THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Doqquz dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində

Doqquz dekabr: Ermənistan "siyasi zəlzələ" ərəfəsində
06 noyabr 2018

Cənubi Qafqazın ən kiçik və ən zəif ölkəsində növbədənkənar parlament seçkisinin keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra ekspertlər müəyyən proqnozlar verməyə cəhd göstərirlər. Baş nazir Nikol Paşinyanın öncədən planladığı ssenari əsasında Ermənistan addım-addım sözdə qanuni olaraq bu hadisəyə doğru gedir. Prezident Armen Sarkisyanın seçki ilə bağlı fərman imzalaması ilə növbədənkənar parlament seçkisinin keçiriləcəyinə əminlik yarandı. Ancaq Ermənistanın içində olduğu siyasi və geosiyasi proseslərin qısa müqayisəsi göstərir ki, burada vəziyyət heç də stabil deyil. İstənilən an qeyri-müəyyənlik arta bilər. Onun mənbəyi isə yalnız daxildə deyil, xaricdə də ola bilər. Bu ölkə o dərəcədə qarışıq və ziddiyyətli siyasət yeridib ki, siyasi mühitdə təlatümlər qaçılmaz görünür. Ekspertlər bunun bir neçə əlamətini də göstərirlər. Bütün bunlar Ermənistanda erkən seçkinin yarada biləcəyi siyasi və geosiyasi problemlərin üzərində dayanmaq ehtiyacını meydana gətirir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin strateji vektorları

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin strateji vektorları
02 noyabr 2018

Müasir təhlükəsizlik mühiti hadisələrin gözlənilməz inkişafı, aparıcı dünya ölkələri və regional dövlətlər arasında rəqabətin güclənməsi, separatizm, milli və dini ekstremizmin vüsət alması, həmçinin bir-biri ilə qarşılıqlı təsirdə olan müxtəlif istiqamətli və ziddiyyətli tendensiyalarla xarakterizə edilir. Qloballaşma prosesi ölkələr və regionlar arasında coğrafi sərhədləri sildiyindən transmilli xarakterli yeni tip təhdidlərin bütün təzahürlərinə qarşı mübarizəni çətinləşdirir.

Ermənistan uşaq qatilidir

Ermənistan uşaq qatilidir
01 noyabr 2018

Silahlı münaqişələr zamanı uşaqlarınzərər çəkməməsi üçün uşaq hüquqlarının müdafiəsi barədə hələ 1924-cü ildə Millətlər Cəmiyyəti tərəfindən Uşaq hüquqları haqqında Cenevrə bəyannaməsi, BMT yaradılandan sonra, 1948-ci ildə Baş Məclis tərəfindən İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 1959-cu ildə isə Uşaq hüquqları bəyannaməsi qəbul edilmişdir.1949-cu il 12 avqust tarixli IV Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsi haqqındadır. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu (UNİSEF) yaradılmış, 1989-cu il noyabrın 20-də BMT Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. BMT Baş Məclisi 2000-ci il yanvarın 26-da Uşaq hüquqları haqqında konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol daxil etmişdir. Eyni zamanda, 1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlamışdır.

Dörd liderin görüşü: İstanbulda tarixi Suriya müzakirəsi

Dörd liderin görüşü: İstanbulda tarixi Suriya müzakirəsi
30 oktyabr 2018

Yaxın Şərqdə qan tökülməkdə davam edir. Suriya hələ də ixtilaf içində boğulur. Milyonlarla insan yurdundan didərgin düşüb və savaş meydanında həlak olanların sayı durmadan artır. Belə bir şəraitdə Suriyada barış və sülhə nail olmaq bütün dünya üçün aktuallıq kəsb edir. Türkiyənin təşəbbüsü ilə İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa rəhbərlərinin görüşünün keçirilməsi insanlara müəyyən ümid verir. Toplantıda liderlər Suriyadakı münaqişənin sona çatdırılması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Nəticədə, birgə bəyannamə qəbul edilib. Bu hadisənin geosiyasi təsirləri ilə bağlı təhlil aparmağa ehtiyac görürük.

Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti

Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti
18 oktyabr 2018

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ili tamam olub. Bu müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb. Bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib. Ölkəmiz hazırda sabit şəraitdə sürətli inkişafını davam etdirir. Özü də bu, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda baş verir. Deməli, Azərbaycan Prezidenti çox düzgün, müasir, səmərəli və fayda gətirən kurs həyata keçirir. Bu kontekstdə Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin bir sıra aspektləri üzərində geniş dayanmaq istərdik. Təbii ki, bir məqalədə dövlət başçısının həyata keçirdiyi proqramların hamısını əhatə etmək mümkün deyildir. Bu səbəbdən, biz müəyyən məsələləri vurğulamalı oluruq.

XXI əsrdə etnik münaqişələrin geosiyasi xüsusiyyətləri

XXI əsrdə etnik münaqişələrin geosiyasi xüsusiyyətləri
17 oktyabr 2018

Bəşər tarixi yarandığı andan müharibələrlə üz-izə gəlmişdir. Tarixi inkişafın elə bir mərhələsi yoxdur ki, orada qəbilələr, şəhərlər, dövlətlər və siyasi ittifaqlar arasında münaqişə və müharibələr olmasın. Müharibələr ərazi və resurslar uğrunda aparılmış, dini, mədəni, ideoloji, etnik və digər ziddiyyətlərdən doğmuşdur. Alman hərb tarixçisi və nəzəriyyəçisi Karl fon Klauzeviç (1780-1831) qeyd etmişdir ki, bəşər tarixi müharibələr tarixindən ibarətdir.

Frankofoniya üçün qara ləkə: Paşinyanın sərsəm çıxışı

Frankofoniya üçün qara ləkə: Paşinyanın sərsəm çıxışı
15 oktyabr 2018

Sülh, əməkdaşlıq və sabitliyə həsr edilmiş bir beynəlxalq tədbirin Ermənistanda keçirilməsi əsrin anlaşılmazlıqlarındandır. Çünki Cənubi Qafqazda yalnız Ermənistan regionun iki böyük dövləti ilə diplomatik münasibətlər qura bilməyib, uzun illərdir ki, bütün qonşu ölkələrə ərazi və mədəni iddialar edir, Azərbaycanın torpaqlarının 20 faizini havadarlarının yardımı ilə işğal edib və başqa böyük dövlətin forpostudur. Bunlar o deməkdir ki, Ermənistan adlı ölkə nə müstəqildir, nə suverendir, nə də sivil xarici siyasət yeridə bilir. O, satellit dövlət kimi kənardan verilən əmrlərə tabedir. Belə bir statusu olan dövlətin hansısa ciddi beynəlxalq tədbiri keçirməsi dərk edilən deyil. Bu səbəbdən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitinin tam iflasa uğradığı haqqında danışmaq olar. Zaman gələcək, avropalıların özləri deyəcəklər ki, "Frankofoniya İrəvanda öldü və Parisdə dəfn edildi". Nikol Paşinyanın da İrəvanda keçirilən 17-ci sammitdəki çıxışı, dəfn mərasimi üçün hazırlanmış nekroloq idi.

