj Sarkisyan iqtidarına qarşı narazılığının sözügedən kontekstdə yüksəlməsinə baxmayaraq, hakim komanda təmsilçiləri xalqın gözü qarşısında milyonlarını sağa-sola səpməkdə davam edir. Buna konkret misal kimi "Aykakan jamanak" qəzeti yazır ki, Ermənistanın sabiq Qanunların Baş İcbari İcraçısı vəzifəsini tutan ədliyyə general-mayoru Miqran Poqosyan Londonun mərkəzində bütöv bir binanı satın alıb.

İndi də Sarkisyana yaxınlığı ilə tanınan bu şəxs həmin binanı icarəyə verərək böyük miqdarda gəlir əldə edir. "Aykakan jamanak" yazır: "Londonda ev qiymətləri, icarə haqqı astronomik həddə çatır. Bəzi məlumatlara görə, Miqran Poqosyanın aktivləri, daşınmaz əmlakı, maliyyə vəsaitlərinin ümumi dəyəri 800 milyon dollar həcmində qiymətləndirilir".

"Transparency İnternational" Korrupsiya əleyhinə mərkəzinin direktor müavini Sona Ayvazyan qeyd edir ki, Ermənistan korrupsiya risklərinin çox yüksək olduğu 17 ölkə arasındadır. O, Ermənistan Müdafiə Nazirliyi sistemindəki korrupsiya halına xüsusi toxunub. Ayvazyan bildirib ki, müdafiə sahəsində korrupsiya ölkə iqtisadiyyatına mənfi təsir edir və belə hallar aprel hadisələri zamanı da məlum olduğu kimi minlərlə insanın həyatına son qoya bilər: "Araşdırma zamanı belə bir nəticəyə gəldik ki, müdafiə, milli təhlükəsizlik və daxili işlərlə bağlı parlament komissiyaları çox güclü deyil. Biz büdcə və hesabatların nə dərəcədə yaxşı idarə olunduğunu bilmirik. Faktiki olaraq müdafiə nazirliyi lazımi nəzarət olmadan istədiyi büdcəni əldə edə bilir, öz vəsaitlərindən istədiyi kimi istifadə edir. Daxili auditlə bağlı heç bir məlumat yoxdur. Əsgərlər lazımi informasiyalar əldə edə bilmirlər, onların arasında təbliğat aparmaq mümkün deyil. Öz seçimlərini ya komandirlərin təlimatı ilə, ya da bilmədən edirlər. Onlar hər şeyi heç də obyektiv göstərməyən İctimai Televiziyaya baxırlar və onlarda obyektiv fikir yaranmır".

Korrupsiya məsələsində daha bir qalmaqallı olay Ermənistanın maliyyə naziri Haqik Xaçatryanla bağlıdır. Erməni mediasının yazdığına görə, maliyyə naziri oğlanlarının hansı yolla ABŞ-da milyonlarla dollar dəyərində daşınmaz əmlak ala bildiyinə dair izahat verməkdən imtina edib. Bildirilir ki, jurnalistlər Haqik Xaçatryana oğlanlarının sahibkarlıq fəaliyyətini dəstəkləyib-dəstəkləmədiyi, sözügedən daşınmaz əmlakın alınması zamanı onlara kömək edib-etmədiyi barədə sual veriblər. Nazir bu suala da cavab verməkdən boyun qaçırıb.

O da qeyd olunur ki, maliyyə naziri ölkədə korrupsiya sisteminin əsas təşkilatçılarından biridir və bu məsələdə prezidentdən də tam dəstək alır. Bu mənada təsadüfi deyil ki, əvvəllər gömrük və vergi xidmətlərinin rəhbəri olan Haqik Xaçatryan artıq maliyyə naziri vəzifəsini tutur.

Ermənistanın "Hetq" nəşri nazirin oğlanları Qurgen və Artyomun 2010-cu ildə Los-Ancelesin Vestvud rayonunda 11 milyon dollara dəbdəbəli mülk aldığı, indi də həmin mülkü 35 milyon dollara satışa çıxardığı barədə məlumat dərc edib. Xaçatryan bundan sonra "Azatutyun" radiosunun sorğusuna belə cavab verib: "Mənim oğlanlarım Qurgen və Artyom Xaçatryanlar yetkinlik yaşına çatmış vətəndaşlardır və həm öz şəxsi həyatlarını, həm də sahibkarlıq fəaliyyətlərini özləri idarə edirlər. Oğlanlarımın sahibkarlıq fəaliyyətinin bəzi detalları mənə məlum deyil".

Baş nazir Ovik Abramyan "Hetq" nəşrində yayılan məlumatla bağlı bildirib: "Mən o yazı ilə tanış olmağa imkan tapmamışam. Tanış olandan sonra fikrimi bildirərəm". Nəqliyyat və rabitə naziri Haqik Beyləryan isə qeyd edib: "Haqik Xaçatryan buradan iki addımlıqda işləyir, onun özünə müraciət edə bilərsiniz. Bu ona bənzəyir ki, mən sizə jurnalistlərin reketliyə görə həbsi barədə sual verim və xahiş edim ki, korrupsiyalaşmış jurnalistlərlə necə mübarizə aparılır".

Fövqəladə hallar naziri Armen Yeritsyan da cavab verə bilmədiyini və sualın maliyyə nazirinin özünə verilməli olduğunu deyib. Təhsil və elm naziri Levon Mkrtçyan: "Bu sual təhsil sahəsinə aid deyil... İstənilən daşınmaz əmlak alma korrupsiya faktı sayılırmı? Nə vaxt aydınlaşar, onda da danışarıq. Mən səhv etmirəmsə, onlar biznesmendirlər” – deyib.

Erməni mediası yazır ki, əslində, Sarkisyan komandasının üzvlərinin böyük əksəriyyətinin xaricdə çoxsaylı daşınmaz əmlakı var. Elə prezidentin özünün də belə əmlaklara sahib olması inkar edilmir, sadəcə onlar dövlət başçısına yaxın şəxslərin adına rəsmiləşdirilir. Bu səbəbdən də digər məmurlar çəkinmədən xaricdə daşınmaz əmlaka milyonlar yatırır. Çünki nəticə etibarı ilə məmurlar hamısı korrupsiya sisteminin üzvləridir.

Elçin Cəfərov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...