THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dünyanın böyük dövlətlərinin hərbi potensialının artım dinamikası: odla oyun

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12562
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 oktyabr 2014 – Newtimes.az

Məlum olduğu kimi, dünya miqyaslı hər bir silahlı münaqişədən əvvəl potensial düşmən üzərində həlledici hərbi-siyasi üstünlüyə malik olmaq məqsədilə aparıcı dövlətlər eyni vaxtda öz hərbi xərclərini artırmağa başlayırlar.

Bu, dünya səhnəsində rəqabət aparan dövlətlərin Birinci və İkinci dünya müharibələri ərəfəsində hərbi potensialının artmasında özünü tam büruzə vermişdir. Hər iki müharibədən öncə qarşı-qarşıya duran hərbi-siyasi bloklarda birləşmiş böyük geosiyasi oyunçuların hərbi xərcləri sürətlə artmışdır.

1946-1991-ci illərin "soyuq müharibə" dövründə isə başda ABŞ olmaqla NATO və Sovet İttifaqı liderliyi ilə Varşava müqaviləsi ölkələri daim öz hərbi potensialını və hərbi xərclərini artırırdılar. Lakin kapitalist Qərblə kommunist Şərq arasında ideoloji antaqonizmin və geosiyasi rəqabətin kifayət qədər kəskin olmasına baxmayaraq, "nüvə dəyənəyi" ilə silahlanmış və qarşı-qarşıya duran hər iki tərəf bir-birinin hərəkətlərini proqnozlaşdıra bilirdilər. Paradoksal olsa da, dünya daha stabil və nisbətən daha proqnozlaşdırıla bilən idi.

Lakin XXI əsrin əvvəlləri dünya siyasəti üçün nəticələri çox vaxt bəlli olmayan "idarə olunan xaos" adını almış yeni bir hadisə ilə səciyyələnir. Böyük Yaxın Şərqdə və postsovet məkanının bir sıra regionlarında vüsət alan dramatik hadisələr bunun əyani sübutudur.

Ümumilikdə isə bu gün ABŞ, Çin, Hindistan və Rusiyanın müdafiə xərclərinin əhəmiyyətli şəkildə artması müşahidə olunur. Hərbi gücün ABŞ-ın xeyrinə asimmetrik şəkildə bölüşdürülməsi də mühüm geosiyasi amillərdəndir.

Bundan başqa, 1990-cı illərdə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Yaponiya müdafiə xərclərini azaldırdılarsa, 2000-ci illərdə bu xərclər əsaslı şəkildə artmağa başladı. Eyni zamanda, Almaniya və Fransa öz hərbi xərclərini 1990-cu illərin əvvəllərindəki səviyyəyə çatdırmasalar da, ABŞ və Böyük Britaniya bu səviyyəni xeyli ötüb keçmişdirlər.

Yaponiyanın müdafiəyə qoyduğu xərclərdə də cüzi dəyişikliklər baş vermiş, son onillikdə isə bu xərclər bir qədər azalmışdır.

Çində vəziyyət tamamilə başqa cürdür. Bu ölkə 1990-cı və 2000-ci illər ərzində öz hərbi xərclərini ardıcıl surətdə intensiv olaraq artırmışdır. Son iki onillikdə isə ÇXR-in hərbi potensialının göstəricisi yeddi dəfə artmışdır. Ölkə ABŞ-dan gözə çarpcaq dərəcədə geridə olsa da, dünyada ikinci yerə çıxmışdır.

Hindistanın hərbi xərclərinin dinamikası rejiminə görə Çininkinə yaxındır. Burada da ölkənin hərbi potensialının ardıcıl şəkildə artması müşahidə olunur. Bununla belə, hərbi xərclərinin həcminə görə Hindistan Çindən üç dəfədən çox geridədir.

Rusiyanın hərbi potensialının artım dinamikasına gəlincə, qeyd etmək lazımdır ki, burada da vəziyyət ilk vaxtlarda Qərbdə müşahidə olunan dinamikanı xatırladır.

"Soyuq müharibə" başa çatdıqdan sonra bu ölkənin müdafiə xərcləri azalmağa başlasa da, 2000-ci illərdə artıma doğru dönüş başlayır. Özü də bu, ABŞ və Böyük Britaniyada başlamış artımdan bir qədər sonra baş vermişdir. Hətta qlobal maliyyə böhranı və Qərbin Ukraynadakı hadisələrə görə sanksiyalar tətbiq etməsi fonunda belə Rusiyada müdafiə xərcləri artmaqda davam edir. Yaxın illərdə ABŞ, Çin, Hindistan, Rusiya və Böyük Britaniya kimi böyük dövlətlərin öz hərbi xərclərini daha da sürətlə artıra biləcəyi ehtimalı əsas risk amillərindən olacaqdır. Əgər bu prosesə bu və ya digər səbəblərdən Almaniya, Fransa və Yaponiya da qoşulsa, onda dünya çox təhlükəli tendensiyaya – planetin bütün aparıcı dövlətlərinin öz hərbi potensialını eyni zamanda artırması tendensiyasına yaxınlaşa bilər. Bu, həm də ona görə təhlükəli tendensiyadır ki, otuza yaxın ölkə ya artıq nüvə silahına malikdir, ya da bu məqsədə çox yaxındırlar.

Müasir dünya diplomatiyasının əsas vəzifəsi bəşər sivilizasiyasının tarixində sonuncu olacaq Üçüncü dünya müharibəsinin qarşısını almaqdan ibarətdir. Onsuz da Böyük Yaxın Şərqdə və Ukraynada, habelə dünyanın bir sıra münaqişəli bölgələrində hərbi-siyasi hadisələrin getdikcə daha da kəskinləşməsi istər-istəməz bunların nə zamanadək davam edəcəyi ilə bağlı suallar yaradır.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi
20 noyabr 2020 Россия 1

Paşinyanın lovğalığı Ermənistanın aldadılması ilə nəticələndi

Və Ermənistan ordusu darmadağın edildi.

Davamı...
Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı
15 noyabr 2020 Causeur, Fransa

Paşinyanın təslim olmaqdan başqa seçimi qalmamışdı

Əvvəlki atəşkəslərdən fərqli olaraq, indi hər şey müharibənin bitdiyini göstərir.

Davamı...