THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Bir gündə Ermənistanı 700 nəfər tərk edib

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1149
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 iyun 2013 – Newtimes.az

Ermənistan rəhbərlərinin təbliğatına baxmayaraq ölkəni bir dəfəlik tərk edən ermənilərin sayı gündən-günə artır.

Bununla bağlı Parisdə, erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri” jurnalında xüsusi məqalə dərc olunub. Jurnalın 12 iyun tarixli nömrəsində "İyunun 9-da Ermənistanı 700 erməni tərk edib: onlar bir daha ölkələrinə geri qayıtmayacaqlar” sərlövhəli məqalə dərc olunub. Yazıda qeyd olunur ki, bir gündə Ermənistanı tərk edən 700 erməni avtobusla Rusiyaya yola düşüb.

Bu hadisənin canlı şahidi olduğunu iddia edən müəllif Larisa Paremuzyan yazır ki, Ermənistanın Gürcüstanla sərhədində yerləşən Baqratişan keçid məntəqəsində iyunun 9-da yerli vaxtla saat 11:00-dən 23:00-dək 700 erməni on bir avtobusda ölkəni tərk edib. Onlar Moskva, Donetsk, Rostov, Krasnodar və Rusiyanın digər uzaq şəhərlərinə üz tutublar. Onlar əsasən İrəvan, Oktamberyan, Eçmiədzin və Alaverdi sakinləridir.

Bildirilir ki, insanlar sonuncu prezident seçkilərindən sonra ölkədə yaranmış acınacaqlı vəziyyət, işsizlik, əmək haqqının həddindən artıq aşağı olması, aldıqları borcu qaytara bilmədikləri səbəbindən ölkəni tərk edirlər.

Məqalədə Ermənistanı tərk edən bu insanların bir daha "çiçəklənən Ermənistan”a qayıtmayacaqları, hakimiyyətdə olanların onları öz evlərini tərk etməyə vadar etdikləri xüsusi qeyd olunub.

Məqalədə, həmçinin Ermənistan rəsmlərinin kəndlərdə yaranan problemlərə pul xərcləmək əvəzinə bir gündə kazinolarda həddindən artıq pul xərcləmələrindən də bəhs olunur.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır
15 sentyabr 2020 JewishPress.com

Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır

2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib.

Davamı...
Tam döyüş hazırlığında
10 sentyabr 2020 Lenta.ru

Tam döyüş hazırlığında

Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır

Davamı...