THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu

Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu
12 dekabr 2017

Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Onun həyat fəaliyyətində ibrətverici məqamlar kifayət qədərdir. Ulu öndərin irsinin dərk edilməsi özlüyündə çətindir. Lakin Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işləri təhlil edib geniş oxucu kütləsinə çatdırmaq dövlət əhəmiyyətli strateji məsələdir. Çünki Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi. Əvvəlcə Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, sonra isə dövrün tələblərinə yüksək dərəcədə cavab verən müstəqil demokratik dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı, Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın memarı və qurucusu kimi tarixdə yerini tutdu. Heydər Əliyev barədə dünyanın tanınmış şəxslərinin ifadə etdiyi fikirlər bir daha onun nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu təsdiqləyir. Ümummilli lider əsl məktəbdir, başqa xalqların həsəd apardığı dövlətçilik məktəbi! Heydər Əliyevin fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmağa böyük ehtiyac hiss edirik.

Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları

Dağlıq Qarabağ regional geosiyasət kontekstində: çaşqın Ermənistanın məntiqsiz addımları
08 dekabr 2017

Son zamanlar erməni KİV-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunan müxtəlif səpgili yazıların sayı artıb. Onlarda münaqişənin həlli kontekstində regional geosiyasətin bir sıra aspektlərinə nəzər salınır. O cümlədən ermənilərin regionun böyük dövlətləri olan Rusiya, İran və Türkiyənin geosiyasi əməkdaşlığının mümkün nəticələrindən narahatlığı ifadə edilir. Vəziyyətə bir qədər geniş miqyasda yanaşdıqda, rəsmi İrəvanın növbəti dəfə çaşqın duruma düşdüyü və məntiqsiz addımlar atdığı aydın görünür. Ermənistanın siyasi dairələri artıq anlayırlar ki, münaqişənin ədalətli həllindən başqa yol yoxdur. Məsələnin bu tərəfi üzərində bir qədər ətraflı dayanmağa ehtiyac görürük.

Ermənistanda hakimiyyət daxilində yeni savaş başlanır

Ermənistanda hakimiyyət daxilində yeni savaş başlanır
07 dekabr 2017

Konstitusiya dəyişikliklərindən sonra gələn ilin aprelindən Ermənistana baş nazir qismində kimin rəhbərlik edəcəyi indi işğalçı ölkənin gündəmində yer alan əsas məsələdir. Bu vaxta qədər indiki prezident Serj Sarkisyanın gələn ilin aprelindən etibarən baş nazir qismində ölkənin idarəsini davam etdirməsi üçün hazırlıq gedirdisə, indi ortaya müəyyən maneələrin çıxdığı məlum olub. Belə ki, indiki baş nazir Karen Karapetyan əvvəl hökumət başçısı postundan geri çəkilməyə hazır olduğunu bildirsə də, artıq mövqeyini dəyişib. O, bundan sonra da tutduğu vəzifədə qalmaq niyyətini bildirir və bu da Serj Sarkisyanın planları ilə tam ziddiyyət təşkil edir.

Beynəlxalq birlik hara gedir?

Beynəlxalq birlik hara gedir?
07 dekabr 2017

Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərmişdir. İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan biri Baş Katib Yaqlandın yuxusuna haram qatıb. O, elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində "insan haqlarının müdafiəçisi" bayrağı edərək, nəyin bahasına olursa olsun Azərbaycanı "cəzalandırmaq", Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Liviyada qul bazarı: Qərbin bunda məsuliyyəti nə qədərdir?

Liviyada qul bazarı: Qərbin bunda məsuliyyəti nə qədərdir?
06 dekabr 2017

Hər il dekabr ayının 2-si qul əməyinin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü kimi qeyd olunur. Bu tarix BMT-nin Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında 1949-cu il tarixli konvensiyanı (qətnamə 317(IV)) qəbul etməsi ilə bağlıdır. BMT-nin hesablamalarına görə hazırda dünyada 40 milyon insan köləlik şəraitində yaşayır. Lakin bu rəqəm klassik mənada quldarlığı deyil, onun müasir təzahürlərini ifadə edir. Ancaq 14 noyabr tarixində CNN telekanalında yayımlanan bir reportaj dünyanı silkələdi. Həmin reportajda Liviyada qara dərili bir gəncin sözün əsl mənasında qul bazarında tender yolu ilə 400 ABŞ dolları müqabilində satışı həyata keçirilirdi.

