THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Çinin 'Savaş Sanatı'

Çinin 'Savaş Sanatı'
11 noyabr 2014

Çin bugünlerde önemli ziyaretlere sahne oluyor

Serj Sarkisyanın yalanları: dünyanı çaşdırmaq üçün növbəti cəhd

Serj Sarkisyanın yalanları: dünyanı çaşdırmaq üçün növbəti cəhd
11 noyabr 2014

Ermənistanın dövlət başçısı Amerika mətbuatına həm müsahibə verib, həm də məqalə ilə çıxış edib. Qeyri-səmimi fikirlər söyləyən prezident tarixi keçmişlə bağlı faktları təhrif edərək, dünya ictimaiyyətini anti-Türkiyə və anti-Azərbaycan mövqe tutmağa çağırıb. S.Sarkisyanın bunları təsadüfdən etmədiyi məlumdur. Ölkəni olduqca ağır daxili vəziyyətə salmaqla cəmiyyətdə narazılıqları artıran, xarici siyasətdə də müstəqil ola bilməyən rəsmi İrəvan çoxlu sayda çətinliklərlə üzləşməkdədir. Ermənistan prezidenti özünə haqq qazandırmaq üçün başqalarını ittiham edir. Ancaq onun bu cəhdlərinin nəticəsiz qalacağına şübhə yoxdur. Çünki yalanın sonu yoxdur.

Nizamlılıq, yoxsa xaos: dünya dilemma qarşısında

Nizamlılıq, yoxsa xaos: dünya dilemma qarşısında
06 noyabr 2014

Bir çox mütəxəssislər qlobal miqyasda geosiyasi proseslərin dinamikasını proqnozlaşdırmağa cəhd edirlər. Dünyanın geosiyasi mənzərəsinin sistemli şəkildə yeniləşməsi imkanları müzakirə olunur. Müxtəlif ssenarilər irəli sürülür. Lakin birmənalı qəbul edilə biləcək yanaşma hələlik mövcud deyil. Bəzi analitiklər müasir qlobal geosiyasət üçün "sivilizasiya" və "mədəniyyət" anlayışlarının ciddi rol oynadığını qeyd edirlər. Digərləri müasir dünya sisteminin xaotik xarakter daşıdığını vurğulayırlar. Bəşəriyyət sanki nizamlılıqla xaos arasında "var-gəl" edir. Bəs bütün bunların sonu nə ola bilər?

Hindistan üçün "geosiyasi labirint": Modinin xilaskarlıq missiyası

Hindistan üçün "geosiyasi labirint": Modinin xilaskarlıq missiyası
05 noyabr 2014

Hazırda Asiya-Sakit okean hövzəsində ziddiyyətli geosiyasi proseslər cərəyan edir. Regionun bir sıra ölkəsi təsir dairəsini və nüfuzunu artırmaq uğrunda mübarizə aparırlar. Onlar ideologiyalarında müəyyən korrektələr də edirlər. Bu kontekstdə Hindistanın yeritdiyi xarici siyasət mütəxəssislərin diqqətini çəkir. Hazırda baş nazir olan N.Modinin fəaliyyəti diqqətlə izlənilir. Onun Yaponiya, Çin və ABŞ-la münasibətləri hansı müstəvidə inkişaf etdirəcəyi maraq doğurur. Əvvəllər bu siyasətçini ifrat millətçiliyin təcəssümü kimi qəbul edirdilər. Ancaq seçkidə qalib gəldikdən sonra ona münasibət dəyişdi. Görünür, bunun əsas səbəbi Hindistan cəmiyyətinin Modiyə etimad göstərməsi olub. Baş nazir ölkəni regionun liderinə çevirmək iddiasındadır.

Türkiyənin yeni Avropa strategiyası: üç istiqamətdə islahatlar

Türkiyənin yeni Avropa strategiyası: üç istiqamətdə islahatlar
03 noyabr 2014

Uzun illərdir ki, Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi gündəmdədir. Lakin məsələ hələlik həllini tapmayıb. Meydana müxtəlif ziddiyyətlər çıxır. Aİ bəhanələrlə məsələnin həllini uzadır. Təşkilatın 2014-cü il Türkiyə hesabatı bunların fonunda ekspertlərin marağına səbəb olub. Rəsmi Ankara onu "tarazlı və obyektiv" adlandırıb. Bununla yanaşı, tərəflər arasında ciddi fikir ayrılıqlarının da olduğu məlumdur. Bu baxımdan Türkiyənin Aİ strategiyası hansı məqamları özündə birləşdirir? Yaxın perspektivdə bu ölkənin həmin təşkilata üzv olması ehtimalı mövcuddurmu? Bu kimi sualların aktuallığı şübhə doğurmur. Eyni zamanda, Ankaranın Aİ-yə üzvlüklə bağlı yeni strategiya hazırlaması bu məsələyə müəyyən aydınlıq gətirə bilər.

