THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Novruz Məmmədov: "Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır"

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
21683
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 aprel 2015 – Newtimes.az

"Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur".

Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda ''Avropa İttifaqı və onun qonşuluq siyasəti'' mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün dünyada müharibə ab-havası var: "Biz həm də gərək özümüzdən soruşaq. Nə üçün belə qısa müddətdə belə bir ab-hava özünü göstərir? 20-25 il ərzində beynəlxalq aləmdə beynəlxalq hüququn norma və prinsipləri yox, böyük dövlətlərin iqtisadi, siyasi, geosiyasi maraqlarının ortaya qoyulması belə bir vəziyyətə gətirib çıxardı. Əvvəllər dünyada 10-a yaxın qaynar nöqtə var idi. Bu gün isə 50-yə yaxındır. Bu elə-belə baş vermir''.

Novruz Məmmədov qeyd edib ki, geosiyasi oyunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı. Lakin bu vaxta qədər beynəlxalq hüquqa əsaslanan fikir söylənilmir: "Bu məsələ ATƏT-in Minsk qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk qrupu bu problemi həll edə bilməz''.

PA rəsmisinin fikrincə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ədalətli qərar olsa idi, ondan sonrakı münaqişələr də olmazdı.

Novruz Məmmədov Qərbi Azərbaycana qarşı qərəzli münasibətdə ittiham etdi: ''Bəli, Azərbaycanda da müəyyən nöqsanlar var. Amma onlara bu cür yanaşmaq düzgün deyil. Bizi daim təzyiq altında saxlamağa çalışırlar. Buna mətbuat, QHT-lər qoşulur, maliyyə dəstəyi də ayrılır. Azərbaycan bu gün nümunəvi sabitlik, inkişaf nümayiş etdirir. Burada demokratiya ilə bağlı müəyyən problemlər ola bilər. Amma onlara belə qərəzli münasibət bəsləmək doğru deyil''.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
09 iyul 2021 ANAJ

98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi

SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.

Davamı...
"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"
16 aprel 2021 Aravot-ru.am

"Azərbaycan, Rusiya və Türkiyə Ermənistanı müstəqil dövlət hesab etmirlər"

Ermənistan ayrıca bir subyekt kimi qəbul edilmir

Davamı...