THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Avrasiyanın uğurlu ölkəsi: Azərbaycanın geostrateji perspektivləri

Avrasiyanın uğurlu ölkəsi: Azərbaycanın geostrateji perspektivləri
01 dekabr 2014

Hazırda dünya miqyasında gərgin informasiya savaşı gedir. Bəzən konkret dövlət haqqında yanlış təsəvvürlər yaratmağa çalışanlar da tapılır. Yalnız reallığın obyektiv təhlili düzgün obrazlar formalaşdıra bilər. Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə etdiyi nailiyyətlər göstərir ki, onu Avrasiya məkanının ən uğurlu ölkələri sırasına aid etmək olar. Azərbaycan dövlətinin sürətli iqtisadi inkişaf tempi, əsaslı sosial-mədəni və siyasi islahatları, qlobal enerji təhlükəsizliyi sahəsində oynadığı rolu, milli həmrəylik istiqamətində əldə etdiyi nailiyyətləri bu tezisi təsdiq edən faktlardandır. Məhz buna görədir ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yeridə bilir.

Müasir beynəlxalq siyasətdə "sanksiyalar": qarşılıqlı nokdaun?

Müasir beynəlxalq siyasətdə "sanksiyalar": qarşılıqlı nokdaun?
28 noyabr 2014

Məlum olduğu kimi, müəyyən ölkələrə qarşı tətbiq olunan "sanksiyalar" beynəlxalq məsuliyyət hüquq münasibətlərindən irəli gələn öhdəlikləri yerinə yetirməkdən imtina edən dövlətlə (onun hansısa hissəsi ilə və ya müəyyən şəxslərlə) bağlı görülən icbari tədbirlərdir. Bununla belə, iqtisadi sanksiyalar sözdə qınaqdan daha sərt olan, lakin hərbi güc tətbiqindən daha yumşaq olan aralıq tədbirləridir. Onların tətbiqi barədə qərar həm ayrı-ayrı dövlətlər, həm də iri beynəlxalq strukturlar, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqı və s. tərəfindən qəbul edilir.

G20: razılaşmalar arxasında duran ziddiyyətlər

G20: razılaşmalar arxasında duran ziddiyyətlər
28 noyabr 2014

"Böyük iyirmilik" ölkələrinin Brisben sammiti bir neçə aspektdə maraq doğururdu. Burada Rusiya-Ukrayna münasibətləri, təşkilatın iqtisadi strategiyası, iqlim dəyişikliyi ilə bağlı qərar, terrorla mübarizə və digər məsələlər müzakirə edilməli idi. KİV-də yayılan məlumatlara görə, tədbirdə həm ziddiyyətli, həm də maraqlı məqamlar özünü göstərib. Sammitdə kağız üzərində maraqlı qərarlar qəbul edilib. Onların reallaşması məsələsi isə bir qədər çətindir. Görünür, geosiyasətdə ikili yanaşmalar və ədalətsizlik hökm sürdükcə, belə hallar təkrarlanacaq. Hansı tədbirin harada keçirilməsindən asılı olmayaraq, həmin problem özünü büruzə verəcəkdir.

Azərbaycan-İran əlaqələri: regional və qlobal kontekst

Azərbaycan-İran əlaqələri: regional və qlobal kontekst
27 noyabr 2014

İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri ekspertlərin ciddi marağına səbəb olub. Hazırda regional və qlobal səviyyədə müşahidə edilən mürəkkəb proseslərin fonunda bu çox normal qarşılanmalıdır. İki qonşu ölkənin hansı sahələr üzrə ortaq mövqeyə gələcəklərinin əhəmiyyəti böyük idi. Xüsusilə Ermənistanın qeyri-müəyyən xarici siyasətinin davam etdiyi bir vaxtda İranla Azərbaycan arasında münasibətlərin inkişaf dinamikası aktuallıq kəsb edir. Səfər göstərdi ki, bu istiqamətdə tərəflərin geniş potensialı mövcuddur. Bütün sahələr üzrə əlaqələri inkişaf etdirmək mümkündür. Bununla bağlı konkret sazişlər də imzalandı. Mütəxəssislərin fikrincə, bu proses daha sürətlə gedə bilər.

Yapon militarizmi geosiyasi təhlükə amilidirmi?

Yapon militarizmi geosiyasi təhlükə amilidirmi?
25 noyabr 2014

Son zamanlar Tokionun hərbi qüdrətini artırmaq istiqamətində konkret proqramlar həyata keçirməyə başladığı haqqında informasiyalar yayılır. Ekspertlər bunun regional və qlobal geosiyasətə ciddi təsir edə biləcəyini proqnozlaşdırırlar. Məsələ dünya liderliyi uğrunda Amerika ilə Çinin apardığı mübarizə kontekstində qiymətləndirilir. Yaponiyanın faktiki olaraq Çinə qarşı qoyulduğu iddiası irəli sürülür, bunun həm daxili siyasi, həm də xarici geosiyasi proseslərlə əlaqəli olduğu qeyd edilir. Həmin bağlılıqda Rusiya-Yaponiya və Çin-Yaponiya münasibətlərinin dinamikası maraq doğurur. Mütəxəssislər bu istiqamətdə hələlik qeyri-müəyyən məqamların olduğu qənaətindədirlər. Perspektiv necə görünür?

