THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Birləşmiş Krallığın "atom ledisi" – Tereza Mey

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4459
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 avqust 2016 – Newtimes.az

Birləşmiş Krallıq üçün 2016-cı il baş nazirin dəyişməsi ilə əlamətdar oldu. Artıq iyul ayında yeni baş nazir vəzifəsini Mühafizəkarlar partiyasının nümayəndəsi, hesabla ikinci qadın baş nazir olan Tereza Mey tutdu. Bu faktı qeyd etmək lazımdır ki, nə sabiq baş nazir Devid Kemeron, nə də indiki baş nazir Tereza Mey Britaniyanın Avropa İttifaqında üzvlüyünün tərəfdarı deyildirlər. Hər ikisi əmindir ki, Avropa İttifaqı Böyük Britaniyanın inkişafını tormozlayır və təşkilatdan çıxmaqla ölkə daha sərbəst və müstəqil siyasət apara, habelə iqtisadi rifah səviyyəsini yüksəldə biləcək. Öz bəyanatında T.Mey qeyd etdi ki, yeni hökumət ölkədə daha əvvəl keçirilmiş referendumun əsas nəticələrinin tərəfində olacaq.

Bir çox politoloqların fikrincə, Mey olduqca perspektivli baş nazirdir. Belə nəticəni çıxarmağa Meyin xidmət dəftərçəsi əsas verir. Bu, onun yüksək ixtisasından və Avropanın inkişaf etmiş dövlətlərindən birinin baş naziri vəzifəsinə hazır olmasından xəbər verir. Mey müxtəlif sferalarda işləyib: özünü bank işində göstərib, 1997-ci ildən etibarən isə siyasi fəaliyyətlə fəal məşğul olmağa başlayıb. Mey Nəqliyyat Nazirliyində, Ətraf Mühit, Mədəniyyət, Məşğulluq və Pensiyalar Nazirliyində, Ailə, Təhsil və Qadın məsələləri Nazirliyində işləyib, həmçinin 6 il müddətində daxili işlər naziri vəzifəsində də çalışıb.

Bundan başqa, T.Mey qadınların hüquqları uğrunda mübarizə də aparır. Yeni baş nazir bir neçə dəfə qeyd edib ki, Böyük Britaniyada qadınlar indiyə qədər kişilərdən daha az qazanır. Mey həmişə Britaniyanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindən çıxmasının tərəfdarı olub. O, bunu onunla izah edirdi ki, məhkəmə Britaniya parlamentinin əl-qolunu bağlayır.

T.Mey seçkiqabağı kampaniya dövründə gələcək fəaliyyət proqramı ilə bağlı nitq söylədi və elə bu nitq də onun Birləşmiş Krallığın yeni baş naziri seçilməsi üçün həlledici oldu. Böyük Britaniya siyasətçilərinin çıxışlarında xeyli vaxt idi ki, ölkədə ümumi vəziyyəti kökündən dəyişdirə bilən ciddi, qəti ölçü və ideyalar irəli sürülmürdü.

T.Mey qadınların hüquq bərabərliyini dəstəkləyir, həmçinin iddia edirdi ki, onun həssas rəhbərliyi altında Mühafizəkarlar partiyası zəhmətkeşlərin maraqlarını hədəf alacaq. Tereza Mey kifayət qədər qeyri-stabil bir dövrdə hakimiyyətə gəldi. O, bir çox məsələləri həll etməli, o cümlədən Avropa İttifaqına münasibətlə əlaqədar parçalanan mühafizəkarları birləşdirməlidir. Həmçinin Mey ölkənin təşkilatdan ən az itkilərlə çıxması ilə bağlı uzunmüddətli danışıqlar aparmağa da məcburdur.

T.Mey öz vəzifəsinin icrasına bu yaxınlarda başlasa da, 18 iyul 2016-cı il tarixdə o, artıq parlamentə özünün ilk müraciətini etmişdir. Müraciətin mövzusu Britaniyanın nüvə potensialının yeniləşdirilməsi proqramının bəyənilməsi ilə bağlı idi.

Bu yeniləşdirmə proqramı dörd atom sualtı gəmisinin – ballistik raket daşıyıcılarının tikintisini nəzərdə tutur. "Successor" adını almış sualtı gəmilərin layihələşdirilməsi üzrə əsas işlərə hələ 2011-ci ildə start verilmişdir. İndi işlər elə bir mərhələdədir ki, sadəcə parlamentin icazəsi lazımdır. Nəzərdə tutulduğu kimi, əksəriyyət yeni "Successor" layihəsinin maliyyələşdirilməsinə səs verdi. Daha dəqiq desək, 472 səs layihənin lehinə, 117 səs isə onun əleyhinə oldu.

Bu faktı da qeyd etmək lazımdır ki, Şotlandiya ərazisində (Klayd bazası) ingilislərin Ballsitik Raket Atom Sualtı Gəmiləri (BRASG) yerləşdirilmişdir. Şotlandiya müstəqillik əldə edərsə, dərhal BRASG-ın bu ərazidən çıxarılması məsələsi gündəmə gələcəkdir.

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Tereza Mey öz vəzifəsinin icrasına kifayət qədər çətin və qeyri-stabil bir vaxtda başlasa da, o, artıq irihəcmli layihənin reallaşdırılması üçün parlamentin dəstəyini qazana bildi. Mey öz qarşısında baş nazir vəzifəsində olacağı müddətdə reallaşdırmaq niyyətində olduğu çoxlu sayda hədəf və məsələlər qoydu.

Sözsüz, T.Meyin hakimiyyətdə olduğu dövrü bir çox tədqiqatçılar və politoloqlar həm Böyük Britaniyanın ilk qadın baş naziri M.Tetçerin, həm də indiki qadın dövlət və hökumət başçılarının, məsələn, A.Merkelin hakimiyyəti ilə müqayisə edəcəklər. Tereza Mey özünü güclü, dövlət qarşısında iqtisadiyyat, siyasət, habelə qlobal təhlükəsizlik sisteminin təmin edilməsi kimi sahələrdə qoyulmuş çoxsaylı məsələlərin həllinə düzgün yol tapmağı bacaran, aydın məqsədi olan siyasətçi kimi göstərməlidir.

Flora Məmmədova

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...