THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Vestfal sistemi və yeni dünya nizamının formalaşması

Vestfal sistemi və yeni dünya nizamının formalaşması
27 fevral 2015

Cari yüzillikdə dünya birliyinin siyasi, iqtisadi, mənəvi, hərbi təhlükəsizlik sahələrində baş verən dəyişikliklərin qloballığı və radikallığı beynəlxalq münasibətlərin ötən əsr ərzində, bir çox mənada isə 30 illik müharibə (1618-1648-ci illər) nəticəsində XVII əsrin ortalarında formalaşan klassik Vestfal sistemindən fərqlənən yeni sisteminin formalaşmasından xəbər verir.

Novruz Məmmədov: ''Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın iki dövlət tapmaq mümkün deyil''

Novruz Məmmədov: ''Bu gün dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə yaxın iki dövlət tapmaq mümkün deyil''
27 fevral 2015

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Türkiyənin "TRT AVAZ" kanalının İctimai Televiziya ilə ortaq yayımlanan ''50 dəqiqə'' verilişinin qonağı olub.

Moskva-Budapeşt: iki ölkənin yaxınlaşmasının arxasında nə durur?

Moskva-Budapeşt: iki ölkənin yaxınlaşmasının arxasında nə durur?
25 fevral 2015

Rusiya prezidenti Vladimir Putinin fevral ayının 17-də Macarıstana səfəri zamanı ikitərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib. Əlbəttə, söhbət qarşılıqlı faydalı xarakter daşıyan və hər iki ölkənin maraqlarına cavab verən siyasi və iqtisadi məsələlərdən gedir. Rusiya prezidentinin səfərinin tərəflər üçün əhəmiyyəti nədədir? Xatırladaq ki, Avropa dövlətlərindən biri olan Macarıstanın qaz tədarükü ilə bağlı uzunmüddətli müqaviləsi bu il başa çatır. Beləliklə, Budapeşt ya yeni müqavilə bağlamalı, ya da Avropa İttifaqının qəbul etdiyi enerji strategiyasının çərçivəsində hərəkət etməli idi ki, bu da, məlum olduğu kimi, gələcəkdə Rusiya qazından asılılığın azaldılmasını nəzərdə tutur.

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri
24 fevral 2015

Müasir dövr elə bir mərhələyə çatmışdır ki, dövlətlər rəqəmsal şəbəkələrdən daha da asılı vəziyyətə düşüb, yer, dəniz, hava və kosmosda olduğu kimi kiber məkanda da rəqabət etməyə başlamışlar. Kiber məkandakı texnoloji nailiyyətlər isə dünya güclərini bu məkanda öz bacarıqlarını daha da inkişaf etdirməyə məcbur etmişdir. XXI əsrdə kiber məkan modern müharibə formasının həlledici arenasına dönmüş, "kiber təsir" isə beynəlxalq təhlükəsizlik aləmində gücün davamlı mənbəyinə çevrilmişdir. Eyni zamanda, internet istifadəçilərinin artması, iqtisadi və sosial sistemlərin şəbəkələrdən asılılığı ölkələr üçün birbaşa təhlükələr yaratmışdır. Bu məqalədə qeyd olunan sahədə hazırkı əsas problemlər vurğulanmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) kiber məkanda sülhün və təhlükəsizliyin qorunub saxlanılması istiqamətində potensial rolu ilə bağlı təkliflər veriləcəkdir.

XX-ХХI əsrlərin astanasında Asiya-Sakit okean regionu beynəlxalq geosiyasi münasibətlərdə

XX-ХХI əsrlərin astanasında Asiya-Sakit okean regionu beynəlxalq geosiyasi münasibətlərdə
24 fevral 2015

Bütövlükdə Asiya-Sakit okean regionundakı vəziyyətin təhlili göstərir ki, Yaxın və Orta Şərqdə təhlükəsizlik problemlərinin aktuallığına baxmayaraq, uzunmüddətli perspektivdə məhz Asiya-Sakit okean regionu potensial olaraq beynəlxalq təhlükəsizliyi daha geniş miqyasda təhdid edir. Burada "yeni" təhdidlərlə dünyanın aparıcı fövqəldövlətləri sırasına çıxan dövlətlər arasında "köhnə" rəqabət bir araya gəlir. Regionda elə indidən qüvvələrin yenidən qruplaşması gözə çarpır ki, bunun da perspektivləri tam aydın deyil. Nəhəng Asiya-Sakit okean regionu özünün geosiyasi və geoiqtisadi əhəmiyyətinin artması nəticəsində XXI əsrin əvvəllərinə yaxın dünyanın ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilə bilmişdir.

Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər

Avropa İttifaqına üzv ölkələrdə insan hüquq və azadlıqlarının pozulması və ya öz gözündə tiri görməyənlər
20 fevral 2015

Gələn həftə Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin Azərbaycana səfəri nəzərdə tutlmuşdur. Səfər zamanı, böyük ehtimalla, ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı bir sıra qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilə bilər. Şübhəsiz ki, narahatlıq doğuracaq məsələlər arasında Avropada demokratiya, getdikcə artan ksenofobiya, anti-semitizm və islamofobiya, miqrantlarla qeyri-insani davranış, artan korrupsiya, milli azlıqların hüquqlarının qorunması və sair məsələlər də yer ala bilər. Belə ki, aparıcı beynəlxalq təşkilatların və ixtisaslaşmış QHT-lərin monitorinq mexanizmlərindən və onların hesabatlarından aydın görünür ki, son illər ərzində Avropa İttifaqı üzv ölkələrində insan hüquqları və əsas azadlıqlarının müdafiəsi, demokratiya və qanunun aliliyinin təmin edilməsi sahəsində bir sıra ciddi problemlər qeydə alınmışdır.

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – II hissə

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – II hissə
20 fevral 2015

Bəzi təhlilçilər Qərbdə islamofobiyanın kök salmasının başlıca səbəbi kimi ictimai düşüncəyə təsir edən tarixi yaddaş və stereotiplərə diqqət yetirməyi vacib sayırlar. İntibah dövründən sonra Qərb dünyasında şəxsi mədəniyyətin üstünlüyü duyğusu formalaşdıqdan sonra digər mədəniyyətlərə laqeyd münasibət göstərilməyə başlandı. Bir çox təhlilçilərin fikrincə, məhz tarixən formalaşmış bu ictimai düşüncə avropalıların islama xor münasibətinin təməlində durur.

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – I hissə

Qərbdə islamofobiya: gerçək səbəblər və məqsədlər – I hissə
19 fevral 2015

Təəssüf ki, dözümsüzlük və ksenofobiya müasir dövrdə artıq ən inkişaf etmiş və təminatlı cəmiyyətlərdə belə gündəlik həyatın acı reallığına çevrilib. Bu qorxulu tendensiya ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxır və gündəlik həyatımıza transformasiya olunur. Belə təhlükəli tendensiyalardan biri islamofobiyadır. Nə qədər təəccüblü olsa da, bu özünü daha çox liberal Qərbdə göstərir.

Devid Merkel: ''Obama Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür''

Devid Merkel: ''Obama Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür''
18 fevral 2015

ABŞ Prezidenti Barak Obama ölkənin tərəfdaşları və müttəfiqlərinə, o cümlədən Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür.

Moskva Əsədi dəstəkləməkdən imtina edəcəkmi?

Moskva Əsədi dəstəkləməkdən imtina edəcəkmi?
18 fevral 2015

Belə görünür ki, Ər-Riyadın Yaxın Şərq siyasətində bir sıra dəyişikliklər baş verir. ABŞ-ın bir sıra KİV-lərinin verdiyi məlumatlardan aydın oldu ki, Səudiyyə Ərəbistanının rəhbərliyi guya Rusiyaya neft hasilatının həcmini azaltmağı təklif etmişdir ki, bu da beynəlxalq bazarda neftin qiymətinin artması ilə nəticələnməli idi. Bunun əvəzində Ər-Riyad Moskvaya Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən imtina etmək və ona qarşı ən azı bitərəf mövqe tutmaq təklifini irəli sürüb.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...