Ermənistanın şantajları və həmsədrlər: region riskə atılır

Ermənistanın şantajları və həmsədrlər: region riskə atılır
24 noyabr 2014

Azərbaycanın Ağdam rayonu ərazisində Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulması ətrafında ajiotaj yaradılır. Rəsmi İrəvanın məntiqsiz və mənasız bəyanatları ilə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də şübhə doğuran ifadələr işlədirlər. Azərbaycan tərəfinin bunlara kəskin reaksiya verməsi tamamilə təbiidir. Real vəziyyəti obyektiv qiymətləndirmək əvəzinə beynəlxalq təşkilatlar ikili standartlar siyasətini davam etdirirlər. Bütün bunlar münaqişənin həlli prosesinə ciddi zərər verir, o cümlədən danışıqlar prosesini çıxılmaz vəziyyətə salır.

"Böyük iyirmilik" sammiti: Avstraliya görüşü ziddiyyətləri aradan qaldırmadı

"Böyük iyirmilik" sammiti: Avstraliya görüşü ziddiyyətləri aradan qaldırmadı
21 noyabr 2014

Avstraliyanın Brisben şəhərində Qərblə Rusiya arasındakı münasibətlərdə mövcud olan anlaşılmazlıq və inamsızlığı növbəti dəfə üzə çıxaran "Böyük iyirmilik" (G20) dövlətlərinin sammiti keçirildi. Ümumilikdə sammit iqtisadi inkişafın stimullaşdırılması və yeni iş yerlərinin yaradılması məsələlərinə həsr olunmuşdu. Amma sammitin elə ilk günündəcə görüşün ümumi atmosferinə mənfi təsir göstərən hadisə baş verdi. İştirakçıların ənənəvi əl sıxma mərasimi zamanı Kanadanın baş naziri Stiven Harper qəfildən Rusiya prezidentinə müraciətlə "Ukraynanı tərk etməyi" tələb etdi. Putin cavabında bildirdi ki, "bu mümkün deyil, çünki onlar orada deyillər".

Qərbin dostları: siyasətin uğursuzluğu

Qərbin dostları: siyasətin uğursuzluğu
21 noyabr 2014

Müasir dünyada siyasətlə məşğul olmağın öz çətinlikləri var. Böyük dövlətlər bir sıra hallarda öz maraqları üçün başqalarına təsir göstərməyə çalışırlar. Təcrübə göstərir ki, Qərb bu istiqamətdə fəal olub. O, müəyyən ölkələrdə siyasətçiləri özünə "dost edib" hakimiyyətə yiyələnmələrinə yardım göstərir, müəyyən müddət bundan yararlanır, sonra kənara da ata bilir. Belə təəssürat yaranır ki, həmin "dostlar" Qərbin geosiyasi maraqları çərçivəsində ona lazımdır. İnsan taleyi, xalqların gələcəyi, dövlətlərin müstəqilliyi havadarları narahat etmir. Bunlar hazırkı tarixin gerçəklikləridir. Buna son qoymağın zamanı çatmayıbmı?

ASİƏ-nin sammiti: Rusiya-Çin alyansı yeni dünya nizamı uğrunda mübarizədə

ASİƏ-nin sammiti: Rusiya-Çin alyansı yeni dünya nizamı uğrunda mübarizədə
20 noyabr 2014

Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının Çinin paytaxtı Pekində keçirilən iki günlük sammiti beynəlxalq birliyi narahat edən əsas problemlərin əks etdirildiyi birgə bəyannamənin qəbul edilməsi ilə başa çatdı. Lakin əsas odur ki, biznes dairələri ilə təkcə sammit çərçivəsində deyil, kuluarlarda da görüşlər keçirildi, danışıqlar aparıldı və ünsiyyət quruldu ki, bu da, heç şübhəsiz, daha çox medianın diqqətini çəkdi.

Rusiya: geosiyasi strategiyanın dönüş nöqtəsi

Rusiya: geosiyasi strategiyanın dönüş nöqtəsi
18 noyabr 2014

Son zamanlar Kremlin geosiyasi fəallığının artdığı müşahidə olunur. Bu, geniş bir məkanda cərəyan edən hadisələrdə özünü göstərir. Ukraynadan Mərkəzi Asiyaya qədər böyük bir məkanda Moskva öz iradəsini ortaya qoyub. Onun Yaxın Şərqdə də Qərbin ssenarilərinə zidd addımlar atmasından yazılır. Ekspertlər bunların Rusiyanın geosiyasi mövqeyinə necə təsir edəcəyini təhlil edirlər. Etiraf edilməlidir ki, Moskva üçün heç də ürəkaçan olmayan variantlar istisna edilmir. Hətta Rusiyanın dünya liderliyi üçün imkanlarının yetərli olmadığı da vurğulanır.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...