THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistanın miqrant problemində maliyyə dəstəyi hiyləgərliyi

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4286
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 15 aprel 2016 – Newtimes.az

Yaxın və Orta Şərqdə son illərdə baş verən məlum hadisələr bölgənin təhlükəsizlik mühitində ciddi problemlərə səbəb olub, milyonlarla insan yaşadığı yerləri tərk edərək daha təhlükəsiz dövlətlərə sığınmağa cəhd edir. Qeyri-rəsmi məlumatlara görə bölgəni təxminən 5 milyon insan tərk edib. Ən böyük miqrant axını isə Suriyada vətəndaş müharibəsinin başlamasından sonrakı dövrə təsadüf edir.

Regiondakı miqrant dalğasının ən böyük ağırlığını heç şübhəsiz Türkiyə çəkir. Türkiyədə təxminən 3 milyon miqrant var və onların sosial problemlərini həll etmək üçün indiyə qədər təxminən 10 milyard dollardan çox pul xərcləyib. Türkiyə böyük humanizm göstərir. Digər dövlətlərdən fərqli olaraq miqrant qəbul edərkən, din, irq, sosial status və millət ayrımı etmir, ölkəsinə sığınan hər kəsin təhlükəsizliyini təmin etməyə çalışır.

Bir neçə ay bundan əvvəl miqrant dalğasının kiçik bir hissəsi Avropaya çatdığında, Avropa dövlətləri bundan olduqca narahat oldu və miqrant axınının qarşısını almağa çalışdı. Əslində Türkiyə ilə uzun müzakirələrdən sonra müəyyən mənada bu problemi həll etdi.

Miqrant problemi bu gün də ön plandadır, çox az sayda miqrant qəbul edən dövlətlər bunu beynəlxalq ictimaiyyətə humanizm və insana verdikləri dəyərlə açıqlamağa çalışsa da, heç biri Türkiyənin təxminən 3 milyon miqranta ev sahibliyi etdiyi gerçəkliyini ifadə etmək cəsarətini göstərmədi.

Bu mövzu beynəlxalq ictimai rəyin diqqət mərkəzində olduğu üçün Ermənistan da bundan istifadə edərək, həm guya "humanist” dövlət olduğunu ön plana çıxarmaq, həm də hər hansı bir yolla Avropadan maliyyə dəstəyi almaq üçün hiyləgər bir yol seçdi.

Bəli, Suriya problemindən sonra bu ölkədə yaşayan ermənilərin bir qismi, Ermənistan rəsmi və dəqiq rəqəm göstərməsə də, təxminən 15 minə yaxın erməni Ermənistana gəldi. Bəzi erməni mənbələri isə bu rəqəmin 15-20 min arasında dəyişdiyini bildirir.

Birincisi, Ermənistana gələn miqrantların hamısı ermənidir. Digər etnik qrupdan olan miqrantların Ermənistana gəlməsinə imkan yaradılmayıb. Rəsmi İrəvan sadəcə etnik ermənilərin Suriyadan köçürülməsini təmin edib.

İkincisi, erməni mənbələrin verdikləri 15-20 min rəqəmi də inandırıcı deyil, belə ki, bu ölkəyə gələn ermənilərin bir qismi Ermənistandakı sosial-iqtisadi vəziyyətin müharibə yaşandığı Suriyadan heç də yaxşı olmadığını görərək, ölkəni tərk edərək Avropa və digər ölkələrə gedib. Ermənistan rəsmiləri ölkəyə gələrək daha sonra yuxarıda göstərilən səbəblərə görə ölkəni tərk edən ermənilərin statistikasını qətiyyən açıqlamır.

Belə ki, Ermənistanın diaspor naziri Qranuş Akopyan 11 fevral 2016-cı ildə verdiyi açıqlamada ölkədə 16 min Suriya ermənisinin yaşadığını bildirsə də,[i] 1 mart 2016-cı ildə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissarı Zeyd Raad ilə görüşərkən Ermənistana 20 min Suriya ermənisinin gəldiyini bildirib.[ii] Cari ilin 16 fevral və 1 mart tarixləri arasında isə Suriyadan yeni erməni miqrantların gəlməsi haqqında erməni mətbuatında heç bir informasiya yoxdur. Ermənistan XİN rəhbərinin miqrant sayını artırması ölkəsinin imicini yüksəltmək və maliyyə dəstəyi almaq məqsədi güdür. Bu saxtakarlıq isə dövlətə baş ucalığı gətirmir.   

Ermənistanın rəqəmlərlə oynamaq həvəsinin 100 illik təcrübəsi vardır. Qondarma erməni "soyqırımı''na məruz qalanların sayı 100 ildir həndəsi silsilə ilə artır və bugünkü son rəqəmə görə guya 2.5 milyon erməni qondarma "soyqırımı''na məruz qalıb. Hətta xəstə təfəkkürlü bəzi erməni tarixçilər bu rəqəmin 15 milyon olduğunu iddia edir.[iii]

Ermənistanın diaspor naziri Akopyan Suriyadan gələn erməni miqrantların sosial-iqtisadi problemlərinə toxunarkən, Avropa İttifaqı və ABŞ-dan yardım almadıqlarını, Küveyt, Avstrya və Rusiyadan kiçik maliyyə dəstəyinin təmin edildiyini bildirib. O, 1500 Suriya ermənisinin işlə təmin edildiyini, 150 nəfərə isə iş fəaliyyətinə başlaması üçün 1.5 milyon dollar kredit verildiyini bildirib.

Bütün bunlar onu göstərir ki, Suriyadan gələn ermənilərin təxmini sayının 10 mindən çox olmasına baxmayaraq, bu rəqəmi şişirdərək 20 minə çıxaran Ermənistan Avropa İttifaqı və ABŞ-dan maliyyə dəstəyi almağa çalışır. Təkcə Türkiyənin müxtəlif etnik, dini tərkibdə olan 2.5 milyon miqrant üçün dövlət büdcəsindən 10 milyard dollardan çox vəsait xərcləməsini diqqətə alarsaq, Ermənistanın maliyyə dəstəyi almaq üçün müxtəlif vasitələrə əl atması heç də əxlaqi bir davranış deyildir.

Hatəm Cabbarlı,

Siyasi elmlər doktoru


[i] В Армении проживает порядка 16 тысяч сирийских армян. http://www.armtoday.info/­default.asp?Lang=_Ru&NewsID=142098, 11.02.2016

[ii] Армения предоставила убежище более чем 20 000 сирийских беженцев: МИД http://regnum.ru/­news/society/2089277.html, 1 Марта 2016

[iii] Сурен Айвазян, История России: Армянский след, Изд. Крон Пресс, Moсква 2000, с. 466-467.

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...