THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ankara səfəri: strateji əməkdaşlığın yüksək nümunəsi

Ankara səfəri: strateji əməkdaşlığın yüksək nümunəsi
23 yanvar 2015

Azərbaycanın dövlət başçısının Türkiyəyə son səfəri dünya mediasının diqqət mərkəzindədir. İlham Əliyevlə R.T.Ərdoğanın apardıqları danışıqların, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının, imzalanan sənədlərin, bütövlükdə əldə olunan razılaşmaların təhlili çox maraqlı nəticələr çıxarmağa imkan verir. Mütəxəssislər hesab edirlər ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın digər nümunə yoxdur. Ancaq bunun təməlində hansısa amillər deyil, konkret taktika və strategiyaya malik siyasət durur. Xüsusilə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi müstəqil xarici siyasət qeyd edilməlidir. İndi ölkə regional və qlobal əhəmiyyətli layihələrin aktiv iştirakçısıdır. O, bu yoluna dönmədən davam edir.

Çinin Avropa planları: Pekin-Brüssel münasibətləri yeni məzmun alır?

Çinin Avropa planları: Pekin-Brüssel münasibətləri yeni məzmun alır?
22 yanvar 2015

Bir sıra ekspertlər Çinlə Avropa İttifaqı arasında alyansın formalaşa biləcəyini proqnozlaşdırırlar. Onlar tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayırlar. Çinin daha çox təşkilata daxil olan ölkələrin iqtisadi və tikinti sferalarına sərmayə yatırdığı bildirilir. Doğrudan da, son illər Pekin Avropada bir sıra iri layihələr həyata keçirməyə başlayıb. Aİ-yə üzv olan ölkələrdə konkret işlər görməklə yanaşı, öz ssenarisinə uyğun "İpək Yolu" marşrutunu da canlandırmağa çalışır. Bu sırada Çindən Madridə qədər yük daşımaları üzrə dəmiryolunun işə salınması planı diqqəti daha çox çəkir. Bununla geniş bir ərazidə Çinin təsir imkanları artmış olur. Proqnozlara görə, Pekin həmin aspektdə fəaliyyətini daha da artıracaqdır. Bunun fonunda Aİ-Çin münasibətlərinin inkişaf dinamikası həqiqi mənada aktual görünür.

Riçard Kozlariç hörmət qazanmaq istəyirsə...

Riçard Kozlariç hörmət qazanmaq istəyirsə...
21 yanvar 2015

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç bu günlərdə yeni məqalə ilə çıxış edib. Onun ölkəmizə qarşı ədalətsiz mövqe tutduğu çoxdan bəlli idi. Ancaq bu dəfə cənab Kozlariç daha da qabağa gedərək, özünü tamamilə ifşa edən fikirlər bildirib. Keçmiş səfir Azərbaycan rəhbərliyinə qarşı absurd ittihamlar irəli sürüb. O, xarici siyasətdə qəfil dəyişikliklərin getdiyini yazır və bunda rəsmi Bakını günahlandırır. Guya Azərbaycan artıq Qərblə əməkdaşlıqdan uzaqlaşır, burada insan haqları pozulur və s. Üstəlik, ölkə rəhbərliyi Ukrayna hadisələrinin Azərbaycanda da təkrarlanmasından ehtiyat edir. Bütün bu cəfəng fikirləri konkret faktlar tamamilə təkzib edir. Real olanı R.Kozlariçin Azərbaycan xalqı qarşısında özünü tamamilə hörmətdən salmasıdır.

"Charlie Hebdo"-ya hücum: görünən və görünməyən nəticələr

"Charlie Hebdo"-ya hücum: görünən və görünməyən nəticələr
19 yanvar 2015

2015-ci ilin yanvar ayının 7-də Parisin "Charlie Hebdo" həftəlik qəzetinin redaksiyasına avtomat və qumbaraatanla silahlanmış bir neçə nəfər soxularaq atəş açmışdır. 12 nəfər həlak olmuş, daha 11 nəfər isə odlu silah yarası almışdır. Şahidlərin sözlərinə görə, hücum edənlər islamçı şüarlar səsləndirib Məhəmməd Peyğəmbərin təhqir edilməsinə görə qisas alacaqlarını bildirirdilər. Bu hadisə bütövlükdə xristian Qərbini ayağa qaldırdı. Fransada və Qərbin bəzi digər ölkələrində keçirilmiş yürüşlər və kütləvi etiraz aksiyaları bunun əyani sübutu oldu.

