THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müasir beynəlxalq siyasətdə "sanksiyalar": qarşılıqlı nokdaun?

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
248785
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 28 noyabr 2014 – Newtimes.az

Məlum olduğu kimi, müəyyən ölkələrə qarşı tətbiq olunan "sanksiyalar" beynəlxalq məsuliyyət hüquq münasibətlərindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edən dövlətlə (onun hansısa hissəsi ilə və ya müəyyən şəxslərlə) bağlı görülən icbari tədbirlərdir. Bununla belə, iqtisadi sanksiyalar sözdə qınaqdan daha sərt olan, lakin hərbi güc tətbiqindən daha yumşaq olan aralıq tədbirləridir. Onların tətbiqi barədə qərar həm ayrı-ayrı dövlətlər, həm də iri beynəlxalq strukturlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və s. tərəfindən qəbul edilir.

Beynəlxalq praktikada tətbiq olunan sanksiyalar çox müxtəlifdir. Bunlara kommersiya və ya ticarət (tam və ya qismən embarqonun qoyulması; texniki xidmətin dayandırılması); maliyyə (hökumətin xarici aktivlərinin blokadaya alınması; maliyyə bazarlarına çıxış imkanlarının məhdudlaşdırılması; maliyyə yardımının dayandırılması; dövlətin qanuna zidd hərəkətlərinə görə məsul olan fiziki şəxslərin aktivlərinin dondurulması, yəni həmin şəxslərə öz dövlətinin hüdudlarından kənarda yerləşdirilən aktivlərindən istifadənin qadağan edilməsi); hərəkətə dair sanksiyalar (müəyyən şəxslərə və ya qrup şəxslərə öz dövlətinin sərhədlərindən kənara çıxmağın qadağan edilməsi; rabitə vasitələrinin (əsasən hava rabitəsinin) hərəkətinə qadağa qoyulması aiddir.

Buraya həmçinin diplomatik (sanksiyanın obyekti olan ölkəyə görə tam və ya qismən diplomatik nümayəndəliyin əməkdaşlarının geri çağırılması, diplomatik vizaların ləğv edilməsi); idman və mədəni (idman yarışlarında sanksiyanın obyekti olan ölkəni təmsil edən şəxslərin iştirakına qadağa qoyulması; sanksiyanın obyekti olan ölkəni təmsil edən şəxslərin mübadilə və səfərlər yolu ilə iştirak etdiyi elmi-texniki və mədəni əməkdaşlığın dayandırılması); prosessual (səs hüququnun dayandırılması və ya məhrum edilməsi, beynəlxalq təşkilatların seçkili orqanlarında nümayəndəlik hüququndan məhrum edilməsi, beynəlxalq təşkilata üzvlüyə qəbul edilməməsi və ya ondan xaric edilməsi); səfərlərə qadağa qoyulması (yalnız dövlətin hüquqa zidd davranışına görə məsul olan fiziki şəxslər barəsində tətbiq olunur və həmin şəxslərə öz dövlətinin hüdudlarını tərk etməyə qadağa qoyulmasında öz ifadəsini tapır); silah tədarükünə embarqonun qoyulması (bütövlükdə dövlətə qarşı tətbiq olunur və digər dövlətlərə müxtəlif silah növlərinin tədarükünə qadağa qoyulmasında öz ifadəsini tapır) kimi sanksiyalar da daxildir.

Kompleks şəkildə tətbiq olunduqda, bu sanksiyalar "cəzalandırılan" dövlətin iqtisadi və hərbi-siyasi potensialını əsaslı şəkildə zəiflədə, ölkədaxili siyasi vəziyyəti destabilləşdirə bilir. Lakin son dövrün hadisələri göstərir ki, bu sanksiyalar öz daxili resursları və iqtisadi potensialı olan sanksiya obyektlərinə heç də həmişə kifayət qədər səmərəli təsir vasitəsi olmur. Rusiya və İran deyilənlərin əyani sübutudur.

Qərbin nüvə proqramına görə İrana qarşı son onilliklərdə tətbiq etdiyi sanksiyalar o qədər də səmərəli olmamışdır. Baxmayaraq ki, bu sanksiyalar atom, raket və hərbi məhsulların əhəmiyyətli hissəsini İrana ixrac etməyi, qaz, neft və neft-kimya sənayesinə birbaşa xarici investisiyaları qoymağı, zərif neft emalı məhsullarını ixrac etməyi, habelə İslam İnqilabını qoruyan ordu ilə - banklar, sığorta şirkətləri, maliyyə transaksiyaları ilə hər hansı əlaqələr qurmağı və bu ölkənin dəniz donanması ilə əməkdaşlıq etməyi qadağan edir. Bu sanksiyalar İran iqtisadiyyatı üçün müəyyən problemlər yaratsa da, gözlənilən səmərəni hələ ki, vermir.

Barəsində məlum Ukrayna hadisələrinə görə Avropa İttifaqı, ABŞ, Kanada və Yaponiyanın getdikcə artmaqda olan sanksiyalar tətbiq etdiyi Rusiyaya gəlincə, bu sanksiyalar sadəcə Rusiyanı öz daxili problemlərinə xüsusi diqqət yetirməyə, iqtisadi və hərbi potensialını daha da möhkəmləndirməyə sövq edir. Çox güman ki, ABŞ-dan fərqli olaraq, Aİ ölkələri ilk növbədə onların öz iqtisadiyyatında gözlənilən itkilərə görə Rusiyaya qarşı genişmiqyaslı maliyyə-iqtisadi sanksiyaları tətbiq etmək niyyətində deyildirlər.

Polşa XİN-in rəhbəri Radoslav Sikorski Amerika və Avropanın sanksiyaları arasındakı fərqləri bununla izah etdi ki, Avropa Rusiyaya məkanca daha yaxın olduğundan, iqtisadi problemlər zəruri olaraq Qərb ölkələrində də özünü büruzə verəcəkdir. Amerika isə bundan narahat olmaya da bilər. ABŞ və Rusiya arasında ticarət dövriyyəsi 40 mlrd. dollar həcmində dəyərləndirilirsə, Aİ və Rusiya arasında bu rəqəm düz 10 dəfə bundan çoxdur. Avropanın getdiyi riski və onun daha həssas olduğunu dərk edən ABŞ senatoru Kris Merfi hesab edir ki, "heç şübhəsiz, Avropaya Rusiya qazının tədarükü dayandırılarsa, bu, çox ağrılı olar. Amma, məsələn, Rusiyanın Almaniyadakı və ya Böyük Britaniyadakı aktivlərinin dondurulması bu ölkələrə zərbə vurar".

Beləliklə, sərt sanksiyaların tətbiqi nəticəsində cəzalandırılan ölkələrin diz çökdüyü vaxtlar artıq, görünür, keçmişdə qalmışdır.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...