Ermənistanın növbəti ədabazlığı

Ermənistanın növbəti ədabazlığı
05 dekabr 2017

Dekabrın 2-də Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma "Artsax"la birgə təlimlər keçirildiyi bildirilib. Bu "miqyaslı" təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı. Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sarkisyana nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir.

Edvard Nalbandyanın "nalbəndlik" həvəsi

Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
04 dekabr 2017

Ermənistanın XİN rəhbərinin soyadı türkcədir – Nalbandyan, yəni nalbənd. Burada, əlbəttə, təəcüblü heç nə yoxdur. Ermənistanın ikinci prezidenti Robertin də soyadı türkcədir – Köçəryan. Ümumiyyətlə, ermənilərin bir çoxunun adı və ya əsasən soyadı türkcədir. Məsələn, Allahverdiyan, Pambıqçıyan, Emekçiyan (Çörəkçiyan) və s. Məsələ budur ki, Edvard Nalbandyan noyabr ayının ilk həftəsində İsrailə rəsmi səfərə gedib. Səfər zamanı iki ölkə arasında müxtəlif məsələlər müzakirə olunub. İki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələsi gündəmə gəlib. Ümumiyyətlə, Ermənistan və İsrail arasındakı münasibətlər bəzi erməni analitiklərin iddia etdikləri kimi heç bir zaman yüksək səviyyədə olmayıb. İsrail Ermənistan ilə münasibətlərdə daha təmkinlidir.

Anti-separatizmə Türkman nümunəsi

Anti-separatizmə Türkman nümunəsi
30 noyabr 2017

Qloballaşma proseslərinin cəmiyyətin bütün səviyyələrdə həyatına dərindən nüfuz etdiyi müasir dövrümüzdə ən böyük təhdidlərdən biri separatçılıqdır. Nə qədər paradoksal olsa belə nəinki, iqtisadi, siyasi və ya mədəni birliyə, hətta vahid dəyərlərin yaradılmasına yönəlmiş qloballaşma separatçılığın, bölücülüyün genişlənməsinə mane ola bilmədi. Görəsən yeni minillikdə bəşəriyyətin ən böyük başağrısına çevrilmiş separatçılığın həqiqi səbəbləri nədir? Niyə fərqli regionlarda və fərqli cəmiyyətlərdə separatçılığa fərqli yanaşılır?

Gürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?

Gürcü kilsələrinin erməniləşdirilməsi: məqsəd nədir?
28 noyabr 2017

Bu gün regionda mədəniyyət abidələrinin kimə məxsus olması məzmununda erməni və gürcülər arasında anlaşılmazlıq mövcuddur. Belə ki, Gürcüstanda fəaliyyət göstərən ermənilər gürcülərin kilsə və monastrlarını heç bir əsas olmadan özününküləşdirməyə çalışırlar. Erməni lobbisinin burada əsas məqsədi bütün vasitələrdən istifadə etməklə gürcü kilsələrini erməni kilsələrinə çevirməkdir. Buna bariz nümunə kimi dini fəaliyyətdən daha çox siyasi istiqamətdə fəaliyyət göstərən Erməni Apostol Kilsəsinin rəhbəri yepiskop Vazgen Mirzəxanyanın Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə 10 dekabr 2014-cü il tarixli məktubunda Gürcüstanın 442 kilsəsinin erməni kilsəsi olduğu haqqında iddiasıdır. Eçmiədzin kilsəsi bu vaxta qədər Gürcüstanın 5 kilsəsinə iddia edirdisə, indi bu rəqəm dəfələrlə artıb. Üstəlik əsassız iddialar sırasında vaxtilə ermənilər tərəfindən ələ keçirilib adları dəyişdirilmiş, Tbilisidə yerləşən Noraşen və Surb Nşan kilsələri də var.

Avropa İttifaqından Ermənistana ağır zərbə

Avropa İttifaqından Ermənistana ağır zərbə
27 noyabr 2017

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilən Birgə Bəyannamə işğalçı Ermənistana beynəlxalq birlik tərəfindən vurulan növbəti ağır zərbə oldu. Çünki sammitin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənib. Xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Xatırladaq ki, Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?
20 dekabr 2017 Росбалт

Почему россиян называют «оккупантами» в стране ЕАЭС?

В Армении разразился новый скандал из-за «самоуправства» пограничников РФ

Davamı...
Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...