THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avropa İttifaqı: daxili və xarici siyasətdə meyllər və fikir ayrılığı

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14759
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Müasir dünyada ABŞ və Asiya-Sakit okean regionu ilə yanaşı siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı son vaxtlar bu təşkilatın gələcəyi üçün əvvəlcədən proqnozlaşdırılmayan nəticələr verə biləcək bir sıra metamorfozlara məruz qalmışdır. Aİ-nin beynəlxalq arenada "imperiya” cəhdlərinin güclənməsi, beynəlxalq hüquq normalarının pozulması faktlarının getdikcə daha da artması, Avropa İttifaqının daxili siyasətinin humanitar tərkibinin məhdudlaşdırılması müşahidə olunur. Beynəlxalq hüquq normalarının pozulması 2011-ci ilin "ərəb baharı” adlandırılan hadisələrdə, xüsusilə Liviyada daha aşkar sübutunu tapmışdır.

Fransa və Almaniya rəhbərlərinin 2011-ci ildə irəli sürdükləri Avropada multikulturalizm ideyasının süqutu qitədə Avropanın bu yaxınlaradək öyündüyü ümumbəşəri dəyərlərin böhranını əyani şəkildə nümayiş etdirdi. Bu, son illər Fransada atılan bir sıra addımlarda, o cümlədən qaraçıların zorla deportasiyası, müsəlman qadınların hicab taxmasının qadağan edilməsi, üzdəniraq "erməni soyqırmı” haqqında qanunu təsdiq etmək cəhdi və s. faktlarda əyani təsdiqini tapmışdır.

Fransanın Avropa siyasətində və 2012-ci ildə Şengen zonasında qayda-qanun yaradılmasa, o cümlədən Avropa İttifaqı ölkələrinə qeyri-leqal immiqrantların daxil olmasının qarşısını alan mexanizm tətbiq edilməsə, Fransanın Şengen sazişindən çıxmağa məcbur olacağını bəyan edən N.Sarkozinin son çıxışlarında Avropa siyasətinin yeni meylləri parlaq təsdiqini tapmışdır. N.Sarkozinin fikrincə, Şengen məkanı siyasi yollarla tənzimlənməlidir. Bu isə öz öhdəliklərini yerinə yetirə bilməyən dövlətlərin Şengen zonasından çıxarılmasına imkan yaradacaqdır. Görünür, bütün bunlar gələcəkdə Şərqə doğru genişlənməyə, öz tərkibinə faktiki olaraq nə siyasi cəhətdən, nə də xüsusilə iqtisadi cəhətdən hazır olmayan, yetərincə mürəkkəb problemlərə malik Şərqi Avropa ölkələrinin daxil edilməsinə yönəldilmiş siyasətin strateji səhvləri ilə əlaqədardır.

Bu halda Aİ-nin geosiyasi ambisiyaları üstün gəlmiş və onun iqtisadi potensialının, o cümlədən vahid valyuta olan "avro”nun xeyli zəifləməsinə gətirib çıxarmışdır. Avrozonanın bir sıra ölkələrində, o cümlədən Yunanıstan, Portuqaliya, İspaniya, İtaliya və digərlərində baş verən ciddi böhranlar, bəzi ölkələrin Avrozonadan çıxmaq cəhdləri birləşmiş Avropanın ümumiyyətlə gələcəyini şübhə altına salır. Parisdə və Berlində artıq bu təşkilatın strukturunda dəyişikliklər etmək, Avropa İttifaqının daxilində qarşılıqlı münasibətlərin ikisəviyyəli formatına keçmək çağırışları səslənir.

Aİ-nin siyasətində ikili standartların tətbiqinin daha bir amili onun Türkiyənin bu təşkilata qəbul edilməsinə münasibətidir. Artıq 40 ildən çoxdur ki, Türkiyə Avropa İttifaqına daxil olamağa cəhd göstərir, təşkilat isə bütün mümkün və qeyri-mümkün tədbirlərlə bu prosesin qarşısını almağa çalışır. Şərqi Avropanın əksər ölkələrinin Türkiyəni qabaqlamasına baxmayaraq, o, öz növbəsini səbir və inadkarlıqla gözləyir. 2005-ci ilin oktyabrında Avropa İttifaqı, nəhayət ki, Türkiyə ilə danışıqlara başlamağa qərar vermişdir. Lakin hətta ən nikbin proqnozlara əsasən belə bu danışıqlar 2015-ci ildən tez başa çatmayacaqdır. Bütün bunlar sonda ona gətirib çıxaracaq ki, Türkiyə getdikcə qüvvətlənən Rusiya ilə yaxınlaşacaq və bu, öz növbəsində geosiyasi və geoiqtisadi baxımdan Avropa İttifaqına baha başa gələcəkdir.

İkili standartlar siyasəti Aİ-nin Cənubi Qafqazda münaqişələrə, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə əyani təsdiqini tapmışdır. Brüsseldə guya hər iki tərəfin bu münaqişəyə görə eyni dərəcədə məsuliyyət daşıdığını düşünərək, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsini, milyondan çox azərbaycanlı qaçqının və köçkünün olmasını, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini birmənalı şəkildə pisləyən və ondan Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini sanki görmürlər. Məgər bu, ədalətlidir?

Son illər Cənubi Qafqazda regional liderə çevrilmiş Azərbaycanın Avropa İttifaqı ilə əlaqədar siyasəti öz praqmatizmi və reallığı ilə fərqlənir. Azərbaycan Aİ ilə xüsusilə energetika sahəsində qarşılıqlı surətdə faydalı siyasi və iqtisadi münasibətlərin inkişafı istiqamətində addımlar atır. Həmin istiqamətdə Azərbaycanın mövqeyi Prezident İlham Əliyevin aşağıdakı fikrində birmənalı ifadəsini tapmışdır: "Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan energetika sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verməyə hazırdır”. Qarşı tərəf necə, buna hazırdırmı? İndi bu suala birmənalı cavab vermək çətindir.

Kamal Adıgözəlov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...