THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı

Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 aprel 2019

Cənubi Qafqazda geosiyasi vəziyyətin sadə olmadığı haqqında ekspertlər çoxdandır ki, fikir yürüdürlər. Onlar hesab edirlər ki, bu regionda getdikcə daha təhlükəli çalarlar alan risklərin təsir dairəsi də genişlənir. Belə bir gedişatın daha böyük geosiyasi məkanda yeni təhlükələr meydana gətirə bilməsi istisna edilmir. Bunun olmaması üçün isə region dövlətləri proqnozlaşdırılan, aydın və konstruktiv siyasət yeritməli, gərginlik yarada biləcək addımlar atmamalıdırlar. Ermənistan hakimiyyəti isə bunların heç biri ilə uzlaşmayan addımlar atmaqdadır. Məsələn, Ermənistan parlamentində Rusiyanın ünvanına təxribat xarakterli fikirlər səsləndirilib. Moskvanın bu regiondakı imkanlarını nəzərə alsaq, görərik ki, əslində, ermənilər mövcud vəziyyəti daha da çətinləşdirirlər. Onlar həqiqət deyil, təxribat, sabitsizlik və gərginlik axtarışındadırlar. Erməni deputatlar 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktının arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını deyib və Rusiya telekanallarının translyasiyasını dayandırmaq məsələsini qaldırıblar. Hər iki məsələ Moskvada əks-reaksiya doğurub.

Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan etibarlı tərəfdaşdır
23 aprel 2019

2018-ci il ölkəmiz üçün dinamik inkişaf ili oldu. Siyasi-diplomatik sahədə Azərbaycan öz mövqeyini daha da gücləndirərək beynəlxalq əlaqələrini bir qədər də möhkəmləndirdi. Sosial, ictimai, mədəni sahələrdə də yaddaqalan nailiyyətlər qazanıldı. Keçən il Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi uğurlu fəaliyyət xalqımız üçün böyük əhəmiyyətə malikdir. Bu müddət ərzində beynəlxalq aləmdə tərəfdaşlarımızın sayının daha da artması Prezident İlham Əliyevin beynəlxalq təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi önəm verməsinin nəticəsidir.

"Beşinci kolon": düşmən dəyirmanına su tökənlərin "tarixi" məsuliyyəti

"Beşinci kolon": düşmən dəyirmanına su tökənlərin "tarixi" məsuliyyəti
23 aprel 2019

Son vaxtlar meydana yeni bir iddia atılıb. Guya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmalı olan əməkdaşlıq sazişində ölkənin ərazi bütövlüyü məsələsi yer almayıb. Səbəbi isə Brüsselin Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsidir. Əlbəttə, ciddi düşünən insanlar üçün bu, sadəcə, gülüş mənbəyidir. Hansı dövlət ərazi bütövlüyünü tanımayan qurumla strateji əməkdaşlıq edər? Təbii ki, heç bir dövlət bunu etməz. Lakin bu yalanı yayan Ermənistanın çirkin ideoloji təbliğat maşınıdır və onu Azərbaycanda, çox təəssüf ki, tirajlamağa çalışan isə "beşinci kolon"dur. Faktlar göstərir ki, Aİ sənədlərində Azərbaycanın ərazi bütövlüyünü həm tanıdığını, həm də onun müdafiə olunması zərurətini dəfələrlə vurğulayıb. Bütövlükdə Aİ "Şərq tərəfdaşlığı"na aid sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını xüsusi qeyd edir. Bəs bu yalan haradan qaynaqlanır? Bu yalanı ölkədə yaymağa çalışan "sapı özümüzdən olan baltalar"ın tarix qarşısında məsuliyyəti varmı?

Zelenskinin qələbəsi: prezidentlik çox məsuliyyətli işdir!

Zelenskinin qələbəsi: prezidentlik çox məsuliyyətli işdir!
22 aprel 2019

Ukraynada prezident seçkisi artıq arxada qalıb. Gözlənildiyi kimi, şoumen Vladimir Zelenski qalib gəlib. Bir çoxları bu qələbəni ciddi hesab etmirlər. Teatr səhnəsi ilə siyasi səhnə arasında ciddi fərqlərin olduğunu deyirlər. Prezidentlik də şou deyil. Lakin reallıqdır ki, siyasi idarəçilik təcrübəsi olmayan Vladimir Zelenski Ukraynada prezident seçkisini uddu. Onu Avropa və Rusiya təbrik edib. Hər iki tərəf əməkdaşlığa ümid etdiyini bildirib. Bunun fonunda Vladimir Zelenskinin qələbəsinin Ukrayna üçün geosiyasi-hərbi aspektdə nələri ifadə etdiyi maraq doğurur.

Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər

Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
19 aprel 2019

Aprelin 15-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirələr aparıblar. Prosesdə Rusiyanın xarici işlər naziri də iştirak edib. Danışıqlardan sonra bəyanat yayılıb. Tərəflər bütövlükdə müzakirələri müsbət qiymətləndiriblər. Ekspertlər də müəyyən analizlər əsasında proqnozlar verməyə çalışırlar. Hiss olunur ki, bir sıra hallarda real vəziyyəti deyil, kimlərsə özlərinə sərf edən ssenariləri ortaya atırlar. Əslində, Moskva danışıqları Vyana görüşündə əldə edilən razılıqların məntiqi nəticəsidir. Onları bu kontekstdən çıxarmaq reallığı təhrif etməkdir. Vyanada isə müəyyən məqamlar öz əksini tapmışdı. Məsələn, danışıqlar formatı dəyişməzdir. Moskvada bunu inkar edəcək bir hadisə baş vermədi. Bundan əlavə, Azərbaycanın ərazi bütövlüyü vacib prinsip kimi nəzər alınmalıdır. Moskvada da bu barədə danışılıb. Eyni zamanda, bir sıra humanitar addımların atılması da gündəmdə olub. Bütün bunlar nazirlərin Moskva görüşünün real mənzərəsini yaratmaq baxımından əhəmiyyətlidir. Həmin bağlılıqda bu görüşün geosiyasi təhlili üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi

Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
18 aprel 2019

Qlobal dünya siyasətində sular durulmur. Geosiyasi güc mərkəzləri arasında mübarizə yeni çalarlar alır. Meydana yeni təhlükələr və risklər çıxır. Düşündürücüdür ki, siyasi liderlər vəziyyəti gərginləşdirməyə yönəlmiş üsullara daha çox üstünlük verirlər. Yəni siyasətçilərin niyyətlərinin də sabitliyə, sülhə nail olmaqla əlaqəli olmadığı təəssüratı yaranır. Bu baxımdan son dövrlərdə Yaxın Şərqlə bağlı baş verən iki hadisə diqqəti daha çox çəkir. Onlardan biri Vaşinqtonun patronajlığı ilə "ərəb NATO-su"nun yaradılmasına başlanması, digəri isə Suriyada böyük dövlətlərin geosiyasi maraqlarının yenidən toqquşmasıdır. Hər iki hadisəni birləşdirən ümumi cəhət regionda vəziyyətin gərginləşdirilməsidir. Həmin kontekstdə Yaxın Şərqdə yaranmış geosiyasi mənzərəni təhlil etməyə ehtiyac görürük.

Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər

Tariximizin xanlıqlar dövrünün qiymətləndirilməsinə və siyasi təhlilinə dair fundamental əsər
17 aprel 2019

Xalqımızın milli yaddaşında beşminillik dövlətçilik şüuru hakimdir. Azərbaycanın zəngin dövlətçilik tarixinin bəzi dövrləri dönüş nöqtəsi sayıla biləcək çox mühüm mərhələləri özündə ehtiva edir. Yəni, dövlətçilik tariximizdə taleyüklülüyü baxımından digər dövrlərdən fərqlənən siyasi dönəmlər – tarixi mərhələlər mövcuddur. Ona görə də milli dövlətçiliyimizin əsaslarına tarixi reallıqların işığında nəzər salmaq və obyektiv, rasional qənaətlərə gəlmək üçün sistemli elmi tədqiqatların aparılması zəruridir. Çünki Azərbaycanın zəngin dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Bütövlükdə, dövlətçilik tariximizin mötəbər elmi mənbələrə söykənərək obyektiv, rasional baxış əsasında öyrənilməsi - tədqiq olunması tarixi şüurun formalaşması və milli özünüdərk baxımından strateji əhəmiyyətə malikdir. Çünki tarixi şüur milli şüurun ən əsas komponentlərindən biridir.

