THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan və dünya: mühüm hadisələrin xronikası

Siz buradasınız: Əsas səhifə »» Qlobal proseslər və trendlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
738
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 iyun 2013 – Newtimes.az

May ayı geosiyasi və geoiqtisadi proseslərlə zəngin olub. Həm qlobal, həm də regional miqyasda ekspertlərin marağına səbəb olan hadisələr baş verib. Biz ənənəmizə sadiq qalaraq, onların qısa xronikasını təqdim edirik.

2 may

Avrozonada işsizlik göstəricisi rekord həddə – 12,1 faizə yüksəldi.

Çadda dövlət çevrilişinin qarşısı alındı.

6 may

Malayziyada iqtidarda olan koalisiya parlament seçkilərində qalib gəldi.

7 may

Bakıda Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə Birinci Cənubi Qafqaz Forumu işə başladı. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etdi.

8 may

Kürdlərin liderləri ilə Türkiyə hökuməti arasında sülh sazişinə əsasən, PKK silahlılarının Türkiyədən çıxarılmasına başlandı.

9 may

İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 68-ci ildönümü tamam oldu.

10 may

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi təntənə ilə qeyd edildi.

11 may

İstanbulda Dünya Enerji Forumu keçirildi.

12-14 may

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyada rəsmi səfərdə oldu.

15-20 may

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a rəsmi səfər etdi.

16 may

Fransa Prezidenti Fransua Olland Avrozona ölkələrinin iqtisadi hökumətini yaratmağı təklif etdi.

"Moody's” beynəlxalq reytinq agentliyi Türkiyənin dövlət istiqrazlarının reytinqini artırdı.

19 may

Yaponiyanın Baş naziri Şinzo Abe ölkənin iqtisadi inkişafına dair planını açıqladı.

Tunisdə "Şəriət tərəfdarları” hərəkatının üzvləri ilə polis arasında toqquşma baş verdi.

Misirdə "Təhrir meydanına qayıdış” devizi ilə kütləvi aksiyalar keçirildi.

21 may

İranda növbəti prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydiyyatı və təsdiqi prosesi başa çatdı.

23 may

Sakit okean alyansı ölkələrinin prezidentləri təşkilatın perspektiv inkişaf istiqamətlərini müzakirə etdilər.

25 may

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının 50 illiyi ilə bağlı zirvə toplantısı keçirildi.

28 may

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü qeyd olundu.

29 may

Bakıda Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının 21-ci ildönümü ilə bağlı "Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etdi.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...