THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal idarəetmə: problemlər və perspektivlər

Qlobal idarəetmə: problemlər və perspektivlər
12 yanvar 2015

XX əsrin sonu – XXI əsrin əvvəllərindən etibarən dünyanın tamamilə yeni düzəni, yeni qaydalar toplusunu özündə ehtiva edən fərqli münasibətlər sistemi təşəkkül tapmaqdadır. Tamamilə yeni keyfiyyət hadisəsi olmaq etibarilə qloballaşma siyasi, iqtisadi, sosial sferalarda, eləcə də bütövlükdə planetar səviyyədə kardinal dəyişikliklərə gətirib çıxarmış mühüm amilə çevrilmişdir.

Мировая политика со смещенным центром тяжести

Мировая политика со смещенным центром тяжести
09 yanvar 2015

Смещение центра власти в мировой политике с Запада на Восток, о котором стали особенно много писать и говорить после мирового финансового кризиса 2008 года, продолжилось и в 2014 году.

Mərkəzi Asiya: geosiyasi dinamika və risklər

Mərkəzi Asiya: geosiyasi dinamika və risklər
09 yanvar 2015

Böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi dünyanın müxtəlif regionlarında gərgin vəziyyətin yaranmasına səbəb olur. Mərkəzi Asiya bu bağlılıqda istisna deyil. Burada uzun müddətdir ki, Rusiya, Çin, ABŞ və Aİ arasında geosiyasi savaş müşahidə olunur. Hazırda regionun əhəmiyyəti daha da artıb. Bunun səbəbləri sırasında qlobal geosiyasətdə cərəyan edən mürəkkəb prosesləri və enerji faktorunu göstərmək olar. Çinin həmin bölgəyə sürətlə nüfuz etməsi fonunda digər böyük güclər də addımlar atmaqdadırlar. Mövcud vəziyyətdə region dövlətləri arasında ixtilafların güclənməsi riskini də nəzərə almaq gərəkdir. Bunlar Mərkəzi Asiyanın geosiyasi əhəmiyyətinin yeni səviyyəyə yüksəldiyini göstərir.

Yaxın Şərqdə geosiyasi vəziyyət: toqquşan maraqlar və təhdidlər

Yaxın Şərqdə geosiyasi vəziyyət: toqquşan maraqlar və təhdidlər
08 yanvar 2015

Bir neçə ildir ki, dünya geosiyasətində Yaxın Şərq faktoru ciddi yer tutur. "Ərəb baharı" adlanan proses meydana çoxlu sayda problemlər çıxardı. O zamandan başlayaraq, həmin regionun taleyi ilə bağlı müxtəlif proqnozlar verilir. Məsələ həm də ondan ibarətdir ki, "Ərəb baharı" hadisəsinin mahiyyəti tam aydın deyil. Bunun fonunda regionda terror, liderlik uğrunda rəqabət, dini məzhəbçilik kimi hallar yeni səviyyəyə qalxıb. Hazırda Yaxın Şərq alov içindədir. İŞİD o dərəcədə fəaliyyətini genişləndirib ki, onun qarşısını almaq çox çətindir. Eyni zamanda, regionun bir sıra dövlətləri arasında rəqabət daha kəskin mərhələyə qalxıb. Yaranmış bu vəziyyətin bölgəni haraya apara biləcəyini proqnozlaşdırmaq xeyli çətinləşib.

İranın xarici siyasəti yeni regional kontekstdə

İranın xarici siyasəti yeni regional kontekstdə
06 yanvar 2015

Qlobal miqyasda geosiyasi dinamikanın dəyişməsi İranın xarici siyasətinə öz təsirini göstərir. Tehran üçün bəzi əhəmiyyətli məsələlər getdikcə daha da aktuallaşır. Onların sırasında ölkənin nüvə proqramı ilə əlaqədar aparılan danışıqlar maraq doğurur. Bu istiqamətdə müəyyən irəliləyişlərin olduğu qeyd edilir. Digər məqam kimi Yaxın Şərqdə İslam faktorunun yeni səviyyədə özünü göstərməyə başladığını vurğulamaq olar. Mütəxəssislərin fikirlərinə görə, rəsmi Tehran hər iki amildən yararlanaraq regional miqyasda öz geosiyasi nüfuzunu yüksəltməyə çalışır. Həmin kontekstdə İranın bir sıra dövlətlərlə münasibətlərinin məzmununa yeni çalarlar verməsi maraqlıdır.

Cənubi Qafqazın geosiyasi statusu dəyişirmi?

Cənubi Qafqazın geosiyasi statusu dəyişirmi?
05 yanvar 2015

Müxtəlif regionlarda mürəkkəb proseslərin getdiyi bir zamanda həmişə diqqət mərkəzində olan Cənubi Qafqaza böyük dövlətlərin münasibətinin məzmunu maraq doğurur. Ekspertlər hesab edirlər ki, son illərdə baş verən geosiyasi dəyişikliklər bu bölgəni geosiyasətin "əyaləti"nə çevirməkdədir. İndi ABŞ, Aİ və Rusiya üçün Ukrayna faktoru daha çox önəmlidir. Lakin bu zaman unudulur ki, Cənubi Qafqaz dünyanın digər regionlarından geosiyasi təcrid vəziyyətində deyil. Bu səbəbdən Yaxın Şərq və ya Ukrayna amilinin əhəmiyyətinin artması dolayısı ilə Cənubi Qafqazdakı vəziyyətə də təsir göstərir. Digər tərəfdən, bu regionda yerləşən dövlətlərin daxili imkanları və xarici siyasət kursları fərqlidir və həmin məqam böyük dövlətlər tərəfindən nəzərə alınmalıdır. Ancaq, təəssüf ki, hələlik bu, hiss edilmir. Bu vəziyyət bütövlükdə regionu haraya aparır?