Üçüncü vətəndaş müharibəsi: Liviyada xaosun geosiyasi konteksti

Üçüncü vətəndaş müharibəsi: Liviyada xaosun geosiyasi konteksti
17 aprel 2019

Yaxın Şərqdə diqqətlər Suriya və İraqda ikən meydana növbəti ixtilaf məkanı çıxdı. Bu, başıbəlalı Liviyadır. Müəmmar Qəddafinin devrilməsindən sonra bu müsəlman ölkəsi sakitlik və sabitlik bilmir. NATO-nun Liviyaya müdaxiləsi ilə başlayan daxili qarşıdurmalar zaman-zaman daha təhlükəli və riskli müstəviyə çıxır. İndi də feldmarşal Xəlifə Haftarın rəhbərliyi ilə bir qrup döyüşçü Tripolini zəbt etmək həvəsinə düşüb. Qəribəsi odur ki, burada kimin kim olduğu dəqiq bilinmir. X.Haftar və havadarları Milli Həmrəylik Hökuməti tərəfdarlarını terrorçu adlandırırlar, əks tərəf isə X.Haftarı terrorçu və separatçı hesab edir. Böyük dövlətlər isə hər iksinə dəstək verirlər. Belə çıxır ki, Liviyada onlar faktiki olaraq terrora yardım edirlər. Çünki savaşanlardan ya hər ikisi, ya da ən azından biri haqsızdır. Lakin indi buna fikir verən yoxdur və hər kəs döyüş meydanına baxır. Bunlar regionun böyük dövlətlərinin yeni geosiyasi qruplaşmalar yaratması fonunda baş verir. Geosiyasi müstəvidə məhz bu fakt diqqəti daha çox çəkir. Onun Liviyanı və bütövlükdə regionu hansı geosiyasi müstəviyə ata biləcəyi üzərində geniş dayanmaq yerinə düşərdi.

"Bibi" və "Beni": Knesset uğrunda iki liderin seçki savaşı

"Bibi" və "Beni": Knesset uğrunda iki liderin seçki savaşı
16 aprel 2019

İsraildə növbəti seçki arxada qalıb. Bu dəfə də Binyamin Netanyahunun liderlik etdiyi "Likud" partiyası qalib gəlib. Seçkidə çoxlu sayda qüvvələr iştirak edib. Ümumilikdə yarışa 40 partiya və blok qatılıb. Onlar arasında gərgin mübarizə müşahidə edilib. Əsasən indiki baş nazir B.Netanyahu (ona İsraildə "Bibi" deyirlər) ilə İsrail ordusunun keçmiş baş qərargah rəisi general Beni Hans (çoxları onu "Beni" adlandırır) arasında maraqlı mübarizə gedib. Hər iki lider eyni yerə, 35 mandata sahib olublar. Lakin B.Netanyahunu sağ təmayüllü partiyaların bloku müdafiə edir. Bu halda sağların toplam yeri 65 olur ki, bu da B.Netanyahuya hökuməti formalaşdırmağa tam imkan verir. Bu məqamları analiz edən ekspertlər İsraildə siyasi dinamikanı proqnozlaşdırmağa çalışırlar. İrəli sürülən tezislərdə ölkədə faktiki olaraq yeni siyasi mənzərənin yarandığı, bu vəziyyətin İsrailin regional və qlobal geosiyasətdəki yeri və rolu barədə müəyyən proqnozlar verməyə imkan yaratdığı vurğulanır. Həmin aspektdə İsraildəki seçkilərin nəticələrinin təhlili üzərində dayanmağa ehtiyac görürük.

Avropanı aldadan erməni siyasətçi: Paşinyanın AŞPA-da gülünc çıxışı

Avropanı aldadan erməni siyasətçi: Paşinyanın AŞPA-da gülünc çıxışı
15 aprel 2019

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün artıq bir neçə ildir ki, vahid format mövcuddur. Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun çətiri altında müzakirələr aparırlar. Münaqişənin tənzimlənməsi məqsədilə beynəlxalq hüquq normaları çərçivəsində konkret prinsiplər müəyyənləşib. Bu, Helsinki Yekun Aktına və Madrid prinsiplərinə əsaslanır. ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək" prinsipində vurğulanıb: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı... güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər". Ermənistan isə daim bu müddəanı arxa plana keçirərək, qeyri-konstruktiv addımlar atıb. Sonuncu dəfə baş nazir Nikol Paşinyan Strasburqda AŞPA tribunasından məhz bu bəndə aşkar hörmətsizlik göstərərək, yalanlar danışıb. Bu hadisə ilə bağlı bir sıra məqamların üzərində geniş dayanmağa ehtiyac duyduq.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...