Ermənistan Rusiyaya qarşı ikiüzlü siyasət yeridir

Ermənistan Rusiyaya qarşı ikiüzlü siyasət yeridir
15 oktyabr 2018

Son dövrlərdə Cənubi Qafqaz regionunda baş verən proseslər, Azərbaycanın daha da güclənməsi, Gürcüstanın Avropaya inteqrasiyası və Türkiyənin regional güc olma yolundakı həmlələri, Rusiya-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi rəsmi Yerevanı Rusiya ilə münasibətlərini sorğulamağa vadar edir. Ermənistan regionda öz mövcudluğunu qorumaq, iqtisadiyyatını dirçəltmək və siyasi tərəqqiyə nail olmaq üçün siyasi danışıqlar masasında ikili oynayır. 2013-cü ildə Ermənistan Rusiya Federasiyası tərəfindən yaradılan Gömrük İttifaqına qoşulduğunu bəyan etmişdi. Bu, Avropa İttifaqı üçün tam gözlənilməz oldu. 2013-cü ildə Litvada keçirilən "Şərq tərəfdaşlığı" sammitində Moldova, Gürcüstan və Ermənistan ilə assosiativ sazişlərin imzalanması və həmin ölkələrin Aİ ilə azad ticarət aparması üçün zəmin yaradılması nəzərdə tutulmuşdu. Ermənistan Moskva ilə münasibətləri möhkəmləndirmək üçün Rusiyanın rəhbərliyi ilə Avrasiya İqtisadi Birliyində, Gömrük İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirak edirdi. Çünki Ermənistanın bölgədə təhlükəsizliyi və siyasi-iqtisadi inkişafı Rusiyanın Ermənistana dəstək verməsi halında mümkün idi. Ermənistanla Rusiya arasında imzalanan bir sıra sazişlər də bu baxımdan mühüm rol oynayırdı və bu sazişlərlə Rusiya Ermənistanın təhlükəsizliyinin təminatçısına çevrildi.

Doqquz ayın yekunları: nailiyyətlər və Prezidentin qarşıya qoyduğu vəzifələr

Doqquz ayın yekunları: nailiyyətlər və Prezidentin qarşıya qoyduğu vəzifələr
12 oktyabr 2018

Oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası çox maraqlı məsələlərin müzakirəsi ilə keçib. Dövlət başçısı söylədiyi geniş nitqində keçən müddətdə əldə edilən nailiyyətləri ifadə edib. Onların müstəqil dövlət quruculuğunda oynadığı rol barədə lakonik və dəqiq fikir ifadə edən İlham Əliyev, eyni zamanda, qarşıda duran vəzifələrdən konkret istiqamətlər üzrə bəhs edib. Daxili və xarici siyasətdə üstünlük verilən məqamları vurğulayıb. Ölkə rəhbəri müstəqil dövlət quruculuğu işində daha inamlı və qətiyyətli irəliləməyin vacib olduğunu ayrıca qeyd edib. Əlamətdardır ki, iclasda dövlət başçısının qaldırdığı məsələlərə Nazirlər Kabineti çevik reaksiya verərək, qarşıda dayanan vəzifələrin icrası ilə bağlı mühüm qərar qəbul edib. Bu kimi məqamların üzərində geniş təhlili dayanmaq zərurətini hiss edirik.

Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"...

Psevdodemokratiyanın erməni variantı: Nikol Paşinyanın "Pirr qələbələri"...
11 oktyabr 2018

Ermənistan siyasi səhnəsində gərginlik davam edir. Meydana daha təhlükəli və riskli məqamlar çıxır. Oktyabrın 2-də Ermənistan parlamentinin "Milli Məclisin reqlamenti haqqında" qanuna təklif olunan düzəlişləri qəbul etməsi bir nəticə verməyib. N.Paşinyan ayrı-ayrı deputatlara təzyiq və hədə ilə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Artıq "Respublika" partiyasından olan bir neçə deputatın inqilabçıların tərəfinə keçdiyi haqqında informasiyalar yayılır. N.Paşinyan özü bunu uğur adlandırıb və insanları daha cəsarətli olmağa çağırıb. Ancaq real olaraq başqa məzmun və mahiyyətli proseslərin getdiyi aydın olur. Dörd respublikaçı deputatın yaydıqları müraciətdə məsələnin bu tərəfi geniş izah edilib. Orada N.Paşinyanın bir siyasətçi kimi əsl siması da aydın təsvir edilib. Ermənistanda siyasi proseslərin dinamikası aspektində problemin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...