Azərbaycan: 2014-cü ilin 10 mühüm hadisəsinin işığında

Azərbaycan: 2014-cü ilin 10 mühüm hadisəsinin işığında
29 dekabr 2014

Hər ölkənin tarixinə cari il müxtəlif hadisələrlə düşür. Bir sıra dövlətlərdə ixtilaflar, hərbi toqquşmalar, üsyanlar və iqtisadi problemlərin kəskinləşməsi müşahidə edildi. Qlobal səviyyədə maliyyə böhranı hətta ən inkişaf etmiş dövlətləri belə silkələdi. Azərbaycan isə tarixə qovuşmaqda olan ildə böyük uğurlara imza atdı. Ölkədə müxtəlif sahələr üzrə konkret proqramlar həyata keçirildi. Dövlət başçısının fəaliyyəti isə çox səmərəli oldu. Regional və qlobal xarakterli tədbirlərdə çıxışı zamanı ifadə etdiyi fikirlərlə Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin inkişafına çox böyük töhfələr verdi. Sosial-iqtisadi tərəqqinin davam etməsi, enerji təhlükəsizliyinin təmini istiqamətində atılan ciddi addımlar, cəmiyyətdə liberal dəyərlərin daha yüksək səviyyəyə qalxması kimi hallar 2014-cü ilin yaddaşlarda müsbət mənada qalacağını təsdiqləyir.

2014-cü il: 10 əsas hadisə müstəvisində

2014-cü il: 10 əsas hadisə müstəvisində
29 dekabr 2014

Bəşəriyyət bir ili də arxada qoyur. Tarix boyu çox müxtəlif hadisələrin şahidi olan insanlar son 365 günü necə yaşadılar? Biz müəyyən meyarlar əsasında seçdiyimiz 10 hadisə kontekstində bütövlükdə dünyada gedən proseslərin ümumi istiqamətini müəyyənləşdirməyə çalışdıq. Burada, təbii ki, qəti fikir söyləmək risklidir. Ancaq nümunə kimi gətirdiyimiz proseslər bir sıra məqamları seçməyə və onların dünya miqyasında təsirini təhlil etməyə imkan verir. Aydın olur ki, başa çatmaqda olan il gərginlik, ziddiyyət, münaqişəli vəziyyətlər, hərbi toqquşmalar, terror kimi hallarla müşayiət olunub. Bu faktorlar ümumən bəşəriyyəti narahat edən mənzərənin formalaşmasına gətirib çıxarıb. Eyni zamanda, 2014-cü ildə elm və idman sahəsində də yaddaqalan hadisələr baş verib. Onları ayrıca vurğulamaqda məqsədimiz insanların əsas olaraq sülh, barış, elm, mədəniyyət və digər humanitar aspektlərə daha çox maraq göstərməli olduğunu önə çəkməkdir.

Nəyə görə Dağlıq Qarabağ yox, məhz Cənubi Osetiya və Abxaziya?

Nəyə görə Dağlıq Qarabağ yox, məhz Cənubi Osetiya və Abxaziya?
26 dekabr 2014

Rusiya Federasiyası Gürcüstandakı anklavların tanınması ilə bağlı məsələdə 17 il bitərəf qalsa da, 2008-ci ilin 29 avqustunda rəsmən Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Bu qəfil qərar, demək olar ki, post-sovet məkanını tədqiq edən bütün alimlərin təəccübünə səbəb oldu. Təsadüfi deyil ki, Rusiya hökuməti ölkə daxilində separatçı meyillərdən və onun doğura biləcəyi nəticələrdən daima çəkinmişdir. Bu səbəbdən Sovet İttifaqında baş verən "ayrılma partlayışını" yenidən yaşamamaq üçün Rusiya Çeçenistanda baş verən azadlıq hərəkatını hətta silahlı yolla yatırmaqdan belə çəkinmədi. Odur ki, proseslərin başlanğıcında Rusiya Gürcüstan hökumətinə öz ərazi bütövlüyünü bərpa etməkdə böyük dəstək göstərirdi.

Azərbaycana qarşı qərəz: ikili yanaşmanın fəsadları

Azərbaycana qarşı qərəz: ikili yanaşmanın fəsadları
26 dekabr 2014

Vaşinqton növbəti dəfə Azərbaycanı insan haqları və vətəndaş cəmiyyəti məsələlərində günahlandırmağa çalışdı. ABŞ dövlət katibinin köməkçisi Tom Malinovski iki ölkə arasındakı münasibətlərin "qırmızı xəttə" yaxınlaşdığını deyib. Belə fikirlərin səslənməsi təəssüf və təəccüb doğurur. Çünki Azərbaycan kifayət qədər açıq bir ölkədir, burada hər bir kəsin öz fikrini ifadə etmək hüququ təmin olunub. Bununla yanaşı, hər bir demokratik ölkədə olduğu kimi, qanunun aliliyi təmin edilməli, cəmiyyətin təhlükəsizliyinə qarşı olan istənilən təhdidin qarşısı alınmalıdır. Ancaq məsələnin bu tərəfini unudub, Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamların irəli sürülməsi söhbətin ədalətdən və hüquqdan getmədiyini göstərir. Həmin aspektdən Amerika rəsmisinin söylədikləri həqiqətdən çox uzaqdır və ikitərəfli əlaqələrin inkişafına ciddi əngəllər törədə bilər.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...