THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Növbəti primitivlik: vizasız gediş-gəlişin ermənisayağı "analizi"

Növbəti primitivlik: vizasız gediş-gəlişin ermənisayağı "analizi"
26 iyul 2019

Dünya qloballaşır. Bir-birindən coğrafi olaraq çox-çox uzaqda yerləşən ölkələr arasında belə vətəndaşların sərbəst hərəkət etməsi istiqamətində addımlar atılır. Avropa İttifaqında məlum Şengen zonası mövcuddur. MDB daxilində vizasız gediş-gəliş vardır. Çoxlu sayda dövlətlər ikitərəfli qaydada vizasız gediş-gəliş tətbiq edirlər. Və bu proses getdikcə genişlənir. Bir neçə gün öncə Azərbaycan rəhbərliyi Türkiyə vətəndaşlarına qardaş ölkədə bir ay müddətində vizasız qalmaq hüququnun verilməsi barədə tarixi qərar qəbul etdi. Bütün normal insanlar bunu çox müsbət qarşıladılar. Lakin Ermənistan KİV-i və ekspertləri bunu sözün həqiqi mənasında çox bəsit şəkildə şərh edib qərəzli və məntiqsiz izahları ilə özlərini gülüş hədəfinə çevirdilər. Bir qədər geniş aspektdə yanaşdıqda isə, ermənilərin hansı səbəblərdən bu cür səviyyəsiz və qeyri-sivil düşündüklərinin səbəbləri aydın olur.

Sanksiyalar, yoxsa dialoq: Qərb-Türkiyə münasibətlərinin əsas sualı

Sanksiyalar, yoxsa dialoq: Qərb-Türkiyə münasibətlərinin əsas sualı
25 iyul 2019

Rusiya istehsalı olan S-400 "Triumf" zenit-raket komplekslərinin Türkiyə tərəfindən alınması ilə qlobal geosiyasətdə bir dalğalanma meydana gəlməkdədir. Amerika Konqresi Ankaraya qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edilməsinə çağırır. Pentaqon da Türkiyənin F-35-lərin istehsalı proqramından çıxarılmasından dəm vurur. Aydın görünür ki, Qərbi Türkiyənin təhlükəsizliyi qətiyyən maraqlandırmır. Və ya onun təhlükəsizliyini ancaq öz marağı çərçivəsində təsəvvür edir. Bu isə bütövlükdə vəziyyəti qeyri-müəyyənliyə doğru aparır. Türkiyə təbii ki, mövqeyini dəyişə bilməz. Qərb isə mövqeyini dəyişib Ankara ilə bərabərhüquqlu tərəfdaş kimi dialoqa getməlidir. Lakin bu tendensiya hiss edilmir. Bu səbəbdən gözləmək olar ki, ABŞ-Türkiyə münasibətləri bir müddət də riskli məqamlarla dolu olaraq qalacaq. Bunun fonunda dünyada hansı proseslərin cərəyan edəcəyi üzərində düşünmək lazım gəlir. Türkiyə-Rusiya münasibətləri də həmin kontekstdə maraq doğurur. Bütün bunlar problemin geosiyasi aspekti üzərində geniş dayanmaq ehtiyacını ortaya qoyur.

Putin və Fukuyama: siyasi-ideoloji reallığa fərqli yanaşmalar

Putin və Fukuyama: siyasi-ideoloji reallığa fərqli yanaşmalar
24 iyul 2019

Şübhə yoxdur ki, mədəniyyətlər əsrində ideoloji konseptlər ciddi əhəmiyyət kəsb edirlər. XXI əsrin əvvəlləri göstərir ki, bu istiqamətdə bəşəriyyət qarşısında qlobal miqyasda ciddi problemlər dayanır. Bu bağlılıqda liberalizmə olan hücumlar diqqəti daha çox çəkməyə başlayır. Bu ideoloji konsept, faktiki olaraq, XX əsrin sonlarında ciddi rəqabətdə qalib gəlmiş nəzəri-ideya sistemidir. Ancaq sonrakı mərhələdə meydana xeyli fərqli mənzərə çıxdı. Mütəxəssislər və ekspertlər liberalizmin tənəzzülündən danışmağa başladılar. Paralel olaraq, fərqli ideoloji konseptlərin populyarlığı bir qədər yüksəldi. Bütün bunlar Rusiya Prezidenti V.Putinin liberalizm haqqında söylədiyi bir fikirlə yeni istiqamət almağa başladı. Həmin kontekstdə müasir mərhələdə siyasi-ideoloji rəqabətin bir sıra əlamətləri üzərində geniş dayanmağa ehtiyac görürük.