Ermənipərəstlər: növbəti fitnəkarlıq

Ermənipərəstlər: növbəti fitnəkarlıq
19 yanvar 2015

Ermənistan həmişə Azərbaycan haqqında yalan informasiyalar yayır. İrəvanın bu cəhdləri bir nəticə verməsə də, proses davam edir. Son vaxtlar ermənipərəst KİV-də dini, etnik və geosiyasi faktorlardan süni arqument kimi istifadə etməklə anti-Azərbaycan ruhunda fikirlər irəli sürülür. Bunların arxasında Cənubi Qafqazda Azərbaycanın təhlükə mənbəyi olduğu iddiası gizlənir. Bakını İsraillə yaxın göstərib İran və Türkiyəyə qarşı qoymaq niyyətlərinin olduğu hiss olunur. Eyni zamanda, dini və etnik mənsubluq amilindən əsassız olaraq istifadə etməklə Azərbaycan üçün müəyyən çətinliklər yaratmağa cəhd edilir. Bütün bunların arxasında düşmən qüvvələrin çirkin məqsədlərinin dayandığı məlumdur. Onların Azərbaycanı müstəqil siyasətindən döndərə bilməyəcəklərinə qətiyyən şübhə yoxdur.

Novruz Məmmədov: "Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çox möhtəşəm, tarixi səfər idi"

Novruz Məmmədov: "Azərbaycan Prezidentinin Türkiyəyə səfəri çox möhtəşəm, tarixi səfər idi"
18 yanvar 2015

''Türkiyə ''G20'' sammitinə başqa bir dövləti dəvət edə bilərdi, lakin məhz Azərbaycanı dəvət etdi''

A New Sino-Russian Alliance?

A New Sino-Russian Alliance?
15 yanvar 2015

Some analysts believe that 2014 ushered in a new era of Cold War-style geopolitics

ABŞ-Azərbaycan münasibətləri: problemləri kimlər yaradır?

ABŞ-Azərbaycan münasibətləri: problemləri kimlər yaradır?
15 yanvar 2015

Cənubi Qafqazın geosiyasi əhəmiyyəti haqqında müxtəlif təhlillər aparılıb, proqnozlar verilib. Bu region indi böyük bir məkanda sabitlik və inkişafa ciddi təkan verə bilər. Lakin təəssüf ki, son vaxtlar ABŞ-ın bir sıra dairələri Azərbaycana qarşı qondarma ittihamlar irəli sürürlər. Onlar faktları təhrif edərək, ölkə haqqında həqiqətdən uzaq olan fikir formalaşdırmağa çalışırlar. Bunun kökündə hansı məqamların dayandığı çox maraqlıdır. Bakı həmişə Vaşinqtonla səmimi münasibətlər qurub və onu indi də davam etdirir. Deməli, problemin mənbəyini qarşı tərəfdə axtarmaq lazımdır. Bu zaman meydana düşündürücü məqamlar çıxır.

Avropa terrorla üz-üzə: səhv siyasətin nəticələri

Avropa terrorla üz-üzə: səhv siyasətin nəticələri
14 yanvar 2015

Mütəxəssislər Qərbi terror dalğasının bürüyə biləcəyi haqqında həyəcan təbili vururlar. Yüksək vəzifəli hərbçilər belə bir təhlükənin real olduğunu deyirlər. Yayılan informasiyalara görə, artıq İŞİD 5 qrupdan ibarət dəstələrini xüsusi tapşırıqlarla Avropanın bir sıra ölkəsinə göndərib. Onların hədəfində Parislə yanaşı, Romanın da olduğunu bildirirlər. Hər bir halda Fransada baş verən məlum hadisələr meydana çoxlu sayda suallar çıxarıb. Bu hadisə London və Madriddə əvvəllər törədilmiş terror aktlarından daha ağır hesab edilir. Bütövlükdə Avropanın daxilində qarşısı çətin alına biləcək proseslərin vüsət alması haqqında proqnozlar verilir. Əslində isə bütün bunların kökündə Qərbin uzun müddətdir ki, dünyanın müxtəlif regionlarında yeritdiyi yanlış siyasətin durduğunu demək olar. Faktlar da bunu təsdiq edir.

Çinin inkişaf ssenariləri: hansı daha real görünür?

Çinin inkişaf ssenariləri: hansı daha real görünür?
13 yanvar 2015

Ekspertlər hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən olan Çinin 2050-ci ilə qədər mümkün inkişaf ssenariləri ilə bağlı proqnozlar verirlər. Qiymətləndirmələr müxtəlifdir. Ekoloji fəlakətdən tutmuş dünya liderliyi uğrunda mübarizəyə qədər fərqli ssenarilər nəzərdən keçirilir. Heç şübhəsiz, onlardan hansının həyata keçəcəyini zaman göstərəcək. Ancaq indiki real şəraitə əsaslanaraq müəyyən fikirlər söyləmək olar. Bəzi qeyri-müəyyənliklərin olması və yaxın perspektivdə onların öz təsirlərini saxlaya bilməsi üzündən bu aspektdə proqnozlar vermək elə də asan deyil.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...