BMT-də islahatlar: proses yerindən tərpənmir

BMT-də islahatlar: proses yerindən tərpənmir
31 oktyabr 2014

Dövlətlərarası münasibətlərin tənzimlənməsində mövcud olan çətinliklər məlumdur. Beynəlxalq hüququn tələblərinə heç də hər zaman əməl olunmur. Ortaya müxtəlif xarakterli problemlər çıxır. Bu da dünyada geosiyasi gərginliklər yaradır, haqlı narazılığa səbəb olur. Yaranmış bu vəziyyətdən çıxış yolu, mütəxəssislərin fikrincə, BMT-də islahatların aparılması ola bilər. Bir sıra dövlətlər isə alternativ təşkilatlar formalaşdırmağa üstünlük verirlər. Əslində, situasiya olduqca mürəkkəbdir. BMT TŞ-nin 5 daimi üzvü öz yerlərini və təşkilatdakı söz sahibi olmaq hüquqlarını qorumağa çalışırlar. Bununla razılaşmayan ölkələrin sayı isə getdikcə artır. Faktiki olaraq, ciddi fikir ayrılığı mövcuddur. Çıxış yolu nədədir?

Dünyanın böyük dövlətlərinin hərbi potensialının artım dinamikası: odla oyun

Dünyanın böyük dövlətlərinin hərbi potensialının artım dinamikası: odla oyun
30 oktyabr 2014

Məlum olduğu kimi, dünya miqyaslı hər bir silahlı münaqişədən əvvəl potensial düşmən üzərində həlledici hərbi-siyasi üstünlüyə malik olmaq məqsədilə aparıcı dövlətlər eyni vaxtda öz hərbi xərclərini artırmağa başlayırlar. Bu, dünya səhnəsində rəqabət aparan dövlətlərin Birinci və İkinci dünya müharibələri ərəfəsində hərbi potensialının artmasında özünü tam büruzə vermişdir. Hər iki müharibədən öncə qarşı-qarşıya duran hərbi-siyasi bloklarda birləşmiş böyük geosiyasi oyunçuların hərbi xərcləri sürətlə artmışdır.

"Asiya-Avropa" Sammiti: sülh və dialoq çağırışları

"Asiya-Avropa" Sammiti: sülh və dialoq çağırışları
30 oktyabr 2014

İtaliyanın Milan şəhərində "Asiya-Avropa" Sammitinin növbəti toplantısı keçirilib. Adətən, həmin təşkilatın tədbirlərində iki qitə ölkələri üçün aktual olan məsələlər müzakirə edilir. O cümlədən, təhlükəsizlik sisteminin yaradılmasına diqqət yetirilir. Bu dəfə gündəmin əsas məsələsi Ukraynada yaranmış vəziyyət və Rusiyanın tutduğu mövqe olub. Bir sıra ekspert hətta V.Putini tədbirin hamıdan çox diqqəti çəkən iştirakçısı hesab ediblər. Doğrudan da, Avropa İttifaqının liderləri Rusiya prezidenti ilə Ukrayna məsələsini geniş müzakirə ediblər. Bu hadisə bütövlükdə Asiya və Avropada geosiyasi proseslərin dinamikası ilə əlaqədar müəyyən təsəvvürlər yaradır. Bu iki qitədə həmin problemdən daha aktual olan məsələ yoxdurmu?

"Valday" klubundakı nitq: Putin dünya siyasətini silkələdi

"Valday" klubundakı nitq: Putin dünya siyasətini silkələdi
29 oktyabr 2014

Rusiya prezidenti "Valday" beynəlxalq müzakirələr klubunun Soçidə keçirilən forumunda geniş çıxış edib. O, müasir dünyada müşahidə edilən geosiyasi proseslərin təhlilini verib, böyük dövlətlərin bu proseslərdə oynadığı rola yer ayırıb. Əsas olaraq Vaşinqtonun fəaliyyətinə diqqət yetirən V.Putin ABŞ-ın qlobal geosiyasi nizamı pozduğunu ayrıca qeyd edib, bunun ikili standart siyasəti nəticəsində baş verdiyini vurğulayıb. Dövlət başçısının mövqeyini "anti-amerikanizm" kimi qiymətləndirən bəzi ekspertlər Rusiyanın faktiki olaraq yeni xarici siyasət doktrinasının hazırlandığı qənaətindədirlər. Hər bir halda V.Putinin ifadə etdiyi fikirlərə böyük maraq göstərilir. Biz onun nitqinin yalnız bir sıra məqamları üzərində dayanmaq istərdik.

"Böyük tələ": İran "rəngli inqilaba" sürüklənir?

"Böyük tələ": İran "rəngli inqilaba" sürüklənir?
28 oktyabr 2014

Xarici mətbuat İranın regiondakı geosiyasi rolu ilə bağlı ziddiyyətli informasiyalar yayır. ABŞ-İran yaxınlaşmasının yeni mərhələyə yüksəldiyi qeyd olunur. Eyni zamanda, iki ölkənin münasibətləri normallaşdırmasının həm İranın daxili siyasi mühitində, həm də Yaxın Şərqin bir sıra güclü dövlətlərində narazılıq yaratdığı vurğulanır. Bu kontekstdə prezident H.Ruhani ilə dini lider Ə.Xamneyi arasında müəyyən fikir ayrılıqlarının olmasından danışılır. Bütövlükdə ölkənin siyasi elitasında parçalanmanın baş verdiyi qeyd olunur. Paralel olaraq, Səudiyyə Ərəbistanı ilə İran arasında regional liderlik uğrunda mübarizənin də yeni mərhələyə yüksəldiyi bildirilir. Bunların fonunda ekspertlər Tehranın Xəzəryanı ölkələrlə əlaqələrə xüsusi önəm verdiyini vurğulayırlar. Qonşu dövlətdə "rəngli inqilab" hazırlandığından bəhs olunur.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...