Yeni tərkibli Rada: Ukraynada siyasi mühit necə dəyişir?

Yeni tərkibli Rada: Ukraynada siyasi mühit necə dəyişir?
23 iyul 2019

Şərqi Avropanın böyük dövlətlərindən olan Ukraynada növbədənkənar parlament seçkiləri mürəkkəb ictimai-siyasi şəraitdə keçib. MSK-nın rəsmi məlumatına görə, Prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyası böyük üstünlük əldə edib. Ondan sonra isə Rusiya meyilli partiya gəlir. Milliyyətçi partiyaların son sıraları tutması da ekspertlərin marağına səbəb olub. Onlar hesab edirlər ki, Ukrayna cəmiyyətində ümumilikdə ictimai rəy dəyişir. Ancaq bunun dayanıqlı proses olub-olmadığı hələ məlum deyil. Bundan başqa, böyük geosiyasi güclərin Ukrayna siyasətində hansı yeni məqamların meydana gələ biləcəyi də əhəmiyyətlidir. Bu faktor bütövlükdə siyasi dinamikaya ciddi təsir göstərə bilər. Bütün bunlar Ukrayna daxilində siyasi mühitin dəyişməsi məsələsini aktuallaşdırır.

"Terror bifurkasiyası": Türkmənistan xəttində gərginlik mesajları

"Terror bifurkasiyası": Türkmənistan xəttində gərginlik mesajları
22 iyul 2019

Postsovet məkanında yeni "qaynar nöqtə"nin meydana gələ biləcəyi haqqında avropalı ekspertlərin söylədikləri fikirlər ciddi narahatlıq doğurmağa başlayıb. Böyük Britaniyanın "The Foreign Policy Centre" (FPC) "beyin mərkəzi" tərəfindən hazırlanan bir məruzədə iddia edilir ki, Türkmənistan siyasi və iqtisadi böhran ərəfəsindədir. Burada proseslər gözlənilmədən sosial-siyasi partlayışa səbəb ola bilər. Bu proqnozun substantiv aspektindən çox, digər geosiyasi proseslərlə əlaqələndirilməsi maraqlıdır. Çünki məruzədə və bir sıra başqa analizlərdə vurğulanır ki, Türkmənistan getdikcə böyük geosiyasi güclərin maraqlarının toqquşduğu məkana çevrilir. Səbəb isə ənənəvidir: bu ölkə təbii qaz ehtiyatlarına görə dünyada birinci yerdədir, ondan funksional istifadə səviyyəsinə görə də ilk yerlərdən birini tutmaqdadır.

Geosiyasi mat: Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik növbəti mərhələsini yaşayır

Geosiyasi mat: Gürcüstan-Rusiya münasibətlərindəki gərginlik növbəti mərhələsini yaşayır
19 iyul 2019

Rusiya-Gürcüstan münasibətlərində 2008-ci ilin avqustundan bu yana baş qaldırmış ən ciddi böhran getdikcə dərinləşir. Bu isə Gürcüstan üçün yalnız iqtisadi problemlər yaratmır. Tbilisinin strateji əhəmiyyətə malik bölgədə – Avrasiyanın kəsişməsində yerləşən ölkəni Qərbin forpostuna çevirmək perspektivi də maneələrlə üzləşir.

İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi

İdlib qlobal geosiyasi kontekstdə: Türkiyə və supergüclərin mübarizəsi
19 iyul 2019

Türkiyə böyük və güclü liderlik ənənəsi olan dövlət kimi təqribən 100 illik fasilədən sonra yenidən dünya siyasətində söz sahibi olmaq iddiasını ortaya qoyub. O, ancaq müsəlman ölkələrinin lideri kimi deyil, həm də qlobal geosiyasətin mühüm oyunçusu kimi siyasi səhnəyə çıxıb. Bu prosesin gedişində Ankaranın daim öz marağının təmin edildiyi yerdə olması zəruridir. Belə olmasa, hansısa böyük dövlətin yanında olmaqla meydanda qalmaq niyyəti ilə 2023-cü il hədəflərinə çatmaq mümkün olmayacaq. O cümlədən İdlib məsələsi də Türkiyənin geosiyasi maraqları çərçivəsində həll edilməlidir. Supergüclər nəhayət ki, bir şeyi qəbul etməlidirlər: Türkiyə artıq onlardan hansınınsa əlinə oynamır! O, özü müstəqil gücdür və bunu inkişaf etdirəcək!

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 iyul 2019

Məlumdur ki, dünyanın müxtəlif bölgələrində etnoslararası və lokal münaqişələrin həlli qlobal geosiyasət üçün aktual olaraq qalır. O cümlədən Cənubi Qafqazdakı münaqişələrin ədalətli və sülh yolu ilə həlli məsələsi bütün ciddiliyi ilə qarşıda dayanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə məşğul olan ATƏT-in Minsk qrupu isə kifayət qədər səmərəli fəaliyyət göstərmir. Beynəlxalq təşkilatlarda məsələ ilə bağlı qəbul edilən sənədlərdə bir sıra hallarda vəziyyət doğru əks etdirilmir. Bu baxımdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Lüksemburqda keçirilən illik sessiyasında münaqişələrlə bağlı qəbul edilən sənədin məzmunu böyük maraq doğurur. Sənəddə əhəmiyyətli fikirlər yer alıb. Onlara ermənilərin reaksiyası qeyri-adekvat olub. Çünki həmin fikirlərdə həqiqət ifadə edilib. Bu kontekstdə qəbul edilən sənədin müddəalarının geosiyasi analizinə ehtiyac görürük.

Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları

Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 iyul 2019

Azərbaycan paytaxtında general T.Volters ilə general V.Gerasimov arasında aparılan danışıqlar ekspertlərin bir neçə aspektdə marağına səbəb olub. Dünyanın iki çox böyük hərbi gücünün Bakıda qlobal əhəmiyyətli məsələləri müzakirə etməsi adi hadisə deyil. Bu baxımdan ekspertlər ABŞ və Rusiyanın görüş yeri kimi məhz Bakını seçməsinin səbəbləri ilə bağlı müxtəlif analizlər aparırlar. Aydın olur ki, burada bir sıra faktorlar rol oynayır. Azərbaycan müstəqil dövlət kimi böyük nailiyyətlər əldə etməkdədir. Beynəlxalq aləmdə onun nüfuzu durmadan artır. Mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycanın sabit ölkə və etibarlı tərəfdaş olması da dünya tərəfindən qəbul edilir. Bütün bunların fonunda Amerika və Rusiyanın mühüm məsələləri Bakıda müzakirə etmələri normal görünür. Həmin kontekstdə iki generalın Bakı görüşünün geosiyasi təsiri üzərində geniş dayanmağa ehtiyac görürük.

Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində

Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 iyul 2019

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycandan sonra Ermənistana və Gürcüstana səfər etməsi region üçün aktual olan bir neçə geosiyasi məsələni yenidən gündəmə gətirib. Ekspertlər postsovet məkanı üçün əhəmiyyəti olan bir sıra məqamların daha da aktuallaşdığına dair fikir bildirirlər. Bu sırada D.Tuskun Ermənistanda verdiyi bəyanatlar maraqlı təsir bağışlayıb. Aİ rəsmisi açıq bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində və Helsinki Yekun Aktının müddəalarına uyğun həll edilməlidir. Bu isə Ermənistanın təcavüzkarlığını təsdiq etmək anlamına gəlir. Aİ Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını müdafiə edir. Bu mövqe "Şərq tərəfdaşlığı" proqramının 10 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransda da özünü göstərib.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...